Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu yollarda sıxlıq var

Cəmiyyət 15 Sentyabr 2026, 08:23

179

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Citypost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

9. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Zərifə Əliyeva küçəsində;

14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazir Əhmədli: “Şah İsmayıl Əmir Teymur kimi qəddar olmayıb”

Tarixçi alim, araşdırmaçı Nazir Əhmədli Əmir Teymur, Çingiz xan və Şah İsmayılın tarixi irsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az N.Əhmədli sosial media hesabında yazıb ki, tarixçilərin hesablamalarına görə, Əmir Teymurun yürüşləri zamanı milyonlarla insan həlak olub və onun insan kəllələrindən piramidalar düzəltdiyi barədə tarixi məlumatlar var. Buna baxmayaraq, onun bu gün də təqdir və tərif edildiyini bildirib.Araşdırmaçı Çingiz xanın da qəddarlığı ilə seçilən hökmdarlardan olduğunu qeyd edərək, onun da geniş şəkildə tərif edildiyini vurğulayıb.“Şah İsmayıl Çingiz xan və Əmir Teymur kimi qəddar olmayıb. 23 illik hökmdarlığı dövründə apardığı müharibələrdə düşmən tərəfindən maksimum 200-250 min nəfər həlak ola bilər. Amma nədənsə hamıdan...

15 Sentyabr 2026, 09:07

Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib

Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur.Citypost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Yasamal rayonu 21 saytlı tam orta məktəbdə keçirilən tədbirdə deyib.Nazir birinci sinfə qədəm qoyan şagirdlərin timsalında bütün şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.Emin Əmrullayev bildirib ki, təhsildə əldə olunan nəticələrin əsasında müəllimlərin fəaliyyəti dayanır. O, müəllimləri də yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.Nazir valideynlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, valideynlər bütün tədris prosesi boyunca övladlarının yanında olsalar və məktəblə yaxından əməkdaşlıq etsələr, təhsildə daha böyük irəliləyişlərə nail...

15 Sentyabr 2026, 09:03

Şəhla Cabbarlı: “İman və ideologiya silahdan da, puldan da güclüdür”

Araşdırmaçı jurnalist Şəhla Cabbarlı Yəməndəki Ənsarullah hərəkatının fəaliyyətini və Səudiyyə Ərəbistanı ilə qarşıdurmasını şərh edib.Citypost.az xəbər verir ki, S.Cabbarlı sosial media hesabında yazıb ki, Səudiyyə Ərəbistanının böyük maliyyə və hərbi imkanlarına baxmayaraq, husilər uzun müddətdir müqavimət göstərməkdə davam edirlər. O, bunun əsas səbəbini iman və ideologiyada görür.“Bu iki sistem silahdan da, puldan da güclüdür. Adamlar yoxsul yaşayırlar, amma dünyanı idarə edən yəhudilərin paytaxtına raket dalğası göndərirlər. Bunu kim edə bilər? Onlar üçün Səudiyyə elə-belə görünür”, - deyə jurnalist bildirib.Ş.Cabbarlı husilərin yalnız İranın təsiri ilə hərəkət etdiyini düşünmədiyini də qeyd edib. Onun sözlərinə görə, Ənsarullah hərəkatı digər şiə hərəkatlarından fərqlənir və...

15 Sentyabr 2026, 09:02

Metroda niyə tez-tez nasazlıq baş verir?

Metrolarda yaranan texniki nasazlıqlar ciddi narahatlıq doğurur. Ümid edirəm, bu problemlərin qarşısının alınması istiqamətində Bakı Metropoliteni tərəfindən əsaslı işlər görüləcək.Citypost.az  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı ötən gün səhər saatlarında metroda yaranan ləngimə və sərnişin dolu qatarların 30 dəqiqədən çox tunellərdə qalması haqda danışarkən qeyd edib.“Metropolitendə köhnə avadanlıqlar, qatarlar və vaqonlar hələ də xidmət göstərir. Hesab edirəm ki, problemin kökündə bu amil dayanır.Artıq bu kimi problemlər tez-tez baş verir. Sistemi və avadanlıqları mümkün qədər tez təkmilləşdirmək, hətta müasirləşdirmək lazımdır ki, belə hallar baş verməsin”, – ekspert əlavə edib....

15 Sentyabr 2026, 08:38

Bakının daha 45 küçəsində təmir işləri aparılacaq

Paytaxtda icra olunan genişmiqyaslı təmir proqramı çərçivəsində artıq 65 küçədə təmir işləri yekunlaşdırılıb.Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir ki, Bakı şəhəri və şəhərətrafı ərazilərdə iyunun 15-dən etibarən başlayan və ümumilikdə 110 küçə və prospekti əhatə edən proqramın icrası gücləndirilmiş iş rejimində davam etdirilir.

15 Sentyabr 2026, 08:22

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq

Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib."Sabah saat 10:00-dan işlər yəkunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - "Azəriqaz" bildirir.

15 Sentyabr 2026, 08:15