Bizə yazın

Baku

-°C

USD

-

TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib

Cəmiyyət 14 Sentyabr 2026, 11:33

253

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib.

Citypost.az xəbər verir ki, bəyannamənin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev oxuyub.

Bəyannamənin mətnində deyilir:

"Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü 2026-cı ilin 14 sentyabr tarixində Bakıda keçirilmişdir.

7-ci Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Nauruzbay Taqanulı, Qırğızıstan Müsəlmanları idarəsinin sədri, müfti Əbdüləziz Zakirov, Türkiyə Dəyanət İşləri Başqanı Prof. Dr. Safi Arpaguş, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Holiknazar, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Rahman Qurbanmuradov, Şimali Kipr Dini İşlər Başqanı Hakan Moral və Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanıçbek Ömüralıyev iştirak etmişlər.

TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində imzalanmış Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişin məqsəd və prinsiplərini, habelə TDT sammitlərinin bəyannamələrini və digər sənədlərini rəhbər tutaraq;

7-ci Görüşün təşkilinə və keçirilməsinə göstərdiyi ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təşəkkürlərini bildirərək;

TDT-yə üzv dövlət başçılarının sammitləri zamanı türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi və zənginləşdirilməsi, TDT çərçivəsində türkdilli dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsinə sarsılmaz sadiqlik nümayiş etdirdiklərini alqışlayaraq;

Eyni din, ortaq tarix, dil, mədəniyyət və adət-ənənələri bölüşən türk dövlətləri və xalqları arasında həmrəyliyin daha da möhkəmləndirilməsi üçün öz qəti iradəsini bir daha təsdiq edərək;

Dünyada sülhün və rifahın gücləndirilməsi üçün Türk-İslam mənəviyyatının və mədəniyyətinin zəngin potensialından istifadə edilməsi və onun dəyərlərinin yayılmasına çalışaraq;

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr və qarşıdurmalar ilə əlaqədar fəlakətli proseslərdən dərin narahatlıq ifadə edərək;

Qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından öz dərin narahatlıqlarını bildirərək;

TDT Müsəlman Dini idarə rəhbərləri Şurasının daha öncə Qazaxıstan, Özbəkistan və Qırğızıstanda keçirilmiş görüşləri çərçivəsində Türk-İslam dünyasının görkəmli alim mütəfəkkirləri - Xoca Əhməd Yəsəvi, Əbu Mansur Əl-Matrudi və Siracuddin Əl-Oşiyə həsr olunmuş elmi-praktiki konfransları, habelə 7-ci Görüş çərçivəsində keçirilən Şeyx Seyyid Yəhya Bakuvi Konfransını alqışlayaraq;

Şura çərçivəsində fətva məsələləri üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirərək;

Bəyan etdilər ki, onlar:

1. Beynəlxalq hüquq normalarına və TDT-nin prinsiplərinə əsaslanaraq, terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya, türkofobiya, təkfirçilik, məzhəblər arası ayrıseçkilik və nifrət çağırışları meyillərinin qarşısının alınması üçün birgə səylər göstərməyə davam edir,

2. Türk-İslam mənəviyyatının və mədəniyyətinin potensialından dünyada sülhün və rifahın möhkəmləndirilməsi, onun dəyərlərinin dünyada yayılması və gənclərin maarifləndirilməsinə çalışır,

3. Dini təhsilin və milli özünü dərk etmənin təkmilləşdirilməsi üçün birgə elmi konfransların təşkili və dini mərkəzlərin yaradılmasına kömək edir, yetişməkdə olan yeni nəslə ənənəvi mənəvi dəyərləri ötürmək üçün tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadilələri, həmçinin dini və elmi tədqiqatların inkişafını təşviq edir,

4. Öz fəaliyyətini Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və səmərəliliyi üçün müvafiq birgə layihələr hazırlamağa yönəldir, milli və dini əlamətdar günlərin, xüsusilə Ramazan və Qurban bayramlarının ilkin tarixlərinin spesifik xüsusiyyətlər nəzərə alınaraq birgə müəyyənləşdirilməsi, başlıcası isə mötədil islam və məzhəblərlərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların işlənib hazırlanması işlərini davam etdirir,

5. İnsan Hüquqları Ümumi Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, insan hüququları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlıq edərək Türk-İslam mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq qadınlar, gənclər və uşaqlar arasında dini-tərbiyəvi əhəmiyyətli tədbirlər keçirməyə, bu sahədə qarşılıqlı mübadilələr aparmağa, qadınların və gənc nəslin dövrün tələblərinə uyğun olaraq dini sahədə maarifləndirilməsi üçün şərait yaratmağa çalışır,

6. Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, zərərli təbliğatın, sektantlığın və hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylərini davam etdirir,

7. Dini ədəbiyyatın və dinşünaslığın türk dövlətlərinin dillərinə tərcüməsi və onların qanunvericiliyə və milli ənənələrə uyğun olaraq tanıdılması, müvafiq metodologiyalar və vasitələrin mübadiləsi və onların inkişaf etdirilməsi məqsədi ilə birgə təlim seminarlarının, konfransların, simpoziumların və digər tədbirlərin təşkili sahəsində əməkdaşlığı davam etdirir,

8. Türk dünyasının tarixinin öyrənilməsi və gənc nəsillərə aşılanması sahəsində əməkdaşlığı təşviq edir, habelə TDT-yə üzv olan ölkələrdə dini və tarixi yerlərinin birgə ziyarət olunması və turların təşkili, onların beynəlxalq səviyyədə təbliğinə çalışır,

9. OTS-in Baş katibi Zati-aliləri səfir Kubanıçbek Omuralievin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətinə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirir, onun səlahiyyət müddətinin başa çatmasını nəzərə alaraq, gələcək fəaliyyətində ona uğurlar arzulayırlar.

Nümayəndə heyətlərinin başçıları 7-ci Görüşün yüksək səviyyədə təşkilinə və bütün iştirakçılara göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Hökumətinə, habelə hazırlıq və koordinasiya prosesinə verdiyi dəyərli töhfəyə görə Türk Dövlətləri Təşkilatının Katibliyinə dərin minnətdarlıqlarını ifadə edirlər.

14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində qəbul edilmiş və imzalanmışdır. Sənəd ingilis dilində bir nüsxədə tərtib olunmuş və Türk Dövlətləri Təşkilatının Katibliyində saxlanılmaq üçün təhvil verilmişdir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər 

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər.Citypost.az xəbər verir ki, müraciət Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə qəbul olunub.Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı oxuyub.

14 Sentyabr 2026, 11:33

Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib 

Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Qazaxıstanda keçirilən 7-ci iclasında iştirak edib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Tədbirdə çıxış edən K.Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri...

14 Sentyabr 2026, 11:12

Parlamentdə əhalinin məşğulluğu müzakirə olunacaq

Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək.Citypost.az xəbər verir ki, bu, parlamentin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.Plana əsasən, "Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmənin sessiya müddətində təşkili nəzərdə tutulur.

14 Sentyabr 2026, 11:08

Azərbaycan və Çin terrorla mübarizədə əməkdaşlığı gücləndirir

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.Citypost.az-a DTX-dən verilən məlumata görə, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb.Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı...

14 Sentyabr 2026, 10:57

İlham Əliyev Bakıda yeni innovasiya şəhərciyini açdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb,...

14 Sentyabr 2026, 10:56

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb 

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.Bu barədə Citypost.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

14 Sentyabr 2026, 10:20