Bizə yazın

Baku

-°C

USD

-

Metroda niyə tez-tez nasazlıq baş verir?

Cəmiyyət 15 Sentyabr 2026, 08:38

243

Metrolarda yaranan texniki nasazlıqlar ciddi narahatlıq doğurur. Ümid edirəm, bu problemlərin qarşısının alınması istiqamətində Bakı Metropoliteni tərəfindən əsaslı işlər görüləcək.

Citypost.az  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı ötən gün səhər saatlarında metroda yaranan ləngimə və sərnişin dolu qatarların 30 dəqiqədən çox tunellərdə qalması haqda danışarkən qeyd edib.

“Metropolitendə köhnə avadanlıqlar, qatarlar və vaqonlar hələ də xidmət göstərir. Hesab edirəm ki, problemin kökündə bu amil dayanır.

Artıq bu kimi problemlər tez-tez baş verir. Sistemi və avadanlıqları mümkün qədər tez təkmilləşdirmək, hətta müasirləşdirmək lazımdır ki, belə hallar baş verməsin”, – ekspert əlavə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;6. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;9. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;10. Niyazi küçəsi, "Azneft" dairəsi...

15 Sentyabr 2026, 08:23

Bakının daha 45 küçəsində təmir işləri aparılacaq

Paytaxtda icra olunan genişmiqyaslı təmir proqramı çərçivəsində artıq 65 küçədə təmir işləri yekunlaşdırılıb.Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir ki, Bakı şəhəri və şəhərətrafı ərazilərdə iyunun 15-dən etibarən başlayan və ümumilikdə 110 küçə və prospekti əhatə edən proqramın icrası gücləndirilmiş iş rejimində davam etdirilir.

15 Sentyabr 2026, 08:22

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq

Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib."Sabah saat 10:00-dan işlər yəkunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - "Azəriqaz" bildirir.

15 Sentyabr 2026, 08:15

Bakının azadlığından 108 il keçir

Bu gün Bakının Qafqaz İslam Ordusunun erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin növbəti ildönümüdür.Citypost.az  xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 108 il ötür.1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc...

15 Sentyabr 2026, 08:08

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.Citypost.az-ın məlumatına xəbərinə görə, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq....

15 Sentyabr 2026, 08:00

“Süleyman camaatı” ilə bağlı məhkəmə: şahidlər ifadə verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarına özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səidin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az  xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Səid Mikayılovun rəhbərliyi ilə Bakıda müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq “camaatın rəhbəri” və bir sıra üzvləri müvafiq...

14 Sentyabr 2026, 21:55