Bizə yazın

Baku

-°C

USD

-

Ukrayna və Azərbaycan aqrar əməkdaşlığı genişləndirir

Cəmiyyət 03 Sentyabr 2026, 12:00

422

Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında, Azərbaycan investisiyalarının Ukrayna aqrosektoruna cəlb edilməsində və yeni ticarət imkanlarının inkişaf etdirilməsində maraqlıdır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna aqrar siyasət və ərzaq naziri Taras Vısotski ilə Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev arasında keçirilən görüş zamanı bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli ticarət həcmlərinin müharibədən əvvəlki səviyyəyə - ildə təxminən 1 mlrd. dollara qaytarılmasının zəruriliyini müzakirə ediblər. Azərbaycan tərəfi bu məqsədə nail olunmasında aqrar sektorun əsas rollardan birini oynaya biləcəyini vurğulayıb.

Həmçinin Azərbaycan nümayəndələri Ukrayna aqrar məhsullarının təkcə birbaşa Azərbaycan bazarına deyil, həm də daha sonra Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə tədarükünün genişləndirilməsi üçün ölkənin logistik imkanlarından daha fəal istifadə edilməsi təklif olunub.

T.Vısotski Ukraynanın bu imkanların praktiki inkişafında maraqlı olduğunu vurğulayıb: "Biz Azərbaycan tərəfi ilə birlikdə belə layihələr üzərində əməli işləməyə hazırıq".

Görüş zamanı həmçinin noyabrın sonunda keçirilməsi planlaşdırılan İqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyasının növbəti iclasının hazırlanması müzakirə edilib.

Azərbaycan tərəfi bu platformadan iki ölkənin şirkətləri arasında ayrı-ayrı sahə istiqamətləri üzrə B2B görüşlərinin keçirilməsi, həmçinin potensial investisiya layihələri ilə tanışlıq üçün Ukrayna regionlarına səfərlərin təşkili üçün yararlanmağı təklif edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistana Azərbaycandan 989 ton dizel göndərildi 

Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub....

03 Sentyabr 2026, 12:02

Ceyhun Bayramovla Litva xarici işlər naziri arasında telefon danışığı olub 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.Nazirlər...

03 Sentyabr 2026, 11:39

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb 

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında 3 Azərbaycan vətəndaşı da var.Citypost.az "Report" a istinadən xəbər verir ki, həmin şəxlər Xaçmaz rayonun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.Valeh Hümbətovun anası Yeganə Hümbətova "Report"a açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:Valeh Hümbətov"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfədir ki, Türkiyədə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi...

03 Sentyabr 2026, 11:37

 Tural İrfan GİLEYLƏNDİ: “Yaşamırıq, yalnız problem həll etməklə məşğuluq”  

İlahiyyatçı, yazar və MCP sədrinin müavini Tural İrfan ölkədə sosial vəziyyətin ağırlığı ilə bağlı fikirlərini bölüşüb.Tural İrfan sosial şəbəkə hesabında yazdığı paylaşımda kommunal ödənişlərlə bağlı yaşadığı çətinliklərdən söz açıb. O, ötən aydan borcunun qaldığını və işığının kəsilməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib.İlahiyyatçı qeyd edib ki, bir neçə gün əvvəl su nəzarətçisi də ödənişin vaxtında edilməsini tələb edib və suyun kəsilə biləcəyini deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq qonşuların yanında səsləndirilib.Tural İrfan qarşıdan gələn qışla bağlı da narahatlığını ifadə edib.“Hələ qarşıdan qış gəlir. Görək qaza pul çatdıra biləcəyikmi... Kənddə yaşasaydıq, yenə kərmədən, təzəkdən tapıb yandırmaq olardı. Şəhərdə quru asfaltın üstündə nə...

03 Sentyabr 2026, 11:33

Ədalət Verdiyev Ermənistan ordusunu belə tənqid etdi

Hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun hərbi mərasimlərindən birini tənqid edib.Citypost.az Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistan ordusunda silahla hərbi salam verilməsi görüntülərinə münasibət bildirib.“Dünyada silahla hərbi salam verən bir ordu var. O da Ermənistan ordusudur. Müdafiəsiz nazir də elə ciddi dayanıb ki, sanki nizamnamənin tələbləri belə imiş”, – deyə hərbi ekspert yazıb.Ədalət Verdiyev paylaşımında Ermənistan ordusunu sərt ifadələrlə tənqid edərək, “Beyin gizlənməsi buna deyirlər. Ordu deyil, vallah, multfilmdir” sözlərini qeyd edib.Turan...

03 Sentyabr 2026, 10:56

Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.Qeyd edilib ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət...

03 Sentyabr 2026, 10:54