Bizə yazın

Baku

-°C

USD

-

​"Salam Sarvan olduğu yerin deyil, olmadığı yerin şairidir" – Aqşin Yenisey

Sənət aləmi 11 Avqust 2026, 12:18

2283

Salam Sarvan yaşıyla və özüylə xatırlanan şairlərdən deyil. Olduğu yerin şairi də deyil. Salam daha çox misralarıyla xatırlanan və olmadığı yerin şairidir. 

Bu günlərdə iki şairimiz dünyasını dəyişdi. Sosial şəbəkədə misralar uçuşmalıykən, “allah rəhmət eləsin”lər, “ruhu şad olsun”lar uçuşdu. Əsl şair allahın rəhmətinə bel bağlamayan, ruhunun şad olması üçün yaşamayan adamdır. 

Çünki o, öz yaradıcılığı ilə allahın səhvlərini düzəldir. İnsan və kainat kamil yaradılsaydı yer üzündə yaradıcılıq deyə bir anlayışa ehtiyac qalmazdı.  

Allah Nəsimiyə rəhm etsəydi, ruhu da şad olsaydı Azərbaycan ədəbiyyatında indi Nəsimin yerində nəhəng bir sükut səhrası uzanıb gedəcəkdi. Salam özünü bu dünyada sükuta qərq etdi, etməyi bacardı. Həm də oxucularının onun səsini eşitmək istədiyi bir vaxtda. 

Salam Platonun “Dövlət”indən könüllü çıxıb getdi. Fransızların “lənətlənmiş şairlər”inə qoşuldu. Quranın aşağıladığı “dərələrdə başıpozuq gəzən” şairlərlə dost oldu. Çünki əsl şair sağlığında hörmət yox, lənət qazanmalıdır. Hörmət qazanıbsa, demək ki, ondan gözləniləni yazıb, ədəbiyyatın namını cəmiyyətin şanına satıb. 

Salam Sarvan şeir yazdığı üçün cəmiyyətdən şan-şöhrət gözləmədi. Gözləsəydi o da özünü hər gün yenidən qondarmalıydı. Salam özünü qondarmadı. Özünü qondaran şair bütə çevrilir. 

Biz şairi xalq sevgisiylə dəyərləndiririk, yəni folklorik bir ölçüylə. Halbuki şair xalqa müxalif bir məxluqdur. Yaradıcılıq onun müxalifliyinin adıdır.   

Azərbaycanda şair kimi yaşamaq çətindir, çünki bizdə uğur məşiət səviyyəsində təsdiqini tapmalıdır. Məişətdə uğursuzsansa, allahın bacısı oğlu olsan da, milli mentalitetimiz səni çıxdaş edəcək. Üstəgəl, biz mədəniyyətin daş, bərk halını sevirik. Çünki mədəniyyətin bərk halı artıq susdurulmuş, təhlükəsiz halıdır. 

Salam Sarvan daş olmaqdan, bərk olmaqdan çoxdan imtina etmiş şairdir. O, bizim ədəbiyyatımızın durğu işarəsi deyil, duyğu işarəsidir...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xalq artisti  vəziyyəti ağır olaraq qalır  

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:"Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".

07 Sentyabr 2026, 14:52

Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası

Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi.  Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.Azərbaycanın onlarla aktyor, Xalq...

05 Sentyabr 2026, 15:55

Şirbalanın Nazlısının faciəvi həyatı 

Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.***Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci...

04 Sentyabr 2026, 13:57

Tanınmış müğənninin toy tarixini açıqladı

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib.Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənni bu ilin iyulunda nişanlanıb. O, “Ay yüzlüm” mahnısı ilə Azərbaycanda və Türkiyədə məşhurlaşıb

04 Sentyabr 2026, 08:13

“100 dollar götürdük, çox utanırdım” - Xalq artistindən maraqlı etiraf

Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.Citypost.az  xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:“Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, “ağlın olsun, orda pul çoxdur, hiss...

03 Sentyabr 2026, 22:02

Aktrisa seriallardakı eyni aktyor heyətindən narazılığını bildirdi  

Əməkdar artist Elmira Kərimova Azərbaycanda çəkilən seriallarda eyni aktyor heyətindən istifadə olunmasını tənqid edib.Citypost.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə serial və film çəkən yaradıcı heyətlərə müraciət edərək onların peşəkarlığına və gördükləri işə sözünün olmadığını bildirib.Elmira Kərimovanın sözlərinə görə, əsas narazılığı müxtəlif seriallarda eyni aktyor truppasının və oxşar üslubun təkrar-təkrar istifadə olunması ilə bağlıdır.“Sözüm serial, dizi çəkənlərədir. Ustalıqlarına, işlərinə sözüm yoxdur. Amma nəyə görə eyni aktyor truppası ilə çalışırlar? Seriallar sanki bir-birinin eynisidir. Sanki yeni üzlərlə çalışmağa çəkinirlər. Təəssüf edirəm”,** – deyə Əməkdar artist qeyd edib.O, fikirlərinə nümunə olaraq Kənan MM-in “Çinar ömrü”, “Günahsız günahkarlar” və “Qayıdış”**...

03 Sentyabr 2026, 10:52