“Süleyman camaatı” ilə bağlı məhkəmə: şahidlər ifadə verdi
Cəmiyyət 14 Sentyabr 2026, 21:55
316
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarına özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səidin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Citypost.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Səid Mikayılovun rəhbərliyi ilə Bakıda müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq “camaatın rəhbəri” və bir sıra üzvləri müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunub.
Prosesdə şahid qismində ifadə verən "Nəsimi" tələbə yataqxanasının rəhbəri olmuş İbrahim Teymurov bildirib ki, adıçəkilən yataqxanaya ondan əvvəl Səid Mikayılov rəhbərlik edib.
"Orta təhsilimi başa vurandan sonra Xaçmaz rayonunda Qaraqurd kənd məscidində Quran dərslərinə getmişəm, həmçinin ərəb əlifbasını öyrənmişəm. Daha sonra Türkiyəyə yollandım. Orada “Süleymaniyyə camaatı” kursunda dini təhsilimi davam etdirib ölkəyə qayıtdım. Qayıdandan sonra Şabran rayonunda təsərrüfatla məşğul oldum. Bir müddətdən sonra Bakıya gəlib Səid Mikayılovla tanış oldum. Dini təhsilinin olduğunu bilib məni "Nəsimi" tələbə yataqxanasına işə dəvət etdi. Əvvəlcə yataqxanada nəzarətçi, mühafizəçi işlədim. Sonra tələbələrə Quran dərsləri keçməyi başladım. Bir müddətdən sonra Səid mənə yataqxanada həftədə 2-3 dəfə quran dərsləri keçməyimi tapşırdı. Dərslər barədə tələbələrə məlumat verdik və tələbələr də Quranı öyrənməyə razı oldular. Daha sonra Səid müəllim məni öz yerinə rəhbər təyin etdi. Mən fəaliyyətimi rəhbər kimi davam etdirdim. Hər tələbədən ayda nağd qaydada 150 manat alırdıq. Həmin pula görə tələbələr həm burada yataqla, həm də gündə 3 dəfə yeməklə təmin edilirdilər. Əsasən aztəminatlı ailələrin övladları yataqxanada qalmaq üçün müraciət edirdilər. Amma bütün hallarda 150 manata yataqxana və 3 dəfə qidalanma heç yerdə yox idi".
Yataqxanada dini ayinlərin təşkili məsələsinə gəlincə şahid bildirdi ki, o və həmkarları tələbələrə dini ayələr, Quran, əxlaq və təmizlik öyrətməkləri ilə yanaşı dini ayinləri həyata keçiriblər. "Tələbələr əsasən Quba, Xaçmaz, Şamaxı, Qax və Zaqatala rayonlarından idilər. Dini ayinlərdə istifadə etdiyimiz kitabların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdi və açıq satışına icazə verilirdi. Dini tədris barədə heç bir qurumdan qeydiyyatdan keçməyərək, qeydiyyatsız fəaliyyət göstərirdik".
Prosesdə ifadə verən digər şahid İsmayıl Sərvərli isə bildirib ki, təqsirləndirilən Səid Mikayılovun Bakıxanov qəsəbəsində açdığı tədris mərkəzinin rəhbəri olub:
"Bakı İslam Universitetini bitirib Türkiyədə dini təhsil aldıqdan sonra Bakı şəhərinə qayıtdım, Bakıxanov qəsəbəsində “süleyman camaatı”nın üzvü olan Anar Abdulkərimov adlı şəxslə tanış oldum. Onun rəhbərliyi atında fəaliyyət göstərən "Gənclərə Qayğı" İctimai Birliyində çalışmağa başladım. Bir müddətdən sonra Anar həmin mərkəzi bağladı və mənə təhvil verdi. Səid Mikayılov mənə həmin binada tədris mərkəzi açmağı təklif etdi. Mən onunla razılaşdım və şagirdlər üçün elan verdik. Hər şagirddən aylıq 150 manat məbləğində vəsaiti almaq şərti ilə fəaliyyəti başladıq. Eyni zamanda Bakıxanov tədris mərkəzini yataqxana elədik və şagirdlər gecə də orada qalırdı, 3 dəfə qidalanma ilə təmin edirdik. Şagirdlərə ədəbiyyat, riyaziyyat və ingilis dilindən hazırlıq dərsləri keçirilirdi. Bunun üçün ayrıca müəllimləri də işə cəlb etmişdik. Amma onları müqaviləsiz işlədirdik ki, vergi ödəməyək. Mərkəzdə cəmi 3 nəfərlə müqavilə var idi. Mən və iki nəfər.
Qalanlar müqaviləsiz gizli işləyirdilər. “Bakıxanov” tədris mərkəzi yataqxana kimi qeydiyyatdan keçirilmişdi. Cəmi 5 tələbəmiz var idi. Onlardan aldığımız pulla həm işçilərin hər birinə 500-700 manat maaş verir, həm aylıq 300 manat binanın icarə haqqını ödəyir, həm də tələbələrin 3 dəfə qidalanmalarını təmin edirdik. Maddi çətinliyimiz yarandığı üçün tədris mərkəzinin girişinə nəzir qutusu qoymuşduq ki, oradan yığılan pullardan da yararlanaq".
