Bizə yazın

Baku

-°C

USD

-

İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb 

Hadisə 14 Sentyabr 2026, 12:00

342

İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

DSX-nın Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.Belə ki, 2014-cü il təvəllüdlü E.C yaşadığı binanın 4-cü mərtəbəsinin dəhlizindəki pəncərədən ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır

14 Sentyabr 2026, 12:05

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib 

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib.Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.Mənbənin sözlərinə görə, razılaşmanın yaxın vaxtlarda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.Bildirilib ki, razılaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə yeni marşrutun detalları və gəmiçilik qaydaları ilə tanış olmaq məqsədilə toplantıda iştirak edəcəklər.Razılaşmaya əsasən, Hörmüz boğazından Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir. Körfəzdən çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularını əhatə edir....

12 Sentyabr 2026, 22:23

Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb 

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

12 Sentyabr 2026, 18:09

Arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub.Citypost.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.Araşdırmalar zamanı məlum olub ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı dalaşaraq atası evinə gedib. Bundan sonra Pərviz həmin evə gedib qohumlarının gözü qarşısında xanımına hücum edərək onu yerə yıxıb və boğmağa başlayıb. Arvadının huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görən Pərviz onun öldüyünü düşünüb.Hadisə vaxtı qadın hər iki gözün konyuktival qişasına qansızma, boynun ön hissəsinin qançırı...

12 Sentyabr 2026, 15:35

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanıb.Bu barədə Citypost.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

12 Sentyabr 2026, 13:30

Həmyerlimiz PUA hücumunda həlak oldu

Rusiya-Ukrayna münaqişəsi zonasında bir nəfər azərbaycanlı həlak olub.Citypost.az  24News.ge-yə istinadən xəbər verir ki, Krımda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.Məlumata əsasən, onun idarə etdiyi yük avtomobili PUA hücumuna məruz qalıb. Zərbədən sonra nəqliyyat vasitəsi yanıb, sürücü isə elə hadisə yerində ölüb.Qeyd edilir ki, Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kəndindəndir. Hazırda mərhumun cənazəsinin vətəninə aparılması üçün zəruri tədbirlər görülür. (modern.az)...

12 Sentyabr 2026, 11:55