Bizə yazın

Baku

-°C

USD

-

Bank borcu və aliment: Tutulmalar necə aparılır? – HÜQUQİ QAYDA 

Hüquq 04 Sentyabr 2026, 10:55

359

Şəxsin eyni vaxtda bir neçə banka borcu və aliment ödəmək öhdəliyi olduqda, vətəndaşın maaşından tutulmaların hansı ardıcıllıqla aparılması sualı tez-tez gündəmə gəlir. Xüsusilə iki və ya daha çox kredit öhdəliyi olan şəxslər alimentin digər borclardan üstün tutulub-tutulmadığını və əməkhaqqının nə qədər hissəsinin tutulmasının mümkün olduğunu bilməyə bilərlər.

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda bütün borclar eyni vaxtda və eyni qaydada tutulmur. Aliment öhdəlikləri icra zamanı xüsusi üstünlüyə malikdir. Qanunvericilikdə müəyyən edilmiş hallarda alimentin tutulması üçün əməkhaqqından daha yüksək faizdə vəsait tutulmasına da yol verilə bilər.Ümumi qayda olaraq, borclunun əməkhaqqından tutulmaların məbləği müəyyən həddi keçməməlidir. Bir neçə icra sənədi olduqda isə onların icra növbəliliyi nəzərə alınır. Alimentlə bağlı tələb ödənildikdən sonra əməkhaqqında qalan məbləğ hesabına digər borcların, o cümlədən bank kreditlərinin tutulması məsələsi gündəmə gəlir.Məsələn, şəxsin iki banka borcu olduğu halda, eyni zamanda aliment öhdəliyi də varsa, ilk növbədə aliment üzrə tutulma həyata keçirilə bilər. Əgər qanunla müəyyən edilmiş tutulma həddi aliment öhdəliyinin icrasına sərf olunursa və əməkhaqqından digər borclar üçün vəsait qalmırsa, bankların tələbləri həmin şəxsin əməkhaqqından dərhal tutulmaya bilər. Bu halda digər kreditorlar icra sənədlərinin növbəliliyinə uyğun olaraq gözləməli və borcun tutulması üçün qanunla nəzərdə tutulan digər imkanlardan istifadə edə bilərlər.Lakin bu, bankın borcun tutulması üçün şəxsin 18 yaşına qədər mütləq gözləməli olduğu anlamına gəlmir. Kreditorun tələbinin icrası üçün borclunun digər əmlakına, bank hesablarına, gəlirlərinə və qanunla tutulmasına yol verilən digər vəsaitlərə yönəltmə imkanları konkret icra işi çərçivəsində ayrıca qiymətləndirilə bilər.

Son dövrlərdə əməkhaqqının 25 faizinin həyat yoldaşına aid olması və buna görə də guya borclunun maaşının yalnız 25 faizinin tutulmasının mümkünlüyü ilə bağlı müxtəlif fikirlər də səslənir. Hüquqşünaslar bildirirlər ki, bu məsələyə yalnız belə sadə formul əsasında yanaşmaq düzgün deyil. Əməkhaqqından tutulmanın konkret faizi borcun növündən, icra sənədindən və qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərdən asılıdır.Digər tərəfdən, aliment öhdəliyinin süni şəkildə yaradılması ilə bağlı iddialar da hüquqi baxımdan ciddi məsələdir. Bəzi hallarda şəxslərin bank və digər kreditorlar qarşısında borclarından yayınmaq məqsədilə formal və ya əsassız aliment öhdəlikləri yaratmağa çalışması barədə fikirlər səslənir. Belə hallarda aliment öhdəliyinin real olub-olmaması və icra sənədinin qanuni əsasları aidiyyəti qaydada araşdırıla bilər.

