Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır
Cəmiyyət 20 Avqust 2026, 09:19
557
Bakıda son dövrlər fəaliyyətini dayandıran restoran, kafe və mağazaların sayı diqqət çəkir. Xüsusilə bəzi obyektlərin üzərində “bağlanırıq”, “bağlanır” kimi elanların yerləşdirilməsi, geyim mağazalarında isə məhsulların “mağaza bağlandığı üçün” endirimlə satışa çıxarılması diqqətdən yayınmır.
Cəmiyyətdə bu vəziyyət əsasən iqtisadi çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və biznes xərclərinin artması ilə əlaqələndirilir.
Bəs obyektlərin bağlanmasının əsas səbəbləri nələrdir?
Citypost.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, xüsusilə yaşayış binalarının altında fəaliyyət göstərən kafe və restoranların özünəməxsus problemləri var:
“Belə obyektlər, xüsusilə mikrorayonlarda və yaşayış binalarının altında yerləşən kafelər yay aylarında müəyyən çətinliklərlə üzləşirlər. Çünki insanlar əvvəlki kimi bu məkanlara üz tutmurlar. Digər tərəfdən, belə obyektlərin açılması zamanı biznesin institusional və peşəkar tərəfləri də nəzərə alınmalıdır. Bəzən insanlar qonşuluqdakı restoranın yaxşı işlədiyini, gəlir əldə etdiyini görür və düşünür ki, özü də restoran açsın. Lakin biznesin mahiyyətini və idarəetmə prinsiplərini bilmədən bu sahəyə daxil olmaq düzgün deyil. Obyekt uğursuz yerdə yerləşə bilər. Amma onu idarə edən şəxs peşəkar menecerdirsə, dünyanın müxtəlif yerlərindən müştəri cəlb edə bilər. Bu baxımdan, təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan obyektlərin bağlanması müəyyən mənada təbii prosesdir”.
İqtisadçının sözlərinə görə, bu sahəyə daxil olan sahibkarların bir qismi biznesin idarə olunması ilə bağlı kifayət qədər təcrübəyə malik deyil:
“İşini bacaran da, bacarmayan da biznesə başlayır. İnsanlar görürlər ki, hansısa sahə gəlirlidir və həmin biznesə daxil olurlar. Bir müddət fəaliyyət göstərir, obyektə təmir qoyur, vəsait xərcləyirlər. Lakin sonda həm təmirə yatırılan pul, həm də obyektin özü sahibkarın əlində qala bilir. Çünki biznesi idarə etmək mümkün olmur.
Digər tərəfdən, pandemiyadan sonra istehlak davranışlarında da müəyyən dəyişikliklər müşahidə olunur. Əhalinin xərcləri artır. Ərzaq məhsullarının qiymətləri, müxtəlif xidmət və ödənişlər, telefon, dərman, müalicə və digər xərclər ailə büdcəsinə əlavə yük yaradır. Bu amillərin hər biri vətəndaşın ümumi xərclərini artırır”.
F.İbrahimov qeyd edib ki, ayrı-ayrılıqda böyük görünməyən xərclər ümumilikdə ailə büdcəsinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bəzən restoranların dolu olduğunu görüb düşünürlər ki, insanların maddi vəziyyəti yaxşıdır:
“Əslində isə bu, bütün əhalini əks etdirmir. Restoranlara gedən müəyyən bir kateqoriya var və eyni insanlar müxtəlif məkanlarda müştəri kimi görünürlər. Əhalinin, məsələn, 10 faizi müəyyən restoranlara gedirsə, bu, bütün əhalinin vəziyyətinin yaxşı olması demək deyil. Belə şəraitdə təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan bizneslər fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər. Çünki obyekt sahibinin müştərisinin olub-olmaması icarəyə verən şəxsi maraqlandırmır. İcarə haqqı tələb olunur. Bu isə biznes üçün əlavə maliyyə yükü yaradır”.
Həmçinin oxuyun
İqtisadçı mağazaların “bağlanırıq, hər şey ucuz satılır” tipli elanlarına da münasibət bildirib:
“Burada ticarət fəndlərindən istifadə edənlər də var. Məsələn, mağaza bağlanır və “hər şey qiymətindən ucuz satılır”, “yarı qiymətinə verilir” kimi elanlar paylaşılır. Bu məlumat istər-istəməz insanlarda maraq yaradır. Lakin bir çox hallarda bu, sadəcə ticarət fəndidir”.
