Bizə yazın

Baku

-°C

USD

-

Özbəkistan əlifbasını dəyişdi

Dünya 10 Sentyabr 2026, 22:00

208

Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikasına əsaslanan özbək əlifbasının quruluşunu dəyişdirən yeni qanun layihəsini qəbul edib.

Citypost.az TASS agentliyinə istinadla xəbər verir ki, senatda səsə qoyulan düzəlişlər ölkədə dil islahatının yeni mərhələsini başladır.

Qanunla “Latın qrafikasına əsaslanan Özbək əlifbasının tətbiqi haqqında” qanuna müvafiq dəyişikliklər edilir. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq.

Sənəddə keçid dövrünün şərtləri də öz əksini tapıb. Köhnə qrafika ilə tərtib olunmuş rəsmi sənədlər, banknotlar, qiymətli kağızlar, dövlət rəmzləri və mövcud lövhələr yeniləri ilə əvəzlənənədək və ya fiziki olaraq köhnələnədək dövriyyədə qalacaq.

Senat nümayəndələrinin fikrincə, bu qərar özbək dilinin rəqəmsal mühitdə və informasiya texnologiyalarında tətbiqini ciddi şəkildə asanlaşdıracaq. Qanun tezliklə imzalanması üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunacaq. (Qafqazinfo)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyə Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır

“Bu mərhələ mümkün qədər tez başa çatması, İstanbulda danışıqlar masası qurularaq nəticə əldə edilməsi zəruridir”.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.“Müharibə gəlib çatdığı mərhələdə uzunmüddətli tükətmə müharibəsinə çevrilib. Müharibənin gedişatını dəyişdirəcək heç bir amil olmasa da, proses taktiki qazanclar üzərindən davam edir. Müharibənin daha geniş bir bölgəyə yayılma ehtimalı ilə bağlı müzakirələrin ortaya çıxması, təəssüf ki, daha ağır silahların istifadəsinə başlanacağından danışılması narahatlıq doğurur”, - Çelik əlavə edib....

10 Sentyabr 2026, 20:46

Ermənistan kosmosa 3 peyk buraxacaq

"Ermənistan yaxın illərdə kosmosa ən azı üç peyk buraxmaq niyyətindədir".Citypost.az"Unikal"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Kosmik Sammitində bildirib.O bildirib ki, bu peyklərdən ikisi Yer kürəsinin müşahidəsi, biri isə rabitə üçün nəzərdə tutulacaq. Eyni zamanda, yerüstü infrastruktur və idarəetmə sistemi planlaşdırılır."Biz təkcə Ermənistanın ehtiyaclarını ödəməklə yanaşı, həm də beynəlxalq kosmik missiyaları asanlaşdıra biləcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırırıq", - deyə Ermənistanın baş naziri qeyd edib....

10 Sentyabr 2026, 20:01

İsxak Hersoq Livan prezidenti ilə Kiprdə danışıqlar aparmağı təklif edib

İsrail Prezidenti İsxak Hersoq Kiprdə livanlı həmkarı Jozef Aunla danışıqlar aparmağa ümid etdiyini bildirib.Cityopost.az  EFE-yə istinadən xəbər verir ki, bu barədə Kipr Respublikası Prezident Administrasiyasının press-relizində qeyd olunub."Mənim arzumdur ki, Livan prezidenti, siz və mən burada görüşə bilək. İnanıram ki, biz terrorizmi kökündən məhv edərək, regionun və bütün dünyanın rifahı naminə xalqlara firavanlıq təmin edərək regionumuzda sülhə doğru irəliləməliyik", - o, Nikosiyada Kipr lideri Nikos Xristodulidis ilə görüşündə deyib.Xatırladaq ki, mart ayında Kiprdə İsrail və Livanın "Hizbullah" qruplaşması arasında danışıqların keçirilməsi ehtimalı müzakirə olunurdu, lakin nəticədə bu danışıqlar baş tutmadı. (Report)...

10 Sentyabr 2026, 19:35

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələrini kəsdi 

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib. Citypost.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumata görə, Əlcəzair hakimiyyəti "ikitərəfli əlaqələri qorumaq üçün Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib".İki ölkə arasında bir neçə ildir ki, diplomatik böhran yaranıb və geosiyasi gərginliklər fonunda münasibətlərdə fasilələr yaranıb. Əlcəzair bundan əvvəl Əbu-Dabini daxili işlərinə müdaxilə etməkdə və Əlcəzairin milli birliyini pozmağa cəhd etməkdə ittiham etmişdi....

10 Sentyabr 2026, 17:40

Türkiyənin “HAVELSAN” şirkəti Misirdə “HAMZA-1” PUA-larının istehsalına başlayacaq 

Türkiyənin “HAVELSAN” müdafiə şirkəti Misirdə “HAMZA-1” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanılması ilə bağlı Ərəb Sənayeləşmə Təşkilatı (ADI) ilə yeni razılaşma əldə edib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, saziş Misirin Əl-Alameyn şəhərində keçirilən “El Alamein International Airshow 2026” beynəlxalq aviasiya-kosmik sərgisi çərçivəsində əldə olunub.Bu razılaşma 2025-ci il avqustun 26-da tərəflər arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişinin davamıdır. Həmin saziş Misirdə şaquli qalxma və enmə imkanına malik avtonom pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdə tuturdu.Türkiyə ilə Misir arasında mövcud əməkdaşlıq proqramı çərçivəsində hazırlanmış “HAMZA-1” PUA-ları ilk dəfə 2025-ci ilin dekabrında Qahirədə keçirilən “EDEX 2025” Beynəlxalq Sərgisində təqdim edilib....

10 Sentyabr 2026, 17:25

Tanınmış şoumen ikinci dəfə infarkt keçirdi 

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil infarkt keçirib.Citypost.az xəbər verir ki, o, evində olarkən qəfildən halı pisləşib.69 yaşlı şoumen xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Onun ürək damarlarına stent qoyulub.Mehmet Ali Erbil müalicənin ardından evə buraxılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.Qeyd edək ki, M.A.Erbil 2018-ci ildə də infarkt keçirmişdi.\\olke.az

10 Sentyabr 2026, 16:38