Bizə yazın

Baku

-°C

USD

-

Əminə Yusifqızından ADY-yə təşəkkür: “Hər şeydən məmnunam”

Cəmiyyət 08 Sentyabr 2026, 10:12

206

Əməkdar jurnalist Əminə Yusifqızı “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı–Qazax sürətli sərnişin qatarında səfəri zamanı göstərilən xidmətlərlə bağlı paylaşım edib.

Citypost.az xəbər verir ki, Əməkdar jurnalist bildirib ki, Bakıdan Yevlaxa qatarla səfər edir və cəmi 2 saat 45 dəqiqə sonra doğma şəhərinə çatacaq.

Onun sözlərinə görə, Yevlaxda dəvət aldığı tədbirdə iştirak etdikdən sonra şəhərdə baş verən yeniliklərlə tanış olmaq, qohum və dostları ilə görüşmək üçün də vaxtı olacaq. Əminə Yusifqızı həmin gün axşam saatlarında yenidən Bakıya qayıtmağı planlaşdırdığını qeyd edib.

Hazırda qatarın 3 nömrəli vaqonunda səfər etdiyini bildirən Əməkdar jurnalist göstərilən xidmətlərdən məmnun qaldığını vurğulayıb.

“Bu dəqiqələrdə isə 3 nömrəli vaqonda mənə məxsus yerdəki kresloya söykənib yol qeydlərimi edirəm. Hər şeydən o qədər məmnunam ki... Vaqon tərtəmizdir. Bələdçilərin özləri kimi xidmətləri də əladır. Heç bilet alanda da əziyyət çəkmədim. Qızım elə evdən onlayn bu işi də görmüşdü. İndi, necə deyərlər, halımdan o qədər məmnunam ki...” – deyə o bildirib.

Əminə Yusifqızı qeyd edib ki, insanlar bəzən narazılıqlarını dilə gətirməyə daha çox meyilli olsalar da, görülən yaxşı işləri qiymətləndirmək və haqq edən insanlara xoş söz söyləmək də vacibdir.

“Bəzən bizlər minnətdarlıq duyğularımızdan söhbət açmağa meyilli olmuruq. Amma haqq edənlərə xoş söz demək lazımdır, hətta vacibdir. Təşəkkür edirəm, ‘Azərbaycan Dəmir Yolları’ QSC. Bizlər üçün yaratdığınız super rahatlığa görə rəhbərlikdən tutmuş sıravi işçilərə qədər hər birinizə minnətdaram. Var olun”, – deyə Əməkdar jurnalist paylaşımında bildirib.

Onun paylaşımı qatarla sərnişindaşıma sahəsində yaradılan şərait və göstərilən xidmətlərin sərnişinlər tərəfindən müsbət qarşılanmasının daha bir nümunəsi kimi diqqət çəkib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ankaradan İrəvana gedən siyasi yol Bakıdan keçir — Zahid Orucun Şərhi 

3 sentyabr 2026-cı il tarixində İrəvanda keçirilən erməni-türk iş adamlarının biznes forumu, Margara–Alican sərhəd məntəqəsində aparılan intensiv hazırlıq işləri, Kars–Gümrü dəmir yolunun yenidən gündəmə gətirilməsi və Türkiyə–Ermənistan arasında ticarət-sənaye palataları arasındakı razılaşmalar Qafqazda Açılımın Azərbaycanla sinxron idarə olunan birgə yol xəritəsidir.Türkiyə ilə Ermənistan arasında otuz ildən artıq bağlı qalan sərhəd 1990-cı illərin ağır mirası – Kəlbəcər rayonunun işğalından sonra qapanan coğrafiyanın mənzərəsidir. Lakin Vətən müharibəsində parlaq Qələbə ilə hələ 10 noyabrda – müharibənin rəsmi yekun sənədi imzalananda regional kommunikasiyaların açılması üçün hüquqi şərtlər müəyyənləşdirildi.Ankara Ermənistanın müstəqilliyini 16 dekabr 1991-ci ildə tanımışdı, lakin Qarabağ müharibəsinin genişlənməsi Cənubi Qafqazın ənənəvi iqtisadi-ticarət xəritəsinə...

08 Sentyabr 2026, 10:21

Etibar Əliyev: Əziz Səncərin “Şöhrət” ordeni ilə təltifi Türk dünyasına töhfədir  

Sabiq deputat Etibar Əliyev Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasını yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Etibar Əliyev qeyd edib ki, dövlət başçısının Əziz Səncəri ali dövlət təltiflərindən biri ilə mükafatlandırması Türk dünyasına verilən böyük töhfədir.Sabiq deputat 2021-ci il dekabrın 2-də Prezident İlham Əliyevin Əziz Səncərlə görüşünü də xatırladıb. Onun sözlərinə görə, həmin görüş zamanı Nobel laureatı Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib və bu Qələbənin bütün Türk dünyasında qürur hissi doğurduğunu bildirib.Etibar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev Əziz...

08 Sentyabr 2026, 10:19

Bakıya aylıq normadan çox yağıntı düşüb - FAKTİKİ HAVA

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.Citypost.az-a Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133%-ni təşkil edir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran, Şamaxıda 10, Xaltan, Tərtər, Lerikdə 9, Zərdabda 8, Lerik, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən,...

08 Sentyabr 2026, 10:15

Zabratda güclü külək avtomobil körpüsünün məhəccərlərini dəmir yolunun üstünə salıb 

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.Bu barədə Citypost.az- "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.Məlumata görə, buna səbəb "Zabrat-2" stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub.ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.

08 Sentyabr 2026, 10:00

Lənkəranda güclü külək bir sıra fəsadlar törədib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib."Report"un cənub bürosunun məlumatına görə, güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.Şəhərin Kiçik Bazar deyilən ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.Aidiyyəti qurumların nümayəndələri ərazilərdə olub. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Bəzi küçələrdə ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib. Hazırda fasilələr yarandığı...

08 Sentyabr 2026, 09:05

Bu ərazilərində qaz olmayacaq

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.Citypost.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.Belə ki, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

08 Sentyabr 2026, 08:11