Məhkəmədə ifadə verən digər şahid Elton Abdullayev bildirib ki, ötən ilin əvvəllərindən təxminən bir il müddətinə Binəqədidə yerləşən tələbə yataqxanasında müdir vəzifəsində çalışıb:
Həmçinin oxuyun
“Universitet tələbələri həftə içi günlər yataqxanada qalırdı, həftəsonu və bayram günləri evlərinə qayıdırdı. İşlədiyim dövr ərzində 800-850 manat pul alırdım. İşim tələbələrə, müəllimlərə nəzarət etməkdən ibarət idi, proqramlarla işləyirdim. Müqəddəs və Elşad adlı müəllimlərimiz var idi. Onlar tələbələrə ərəb əlifbasını, Qurani-Kərimi keçirdilər. Onların dini təhsili olsa da, dini tədris üçün icazələri yox idi. Biz yataqxanada qalan tələbələrə namaz qılınması qaydalarını öyrədir və dini ayinləri birlikdə icra edirdik.
Şahidin sözlərinə görə, tələbələr yataqxanaya 150 manat ödəniş edirdilər. Yataqxanada da təxminən 17-18 tələbə qalırdı. Həmin puldan işçilərin pulu, kirayə pulu (1100 manat) yataqxananın digər xərcləri ödənilirdi:
“Bu pullar yetmirdi, Səid Mikayılovun məsləhəti ilə biz yataqxana daxilində sədəqə qutusu qoymuşduq. Ora atılan pullar da bizə kömək edirdi. Oraya pulları ya tələbələr, ya tələbələri ora gətirən valideynlər, valideynlərlə gələn başqa şəxslər atırdı”.
Şahid bildirib ki, dini təhsilini ilk dəfə 1992-ci ildə uşaq yaşlarında Qəbələ rayonunun kəndlərində Farrux Öztürk adlı şəxsdən alıb:
“2009-2010-cu ildə Türkiyədə təhsil almışam, qayıtdıqdan sonra Səidlə tanış oldum, bir il Bakıxanov təhsil mərkəzində çalışdım. Sonra “Sədərək” Ticarət Mərkəzində məsciddə axund olmuşam. Məni ora Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin etməyib, amma yoxlayıb, orada çalışdığımı bilirdilər. Orada işdən çıxandan sonra Səidə iş axtardığımı dedim. Onun köməkliyi ilə Binəqədidə yataqxanada müdir vəzifəsində çalışdım. Oturub dualar etmişik, söhbətlər aparmışıq. Biz kitabları “Fəzilət” nəşrindən alırdıq. Çünki nəşrin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icazəsi var idi”.
Məhkəmə digər şahidlərin ifadəsi ilə 30 sentyabrda davam edəcək.
Xatırladaq ki, Azərbaycanda qeyd olunan tədbirlər 2026-cı ilin yanvar ayında başlanılıb, qruplaşmaya aid dərshanələr və uşaq bağçaları bağlanılıb. 2026-cı ilin avqust ayında isə Türkiyə Respublikasında “Süleyman camaatı” dini icmasının rəhbəri Alihan Kuriş də daxil olmaqla bir neçə “camaat” üzvünün “cinayətkar dəstəyə rəhbərlik etmək, dələduzluq, vergidən yayınma, çirkli pulların yuyulması” ittihamı ilə həbs olunması haqqında mediada məlumatlar yayılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.İclasda Prezident İlham Əliyevin "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncamından irəli gələn məsələlərin icrası, tikinti-quraşdırma işlərinin müəyyən edilmiş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılması, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.İclas zamanı layihə üzrə görülən işlərin hazırkı vəziyyəti, tikinti-quraşdırma işlərinin gedişi, qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub. İşçi qrupunun rəhbəri...
14 Sentyabr 2026, 21:08
“Kurtlar Vadisi”nin ssenaristləri Kaşif Kozinoğlu işi üzrə iki saatdan çox ifadə veriblər
Türkiyədə keçmiş kəşfiyyat zabiti Kaşif Kozinoğlunun Silivri həbsxanasında ölümündən 15 il sonra "Kurtlar Vadisi" serialının ssenaristləri aparılan istintaqda ifadə veriblər.NTV xəbər verir ki, 2011-ci ildə Ergenekon istintaqı çərçivəsində Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir.Bu gün Silivri Məhkəməsində üç ssenarist - Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şahid qismində təxminən 2,5 saat ifadə veriblər.Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı təfərrüatlar ortaya çıxıb. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti obrazının əslində Kaşif Kozinoğlunun...
14 Sentyabr 2026, 20:30
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatını dövlət başçısına təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib....
14 Sentyabr 2026, 20:00
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb."Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.
14 Sentyabr 2026, 19:40
Azərbaycan-Türkiyə media əməkdaşlığı müzakirə olundu
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Media və Yayım Şurasından məlumat verilib.Bildirilib ki, görüşdə Ə.İsmayılov Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.F.Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib. Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin...
14 Sentyabr 2026, 19:23
Cəlil Xəlilov veteranlarla “Türk şəhidliyi”ni ziyarət etdi
Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edibCitypost.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb.Təşkilat sədri vurğulayıb ki,...
14 Sentyabr 2026, 19:14