Bizə yazın

Baku

-°C

USD

-

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq

Cəmiyyət 15 Sentyabr 2026, 08:15

388

Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.

Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Sabah saat 10:00-dan işlər yəkunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - "Azəriqaz" bildirir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının daha 45 küçəsində təmir işləri aparılacaq

Paytaxtda icra olunan genişmiqyaslı təmir proqramı çərçivəsində artıq 65 küçədə təmir işləri yekunlaşdırılıb.Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir ki, Bakı şəhəri və şəhərətrafı ərazilərdə iyunun 15-dən etibarən başlayan və ümumilikdə 110 küçə və prospekti əhatə edən proqramın icrası gücləndirilmiş iş rejimində davam etdirilir.

15 Sentyabr 2026, 08:22

Bakının azadlığından 108 il keçir

Bu gün Bakının Qafqaz İslam Ordusunun erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin növbəti ildönümüdür.Citypost.az  xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 108 il ötür.1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc...

15 Sentyabr 2026, 08:08

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.Citypost.az-ın məlumatına xəbərinə görə, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq....

15 Sentyabr 2026, 08:00

“Süleyman camaatı” ilə bağlı məhkəmə: şahidlər ifadə verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarına özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səidin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az  xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Səid Mikayılovun rəhbərliyi ilə Bakıda müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq “camaatın rəhbəri” və bir sıra üzvləri müvafiq...

14 Sentyabr 2026, 21:55

Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.İclasda Prezident İlham Əliyevin "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncamından irəli gələn məsələlərin icrası, tikinti-quraşdırma işlərinin müəyyən edilmiş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılması, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.İclas zamanı layihə üzrə görülən işlərin hazırkı vəziyyəti, tikinti-quraşdırma işlərinin gedişi, qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub. İşçi qrupunun rəhbəri...

14 Sentyabr 2026, 21:08

“Kurtlar Vadisi”nin ssenaristləri Kaşif Kozinoğlu işi üzrə iki saatdan çox ifadə veriblər

Türkiyədə keçmiş kəşfiyyat zabiti Kaşif Kozinoğlunun Silivri həbsxanasında ölümündən 15 il sonra "Kurtlar Vadisi" serialının ssenaristləri aparılan istintaqda ifadə veriblər.NTV xəbər verir ki, 2011-ci ildə Ergenekon istintaqı çərçivəsində Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir.Bu gün Silivri Məhkəməsində üç ssenarist - Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şahid qismində təxminən 2,5 saat ifadə veriblər.Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı təfərrüatlar ortaya çıxıb. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti obrazının əslində Kaşif Kozinoğlunun...

14 Sentyabr 2026, 20:30