Fuad İbrahimov elektron ticarət platformalarının inkişafı səbəbindən Bakı şəhərinin müxtəlif yerlərində yerləşən bir sıra obyektlərin gələcəkdə fəaliyyətini dayandıracağını düşünür. Ekspert bildirib ki, maksimum 10 ildən sonra bir çox obyektlərin fəaliyyətini dayandırdığını görəcəyik:
“Çünki onların əvvəlki formada fəaliyyət göstərməsi iqtisadi baxımdan sərfəli olmayacaq. İnsanlar tədricən anbarlara və evlərə çəkiləcək, həmin məkanların bir hissəsi şourum kimi istifadə olunacaq və məhsullar oradan təqdim ediləcək. Bakı şəhərinin qeyri-yaşayış əmlakı bazarında müəyyən boşluqların yaranmasının səbəblərindən biri də budur”.
Ekspert bildirib ki, ənənəvi ticarətin zəifləməsi yalnız Azərbaycana xas proses deyil:
“Bu prosesi Avropanın bir çox ölkələri də yaşayır. Məsələn, paltaryuyan maşın və ya soyuducu almaq üçün mağazaya gedərək onlarla məhsula baxmaq ənənəsi əvvəlki qədər geniş yayılmayıb. İnsan məhsulun şəklinə, texniki göstəricilərinə, ölçülərinə baxır, evində uyğun olub-olmadığını müəyyənləşdirir və sifariş verir. Bizdə də bu proses davam edəcək”.
F.İbrahimov restoran sektorunda da müəyyən dəyişikliklərin baş verəcəyini istisna etməyib. Bununla belə, onun sözlərinə görə, hər bir obyektin bağlanmasını həmin sahədə tələbin olmaması ilə əlaqələndirmək doğru deyil:
“Məsələn, həftədə dörd dəfə restorana gedən şəxs bunu bir və ya iki dəfəyə endirir. Çünki insanların başqa və daha böyük xərcləri, problemləri var. Bütün bunlarla yanaşı, proseslərin dövlət nəzarətinin gücləndirildiyi bir mühitdə baş verdiyini də nəzərə almaq lazımdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"İmposter sindromu" nədir və kimlərdə görünür?
İmposter sindromu (özünü fırıldaqçı, saxtakar hissetmə sindromu) insanın əldə etdiyi real uğurları, nailiyyətləri daxilən mənimsəyə bilməməsi, özünü yetərsiz görməsi ilə müşayiət olunan psixoloji vəziyyətdir. Bu sindromdan əziyyət çəkən şəxslər qazandıqları müvəffəqiyyətləri öz zəkalarının, zəhmətlərinin, bacarıqlarının nəticəsi kimi deyil, təsadüf, şans, yaxud başqalarını aldatmaq bacarığı kimi qiymətləndirirlər. Daima ətrafdakıların onların "əslində bacarıqsız" olduğunu kəşf edəcəyindən, ifşa olunacaqlarından qorxaraq dərin təşviş, emosional gərginlik keçirirlər.Citypost.az xəbər verir ki, bu psixoloji vəziyyət daha çox yüksək göstəricilərə malik, mükəmməliyyətçi insanlarda, uğurlu karyera quran mütəxəssislərdə, rəhbər şəxslərdə, akademizmdə çalışanlarda müşahidə olunur. Həmçinin yeni vəzifəyə təyin olunan, təhsil pilləsini dəyişən, özünü yeni sahədə sınayan fərdlər arasında İmposter...
19 Avqust 2026, 23:01
"Ağıllı şəhər" konsepsiyası insanların həyatını necə asanlaşdırır?
"Ağıllı şəhər" (Smart City) konsepsiyası müasir informasiya-kommunikasiya texnologiyalarının, əşyaların internetinin (IoT) şəhər infrastrukturu ilə inteqrasiyası sayəsində sakinlərin həyat keyfiyyətini köklü şəkildə yüksəldən modern idarəetmə modelidir. Günbəgün artan şəhər əhalisinin ehtiyaclarını qarşılamaq, resurslardan səmərəli istifadə etmək, ətraf mühitə vurulan zərəri azaltmaq üçün bu sistemlər real vaxt rejimində Böyük Məlumatları (Big Data) təhlil edir. Nəticədə gündəlik şəhər həyatında qarşılaşan bir çox mürəkkəb problem avtomatlaşdırılmış rəqəmsal həllər sayəsində öz müsbət həllini tapır.Citypost.az xəbər verir ki, ağıllı texnologiyaların insan həyatına gətirdiyi ən böyük rahatlıqlardan biri nəqliyyat, mobillik sisteminin optimallaşdırılmasıdır. Sensorlar, intellektual svetoforlar vasitəsilə tənzimlənən nəqliyyat axını tıxacların kəskin azalmasına, sürücülərin yolda keçirdiyi vaxta qənaət...
