"Turan Tovuz" yarımmüdafiəçi Aleksa Yankoviçi heyətinə qatıb
İdman 10 Sentyabr 2026, 20:58
252
"Turan Tovuz" yeni transferini açıqlayıb.
Bu barədə Citypost.az-a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb.
Həmçinin oxuyun
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Botafoqo" Hakim Ziyeşi transfer edib
"Botafoqo" klubu Hakim Ziyeşi transfer edib.Citypost.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Mərakeş millisinin üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.Qeyd edək ki, Ziyeşin son klubu ölkəsində "Vidad" olub.
10 Sentyabr 2026, 19:12
"Kəpəz"in futbolçusu Dioqo Verdaska altı həftəlik sıradan çıxıb
"Kəpəz"in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.Buna səbəb portuqaliyalı müdafiəçinin dünən məşq zamanı zədələnməsidir.Tibbi müayinədən keçən 29 yaşlı futbolçunun sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb. "Kəpəz"in tibbi heyətinin protokoluna əsasən, Verdaskanın müalicəsi 6 həftə davam edəcək.
10 Sentyabr 2026, 17:35
Yaponiya gimnastları Asiya Oyunlarında zədə təhlükəsi ilə üzləşiblər
Yaponiyanın kişilərdən ibarət gimnastika komandası Asiya Oyunları ərəfəsində zədə problemi ilə üzləşib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Paris-2024 Olimpiadasının üçqat qızıl medalçısı Şinnosuke Oka belindən aldığı zədəyə görə tam gücü ilə məşq edə bilmir. Komandanın digər üzvü Tomoharu Tsunoqay isə ayaq biləyindən ciddi zədə alıb. Şoma Tsukiyamanın da bel ağrılarından əziyyət çəkməsi beş nəfərlik heyətin üç üzvünün zədəli vəziyyətdə olduğunu göstərir.Buna baxmayaraq, Oka sentyabrın 19-da Naqoyada başlayacaq Asiya Oyunlarında iştirak etmək niyyətində olduğunu bildirib. Baş məşqçi Kensuke Murata komandanın vəziyyətini qiymətləndirərək sentyabrın 16-dək heyətdə dəyişikliklərlə bağlı qərar verəcək.Yaponiya 2024-cü il Paris Olimpiadasında komanda yarışının qalibi olub. Asiya Oyunlarında isə...
10 Sentyabr 2026, 09:54
"Sabah" tarixi oyun ərəfəsində Mançesterdən paylaşım etdi -
"Sabah" futbol klubu sentyabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.Citypost.az xəbər verir ki, təmsilçimiz ilk oyununda İngiltərənin "Mançester Yunayted" klubunun qonağı olacaq.Tarixİ oyun ərəfəsində klub sosial şəbəkədə Mançester şəhərinin görüntüləri əks olunan paylaşım edib.
10 Sentyabr 2026, 09:20
AFFA xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradır
AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb.Bu barədə Citypost.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.Məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir.Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır....
09 Sentyabr 2026, 20:15
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub
17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.Bu barədə Citypost.az-a AFFA-dan məlumat verilib.Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək....
09 Sentyabr 2026, 19:03