Mütəxəssislər qeyd edirlər ki, boşanma, aliment və kredit öhdəlikləri bir-biri ilə əlaqəli görünsə də, hər bir məsələ üzrə ayrıca hüquqi qaydalar mövcuddur. Şəxsin bir neçə kreditor qarşısında borcu olması onun aliment öhdəliyini aradan qaldırmır. Eyni zamanda aliment ödənilməsi digər borcların avtomatik olaraq silinməsi demək deyil.Bu səbəbdən həm borclulara, həm də kreditorlara tövsiyə olunur ki, əməkhaqqından tutulmanın məbləği və icra sənədlərinin növbəliliyi ilə bağlı məsələlərə fərdi qaydada hüquqi qiymət versinlər. Çünki konkret tutulma faizi və icranın hansı əmlaka yönəldilməsi borcun növündən və mövcud icra sənədlərindən asılı olaraq dəyişə bilər.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xaricdə təhsil vəd edən şirkətlərə aldanmayın – Hüquqşünasdan VACİB XƏBƏRDARLIQ

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərə marağı da artırıb. Lakin xaricdə təhsil, işə qəbul və digər xidmətlər vəd edən şirkətlərlə bağlı zaman-zaman vətəndaşların aldadılması, ödənişlərin alınmasına baxmayaraq vəd edilən xidmətlərin göstərilməməsi ilə bağlı şikayətlər də gündəmə gəlir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, vətəndaşlar belə şirkətlərə müraciət etməzdən əvvəl ilk növbədə həmin qurumun fəaliyyəti barədə ətraflı araşdırma aparmalıdırlar. Şirkətin nə qədər müddətdir fəaliyyət göstərməsi, əvvəlki müştərilərinin kimlər olması, onların xidmətlərdən razı qalıb-qalmaması və şirkətin real nəticələri araşdırılmalıdır.Mütəxəssislər xüsusilə reklamlara və sosial şəbəkələrdə yayılan paylaşımlara kor-koranə inanmağı məsləhət görmürlər. Çünki tanınmış simanın, aparıcının...

04 Sentyabr 2026, 09:55

Uşağın sahə həkimini dəyişmək mümkündürmü? – Hüquqşünaslardan AÇIQLAMA

Valideynlər arasında uşağın təhkim olunduğu sahə həkimini dəyişməyin mümkün olmadığı ilə bağlı fikir formalaşıb. Hüquqşünasların və səhiyyə üzrə mütəxəssislərin sözlərinə görə, bu yanaşma ümumi şəkildə doğru deyil. Mövcud qaydalara əsasən, sığorta olunan şəxs ailə həkimini, o cümlədən sahə həkimi-pediatrı seçmək və onu dəyişmək hüququna malikdir.Citypost.az-ın məlumatına əsasən , bu baxımdan valideynlər uşağın təhkim olunduğu poliklinikaya müraciət edərək sahə həkiminin dəyişdirilməsini tələb edə bilərlər. Yəni uşağın müəyyən bir həkimə təhkim edilməsi həmin həkimin ömürlük dəyişdirilməsinin mümkünsüz olduğu anlamına gəlmir.Hüquqşünaslar xüsusilə bir məqama diqqət çəkirlər: sahə həkiminin dəyişdirilməsi ilə poliklinikanın dəyişdirilməsi eyni məsələ deyil. Valideyn uşağın həkimini dəyişə bilər, lakin başqa poliklinikaya...

04 Sentyabr 2026, 08:53

Birinci qrup əlillik sürücülüyə mane olur? – Mütəxəssislər açıqladı

Əlilliyi olan şəxslərin sürücülük hüququ ilə bağlı cəmiyyətdə müxtəlif suallar yaranır. Xüsusilə birinci qrup əlilliyi olan şəxslər arasında “sürücülük vəsiqəsi alsam, mənə təyin olunan müavinət və ya digər sosial ödənişlər dayandırıla bilərmi?”, “əlilliyim sürücülük hüququ əldə etməyimə mane olurmu?”, “görmə qabiliyyətinə görə birinci qrup əlilliyim varsa, avtomobil idarə edə bilərəmmi?” kimi suallar tez-tez gündəmə gəlir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu məsələdə ilk növbədə əlilliyin hansı səbəbdən və hansı funksional məhdudiyyətlərlə müəyyən edildiyinə baxılmalıdır. Yəni şəxsin sadəcə “birinci qrup əlil” statusuna malik olması avtomatik olaraq onun bütün hallarda sürücülük hüququndan məhrum edilməsi və ya sosial ödənişlərinin dayandırılması anlamına gəlmir.Hüquqşünasların...