19 Avqust 2026, 22:11
Qalib Salahzadə: “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz”
Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə millət vəkili Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib.Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında deyib ki, Çingiz Qənizadə dəfələrlə siyasi əqidəsini dəyişmiş, “satılmış” adamdır:“Çingiz Qənizadənin mənim əleyhimə danışmağı gözlənilən idi. Onun indi belə danışmağı təbiidir. Çünki hazırda Çingiz Qənizadənin oğlu Binəqədi rayon prokurorunun müavinidir. Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Digər tərəfdən isə Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Həmin Çingiz Qənizadə ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər onun əleyhinə iş aparıb, AXC-Müsavat hakimiyyətinin istəklərini yerinə yetirib. Hətta, 1993-cü ildən sonra Çingiz Qənizadə...
19 Avqust 2026, 20:43
Əlövsət Əliyev: "Sabiq deputat Etibar Əliyev qırmızı xətti keçir..."
Əlisa Nicatın Azərbaycan xalqı haqqında söylədiyi fikirləri qəbul etmək mümkün deyil. “Mənim xalqım Azərbaycan xalqı deyil, Azərbaycan xalqının min nəfəridir” deməsi və xalqı “qoyun” obrazı ilə xarakterizə etməsi təəssüf doğurur.Azərbaycan xalqının tarixini, müharibələrini, şəhidlərini, milli mübarizəsini görməzdən gəlib milyonlarla insanı bir sözlə alçaltmaq tənqid deyil. Buna baxmayaraq, o, xalqa deyil, onun düşüncəsinə münasibət bildirdiyini iddia edə bilər.Əlisa Nicatın bu fikirlərinə əsəbləşən sabiq deputat Etibar Əliyev isə qırmızı xətti keçir və onun fikirlərini tənqid edərkən özünü “yaramaz və sarsaq qoca” adlandırır. Bu da qəbul edilə bilməz.Çünki heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsin şərəf və ləyaqətinin nalayiq formada...
19 Avqust 2026, 20:33
Mikayıl Müşfiq və Hüseyn Cavidin tutulmasında Ayna Sultanovanın rolu nə idi?
Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq.Bəli, o, Azərbaycana xəyanət, xalqına zülm edən, ancaq buna baxmayaraq, ad-sanı yaşadılan Ayna Sultanovadır.O Ayna Sultanova ki, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, “Şərq Qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur.Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu xəyanətkar bolşevik qadın, Cümhuriyyətin devrilməsi üçün Nəriman Nərimanovla, qardaşı Qəzənfər Musabəyovla, əri Həmid Sultanovla əllərindən gələni etmiş, xalqı Cümhuriyyəti devirməyə çağırmış, çevrilişə dəstək vermək çağırışlarına imza atmışdılar.Hətta onu da demək olar ki, o, Sovet sisteminə, bolşevizmə Stalindən də çox bağlı idi. Bu səbəb idi...
19 Avqust 2026, 20:27
Bakıda ən çox bina bu rayonda söküləcək - YENİ AÇIQLAMA
Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib.Citypost.az Sfera.az-a istinadən bildirir ki, planda yaşayış fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun inkişafı nəzərdə tutulur.Baş Plan paytaxtın demək olar ki, bütün rayonlarını əhatə edir. Maraqlıdır ki, plana əsasən Bakının hansı rayonlarında sökünütü işləri aparılacaq? Hansı binalar ilkin mərhələdə söküləcək?Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, sökülən binaların yerində yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulursa, bunun üçün investor cəlb edilməli, yaxud layihə dövlət və özəl sektorun birgə iştirakı ilə həyata keçirilməlidir:"Bu isə müəyyən qədər uzun prosesdir. Hansı əraziyə investor...
19 Avqust 2026, 19:38