Siyasətçidən Cəmil Həsənliyə SƏRT TƏNQİD
Cəmiyyət 02 İyun 2026, 10:35
278
Siyasətçi Şamil Qaraəhmədov Milli Şuranın sədri Cəmil Həsənlinin son çıxışlarında və paylaşımlarında ölkədə baş verən prosesləri 1937-ci il repressiyaları ilə müqayisə etməsinə etiraz edib.
Citypost.az xəbər verir ki, Şamil Qaraəhmədov sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, yazıçı və şairlərin bədii ifadə vasitəsi kimi belə bənzətmələrdən istifadə etməsini anlamaq mümkün olsa da, tarixçi alim tərəfindən bu cür müqayisələrin aparılması doğru deyil.
O xatırladıb ki, mərhum şair Xəlil Rzanın “Davam edir 37” şeirində bu ifadə bədii mübaliğə kimi işlədilib. Siyasətçinin fikrincə, həmin dövrün hadisələrini bu gün baş verənlərlə eyniləşdirmək tarixi reallıqlarla uzlaşmır.
Şamil Qaraəhmədov vurğulayıb ki, 1937-ci il repressiyaları zamanı günahsız insanlar həbs edilir, edam olunur, ailələri sürgünə göndərilir və minlərlə insanın taleyi bu günədək naməlum qalır.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Siyasətçi qeyd edib ki, repressiya qurbanlarından biri də onun ata babası olub. Onun sözlərinə görə, atası azyaşlı olarkən babası həbs edilərək Bakıya aparılıb və bir daha geri qayıtmayıb. Bu günə qədər onun taleyi və dəfn olunduğu yer barədə heç bir məlumat yoxdur.Həmin dövrdə insanların taleyi ilə bağlı baş verən hadisələr indiki vəziyyətlə müqayisə oluna bilməz.
Siyasətçi paylaşımında Cəmil Həsənliyə sual ünvanlayaraq, tarixçi kimi bu müqayisəni hansı əsaslarla apardığını və siyasətçi olaraq belə bənzətmələrlə cəmiyyətə hansı mesajları verməyə çalışdığını soruşub.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda mayda 152 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
Bu ilin may ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 213 nəfər olub.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.Məlumata görə, onların 115 189 nəfəri yaşa, 13 742 nəfəri əlilliyə, 23 282 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
02 İyun 2026, 10:48
İrandan Azərbaycana kahının içində 22 kq narkotik keçirilməsinin qarşısı alınıb
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri "kahı" ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır....
02 İyun 2026, 10:32
Fərhad Mehdiyev AYNA-nın yeni yol nişanlanmasına etiraz edib
Hüquqşünas, vəkil Fərhad Mehdiyev AYNA tərəfindən tətbiq edilən yeni yol nişanlanması ilə bağlı iradlarını səsləndirib. O hesab edir ki, bəzi ərazilərdə çəkilən yeni xətlər sürücülər üçün əlavə risk yaradır.Citypost.az xəbər verir ki, F.Mehdiyevin sözlərinə görə, sürücülər yol hərəkəti zamanı ətraf mühiti və mümkün təhlükələri izləmək əvəzinə, diqqətlərini yerdə çəkilmiş xətlərə yönəltməyə məcbur olurlar. O bildirib ki, bu vəziyyət xüsusilə bəzi mürəkkəb yol qovşaqlarında qəza riskini artırır.Vəkil misal olaraq Bakıxanov küçəsindən Tbilisi prospektinə çıxış hissəsini göstərib. Onun fikrincə, həmin ərazidə sürücülər həm zolaq nişanlanmasına əməl etməli, həm də digər nəqliyyat vasitələrinə yol verməli olduqları üçün əlavə çətinliklərlə üzləşirlər.Fərhad Mehdiyev həmçinin qeyd...
02 İyun 2026, 10:24
İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb
Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb."Report"un yerli bürosu xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib."Bu gün (ötən gün-red) təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapıldı. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir.Araşdırmalar göstərir ki, urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıdan məlum olur...
02 İyun 2026, 09:33
Polisə müqavimət göstərən sürücü saxlanıldı
Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən City post.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür....
02 İyun 2026, 08:49
Bu ərazilərdə işıq olmayacaq
Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan “Lovain” hava xəttində təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
02 İyun 2026, 08:33