Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb 

Cəmiyyət 03 Sentyabr 2026, 12:28

333

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xalq şairi Məmməd Rahimin anım günüdür

Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi Bu gün Xalq şairi Məmməd Rahimin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.Məmməd Rahim (Hüseynov Məmməd Abbas oğlu) 1907-ci il aprelin 20-də Bakıda anadan olub. Şairin atası Abbas kişi kiçik sahibkar olub, ailəsini yaxşı dolandırıb. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxuna görə yaxşı təhsil almışdı. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlamışdı. 1917-ci ildə onun on yaşı olanda atası dünyasını dəyişir. Məmməd atasından sonra böyük qardaşının himayəsində yaşayır.1946-cı ildən sonra dövlət işindən uzaqlaşmış və ancaq bədii yaradıcılıqla məşğul olub. Şair əsasən Yazıçılar İttifaqının poeziya...

03 Sentyabr 2026, 12:37

Sevil Gültən Kamal Abdullanı TƏNQİD etdi

Tərcüməçi Sevil Gültən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qəbuluna düşə bilmədiyini bildirib.Citypost.az xəbər verir ki, Sevil Gültən sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Azərbaycan Dillər Universitetinin dövlət universiteti olduğunu xatırladaraq, belə ali təhsil müəssisəsində rektorun tələbə və vətəndaşların qəbul günlərinin olması ilə bağlı sual ünvanlayıb.O qeyd edib ki, universitetdə tələbə olduğu vaxtlarda rektorun hər həftənin müəyyən günündə qəbul keçirdiyini və qəbul üçün dəqiq saatların müəyyənləşdirildiyini xatırlayır. Tərcüməçinin sözlərinə görə, ötən ilin sentyabr ayından etibarən Kamal Abdullanın qəbuluna düşməyə çalışsa da, buna nail ola bilməyib. O, internetdə universitetin əlaqə nömrələrini tapdığını, lakin həmin telefonlara cavab verilmədiyini bildirib.Sevil Gültən daha sonra universitetdə...

03 Sentyabr 2026, 12:36

Qatır Məmməd filmindəki həmin obraz əslində kimdir? 

Cümhuriyyət Ordusunun xüsusi yetişdirdiyi zabit, kino filmdə aktyor Rasim Balayevin canlandırdığı, Əziz adı ilə təqdim edilən və DĪFAĪ üzvü olan Teymur bəy Novruzov 1919–1920-ci illərdə Gəncə Quberniyasında  bolşeviklə arxalanaraq onların göstərişini yerinə yetirməklə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan etmiş və nəticə etibarilə Cümhuriyyət ordusuna ağır zərbə vurmaq üzrə olan Qatır Məmmədi üz-üzə, açıq döyüşdə öldürür.Oxu24.com xatırladır ki,1974-cü ildə ekranlara rejissor Rasim Ocaqovun və şair Zeynal Xəlilin eyniadlı pyesinin əsasında Mixail Maklyarski və Kirill Rapoportun ssenari müəllifi olan “Qatır Məmməd” filmi çıxır. Film 1919–1920-ci illərdə Gəncə quberniyasında Azərbaycan Cümhuriyyətinə qarşı üsyan edən Qatır Məmməd haqqındadır.Bu yazım onu öldürən, Cümhuriyyət ordusunun xüsusi...

03 Sentyabr 2026, 12:32

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı açıqlanıb 

2026-cı ilin yanvar-avqust ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 min 337 bilet əldə edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42,2 faizə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28 faiz olub.2025-ci ilin yanvar-avqust ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 33,2 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 44,6 faizə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha...

03 Sentyabr 2026, 12:28

Ermənistana Azərbaycandan 989 ton dizel göndərildi 

Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub....

03 Sentyabr 2026, 12:02

Ukrayna və Azərbaycan aqrar əməkdaşlığı genişləndirir

Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında, Azərbaycan investisiyalarının Ukrayna aqrosektoruna cəlb edilməsində və yeni ticarət imkanlarının inkişaf etdirilməsində maraqlıdır."Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna aqrar siyasət və ərzaq naziri Taras Vısotski ilə Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev arasında keçirilən görüş zamanı bildirilib.Qeyd olunub ki, tərəflər ikitərəfli ticarət həcmlərinin müharibədən əvvəlki səviyyəyə - ildə təxminən 1 mlrd. dollara qaytarılmasının zəruriliyini müzakirə ediblər. Azərbaycan tərəfi bu məqsədə nail olunmasında aqrar sektorun əsas rollardan birini oynaya biləcəyini vurğulayıb.Həmçinin Azərbaycan nümayəndələri Ukrayna aqrar məhsullarının təkcə birbaşa Azərbaycan bazarına deyil, həm də daha sonra Mərkəzi...

03 Sentyabr 2026, 12:00