03 Sentyabr 2026, 10:42

Vəfat etmiş ataya görə pensiya almaq mümkündürmü? – Hüquqi CAVAD

“Uşaqlıqdan əliləm, atam vəfat edib. Onun pensiyasını ala bilərəmmi?” Bu sual ailə başçısını itirmiş və sağlamlıq imkanları ilə bağlı xüsusi statusu olan şəxslər tərəfindən tez-tez gündəmə gətirilir. Hüquqşünaslar bildirirlər ki, bu məsələyə “atanın pensiyasının övlada keçirilməsi” kimi yanaşmaq tam düzgün deyil. Belə hallarda əsas məsələ şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsidir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ailə başçısını itirməyə görə pensiya hüququ qanunvericiliklə müəyyən edilmiş şəxslərə və konkret şərtlər daxilində verilir. Bu zaman vətəndaşın yaşı, əmək qabiliyyəti, əlilliyinin nə vaxt müəyyən olunması və digər hüquqi hallar xüsusi əhəmiyyət daşıyır.Hüquqşünaslar qeyd edirlər ki, ən mühüm...

03 Sentyabr 2026, 08:25

Dələduzluq qurbanlarının diqqətinə: Həbsdən çıxmaq məsuliyyətin sonu deyil

Dələduzluq qurbanlarının diqqətinə: Həbsdən çıxmaq məsuliyyətin sonu deyilDələduzluq cinayətinin qurbanı olan vətəndaşların ən çox verdiyi suallardan biri də onlara dəymiş maddi ziyanın necə və hansı qaydada geri alınması ilə bağlıdır. Xüsusilə də təqsirli şəxs məhkəmə hökmü ilə müəyyən müddətə azadlıqdan məhrum edildikdə, zərərçəkmiş şəxslər bəzən hesab edirlər ki, həmin şəxsin həbs olunması avtomatik şəkildə onların pulunun da geri qaytarılması deməkdir. Halbuki, hüquqi baxımdan cinayətə görə cəza çəkmək və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəmək ayrı-ayrı hüquqi məsələlərdir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bir şəxsin dələduzluğa görə, məsələn, 3 il müddətinə azadlıqdan məhrum edilməsi onun zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı...

02 Sentyabr 2026, 10:32

Boşanandan sonra keçmiş ər-arvad vərəsə ola bilərmi?

Ailə münasibətlərində ən çox maraq doğuran hüquqi məsələlərdən biri ər-arvadın bir-birinin ölümündən sonra vərəsəlik hüququnun olub-olmamasıdır. Xüsusilə boşanmış şəxslər, uzun müddətdir ayrı yaşayan, lakin rəsmi nikahı hələ pozulmayan cütlüklər bu məsələdə tez-tez suallarla qarşılaşırlar. Hüquqşünasların izahına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyində ər və arvadın vərəsəlik hüququ konkret qaydalarla müəyyən edilir və burada rəsmi nikahın mövcudluğu əsas məsələlərdən biridir.Citypost.az xəbər verir ki, qanunvericiliyə əsasən, ər və arvad bir-birinə münasibətdə birinci növbə vərəsələr hesab olunurlar. Yəni şəxslər rəsmi nikahda olduqları müddətdə onlardan biri vəfat etdikdə, sağ qalan ər və ya arvad mərhumun vərəsələri sırasına daxil olur. Birinci növbə vərəsələrə, ümumiyyətlə, mərhumun uşaqları,...

02 Sentyabr 2026, 09:48