Bizə yazın

Baku

-°C

USD

-

Ürəyi “qidalandıran” və gücləndirən dərmanlar varmı? – Mütəxəssislərdən AÇIQLAMA

Tibb 14 Sentyabr 2026, 11:25

251

“Ürəyim zəifləyib, onu gücləndirmək üçün hansı dərmanı qəbul edim?”, “Ürəyi qidalandıran xüsusi preparatlar varmı?” – bu suallara gündəlik həyatda tez-tez rast gəlinir. Xüsusilə ürək-damar problemi yaşayan insanlar bəzən əsas müalicədən əlavə ürəyi “qidalandıran”, “enerji verən” və ya “gücləndirən” preparatlar axtarırlar. Lakin müasir tibbdə bütün ürək xəstəlikləri üçün belə universal və elmi cəhətdən sübut edilmiş “ürək qidalandırıcısı” anlayışı yoxdur.

Citypost.az xəbər verir ki, bəzi preparatlar uzun illər ərzində, xüsusilə postsovet məkanında, metabolik təsir göstərdiyi və ürək əzələsinin enerji mübadiləsini dəstəklədiyi düşüncəsi ilə istifadə olunub. ATP, riboksin, meldonium kimi preparatlar da bu yanaşma ilə tanınır. Lakin hər hansı preparatın “ürəyi gücləndirməsi” iddiası onun klinik olaraq ürək xəstəliklərinin qarşısını alması və ya xəstənin ömrünü uzatması demək deyil. Əsas məsələ dərmanın konkret xəstəlik zamanı ürək-damar hadisələrini, xəstəxanaya yerləşdirilməni və ölüm riskini azaltmasının elmi araşdırmalarla sübut olunub-olunmamasıdır.

Məsələn, ürək çatışmazlığı ilə bağlı müasir klinik tövsiyələrdə vitaminlər, qida əlavələri və müxtəlif metabolik preparatlar rutin müalicənin əvəzi hesab edilmir. AHA/ACC/HFSA təlimatında belə əlavələrin yalnız konkret çatışmazlıqların korreksiyası kimi istifadə oluna biləcəyi, bir sıra əlavələr üzrə isə ürək çatışmazlığının müalicəsində faydanın kifayət qədər sübut edilmədiyi qeyd olunur. Meldonium, yəni Mildronat da bu baxımdan ayrıca diqqət çəkən preparatlardandır. Dərman bəzi Şərqi Avropa ölkələrində tibbi məqsədlərlə istifadə olunur, lakin beynəlxalq idmanda onun istifadəsinə ciddi məhdudiyyət var. Meldonium 2016-cı il yanvarın 1-dən Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələr siyahısına daxil edilib və həm yarış zamanı, həm də yarışdan kənar dövrdə qadağan olunan maddələr sırasındadır. Elkarnitinə gəldikdə isə onu da avtomatik olaraq “ürəyi gücləndirən dərman” kimi qəbul etmək düzgün deyil. Karnitin orqanizmdə enerji mübadiləsində mühüm rol oynayır, lakin ürək çatışmazlığı olan bütün şəxslərə əlavə karnitin təyin edilməsinin faydası kifayət qədər sübut olunmayıb. Bu səbəbdən onun istifadəsi yalnız konkret tibbi vəziyyət və həkim qiymətləndirməsi əsasında müəyyənləşdirilməlidir.

Əslində, ürəyin sağlamlığını qorumağın yolu təsadüfi şəkildə “ürək dərmanı” qəbul etməkdən deyil, ürək-damar xəstəliklərinin risk faktorlarını vaxtında müəyyənləşdirməkdən keçir. Yüksək arterial təzyiq, yüksək xolesterin, diabet, artıq çəki, siqaret, fiziki passivlik, düzgün olmayan qidalanma və yuxu problemləri ürək-damar sağlamlığına ciddi təsir göstərə bilər. Bu risklərin idarə olunması və artıq mövcud olan xəstəliyə uyğun müalicənin seçilməsi daha böyük əhəmiyyət daşıyır. Müasir yanaşmalarda həyat tərzinin yaxşılaşdırılması və risk faktorlarının nəzarətdə saxlanması ürək çatışmazlığının inkişafının qarşısının alınmasında da mühüm yer tutur. Bu səbəbdən “ürəyimi möhkəmləndirmək üçün hansı dərmanı içim?” sualına cavab verməzdən əvvəl əsas sual “ürəkdə hansı problem var?” olmalıdır. Ürək ağrısı, təngnəfəslik, ürəkdöyünmə, tez yorulma, ayaqlarda şişkinlik və ya digər şikayətlər varsa, səbəb müəyyən edilmədən hər hansı preparatı özbaşına qəbul etmək düzgün yanaşma deyil. Çünki bir xəstə üçün lazım olan dərman başqa bir insan üçün faydasız, hətta bəzi hallarda zərərli ola bilər.

Ürəyin sağlamlığı üçün ən etibarlı yanaşma balanslı qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq, arterial təzyiq və xolesterinə nəzarət, normal bədən çəkisinin qorunması və mütəmadi tibbi müayinələrdən keçməkdir. Əgər ürək-damar xəstəliyi artıq diaqnoz qoyulubsa, müalicə yalnız həkimin müəyyən etdiyi preparatlar və dozalar əsasında aparılmalıdır. “Ürəyi qidalandırır”, “enerji verir”, “gücləndirir” kimi ifadələr isə dərmanın həqiqətən xəstəliyin gedişatını yaxşılaşdırdığını göstərən elmi sübut kimi qəbul edilməməlidir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qan analizi verəcəksinizsə, bu 5 səhvi etməyin – nəticələrə təsir edə bilər

Qan analizinin nəticəsi həkim üçün xəstənin sağlamlıq vəziyyəti barədə mühüm məlumatlardan biridir. Lakin analizdən əvvəl edilən bəzi səhvlər nəticələrə təsir göstərə və müəyyən göstəricilərin olduğundan fərqli görünməsinə səbəb ola bilər. Buna görə də yalnız laboratoriyada düzgün nümunənin götürülməsi deyil, pasiyentin analizə qədər necə hazırlaşması da əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, analizdən əvvəl edilən səhvlərin sayı beşlə məhdudlaşmır. Hər bir laborator müayinənin özünəməxsus hazırlıq qaydaları ola bilər. Buna görə də həkimin və laboratoriyanın verdiyi təlimatlara əməl etmək əsas şərtdir. Ən çox diqqət edilməli məsələlərdən biri analizdən əvvəl ağır fiziki fəaliyyət göstərməməkdir. Xüsusilə bəzi qan testlərindən əvvəl intensiv idman...

14 Sentyabr 2026, 10:19

Ürək çatışmazlığı olan xəstələr nələri bilməlidir? – Mütəxəssislərdən VACİB AÇIQLAMA

Ürək çatışmazlığı diaqnozu insanın həyatının əvvəlki kimi davam edə bilməyəcəyi anlamına gəlmir. Müasir tibbin imkanları, düzgün müalicə, həkim nəzarəti, sağlam həyat tərzi və ailə dəstəyi ilə xəstəliyin gedişinə nəzarət etmək və həyat keyfiyyətini qorumaq mümkündür. Bunun üçün isə pasiyentin yalnız dərmanlarını qəbul etməsi deyil, gündəlik qidalanmasına, maye qəbuluna, çəkisinə, fiziki aktivliyinə və psixoloji vəziyyətinə də diqqət yetirməsi vacibdir.Citypost.az xəbər verir ki, ürək mütəxəssisləri bildirirlər ki, ürək çatışmazlığı olan xəstələrin diqqət etməli olduğu əsas məsələlərdən biri duz qəbuludur. Orqanizmə həddindən artıq natrium daxil olduqda bədəndə mayenin saxlanılması arta bilər. Bu isə ürək çatışmazlığı olan şəxslərdə ödemin, nəfəs darlığının və digər şikayətlərin...

12 Sentyabr 2026, 14:15

Triqliserid yüksəkdirsə, dərman vacibdirmi?

Triqliseridlərin yüksək olması zamanı müalicə yanaşması hər bir xəstə üçün fərdi müəyyənləşdirilir. Burada yalnız qanda triqliserid göstəricisinin səviyyəsi deyil, eyni zamanda şəxsin yanaşı xəstəlikləri, ürək-damar xəstəlikləri baxımından riski, qidalanma və həyat tərzi kimi amillər də nəzərə alınır. 2026-cı il üzrə yenilənmiş beynəlxalq tövsiyələrdə də hipertriqliseridemiyanın müalicəsində həyat tərzinin yaxşılaşdırılması əsas ilkin addımlardan biri kimi qiymətləndirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ilk mərhələdə sağlam və balanslı qidalanmaya keçid, artıq çəkinin azaldılması, fiziki aktivliyin artırılması, şəkər və rafinə olunmuş karbohidratların məhdudlaşdırılması, həmçinin alkoqoldan uzaq durmaq triqliseridlərin aşağı salınmasına kömək edə bilər. Lakin nəticə yalnız pəhrizdən asılı deyil. Triqliserid yüksəkliyinə şəkərli diabet,...

11 Sentyabr 2026, 10:30

Xərçəng xəstəlikləri üçün skrininqə nə vaxt başlamaq lazımdır? – Həkimlərdən vacib tövsiyələr

Xərçəng xəstəliklərinin erkən aşkarlanması müalicənin nəticələrinə ciddi təsir göstərə bilər. Həkimlər bildirirlər ki, xərçəngin bütün növləri üçün eyni yaşda və eyni intervalla skrininq aparılması düzgün deyil. Müayinələrin başlanma yaşı və təkrarlanma müddəti xərçəngin növündən, şəxsin yaşından, cinsindən, ailə tarixçəsindən və fərdi risk faktorlarından asılı olaraq dəyişir. Skrininqin əsas məqsədi isə hər hansı şikayət yaranmamışdan əvvəl müəyyən xərçəng növlərini erkən mərhələdə aşkar etməkdir. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qadınlarda süd vəzi xərçənginin erkən aşkarlanması üçün mammoqrafiya mühüm skrininq üsullarından biridir. Orta risk qrupunda olan qadınlar üçün 40 yaşdan etibarən hər iki ildən bir mammoqrafiya aparılması tövsiyə olunur. Lakin ailəsində süd...

11 Sentyabr 2026, 09:30

Ürək xəstəliklərinin təməli uşaqlıqdan qoyula bilər

Ürək-damar xəstəlikləri bir gündə yaranmır. Mütəxəssislərin fikrincə, bu xəstəliklərə səbəb olan bir sıra risk faktorları hələ uşaqlıq və yeniyetməlik dövründən formalaşmağa başlaya bilər. Qidalanma vərdişləri, fiziki aktivlik, artıq çəki, qan təzyiqi, xolesterin səviyyəsi, siqaret və digər həyat tərzi amilləri illər ərzində ürək-damar sağlamlığına təsir göstərə bilər. Amerika Ürək Assosiasiyasının 2026-cı il tövsiyələrində də ürək sağlamlığı üçün düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılmasının və ömür boyu davam etdirilməsinin vacibliyi vurğulanır.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, ürək sağlamlığı haqqında danışarkən yalnız bir qidaya və ya məhsula fokuslanmaq düzgün deyil. Məsələn, “bu məhsul təbiidir, ona görə istədiyim qədər istifadə edə bilərəm” yanaşması...

11 Sentyabr 2026, 08:30

Öd kisəsində daş varsa, mütləq əməliyyat olunmalıdır? – Həkimlərdən AÇIQLAMA

Öd kisəsində daş aşkarlanması kifayət qədər geniş yayılmış problemlərdən biridir. Bəzi insanlar bu diaqnozu təsadüfən, ultrasəs müayinəsi zamanı öyrənir, bəzilərində isə xəstəlik uzun müddət müxtəlif əlamətlərlə özünü göstərir. Ağızda acılıq, mədədə ağırlıq və diskomfort, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, dərinin və gözlərin saralması kimi əlamətlər isə artıq öd yolları və həzm sistemi ilə bağlı problemin araşdırılmasını tələb edə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, öd kisəsində daşın olması ilə xəstəliyin klinik gedişini bir-birindən fərqləndirmək lazımdır. Xüsusilə təkrarlanan ağrı tutmaları olan, ürəkbulanma və qusma ilə müşayiət edilən və ya daşın öd yollarına düşməsinə dair əlamətləri meydana çıxan xəstələrdə məsələ daha...

10 Sentyabr 2026, 10:30