Bizə yazın

Baku

-°C

USD

-

Paltar ütüləyərkən altına alüminium folqa qoymaq: İkiqat sürətli ütüləmə üsulu

Maraqlı 07 Avqust 2026, 14:30

3205

Paltar ütüləyərkən altına alüminium folqa qoymaq: İkiqat sürətli ütüləmə üsulu

Paltar ütüləmək məişət işləri arasında ən çox vaxt aparan və yorucu proseslərdən biri hesab olunur. Xüsusilə qalın parçaları, köynəkləri və ya yataq dəstlərini həm qabaq, həm də arxa üzündən növbə ilə ütüləmək xeyli zaman və enerji tələb edir. Lakin fizika qanunlarına əsaslanan sadə bir məişət fəndi ilə bu prosesi iki dəfə sürətləndirmək və vaxta kəskin qənaət etmək mümkündür. Bunun üçün sizə yalnız hər mətbəxdə bulunan adi alüminium folqa lazımdır.

Bu metodun işləmə prinsipi alüminium metalının yüksək istilikötürmə və istilikəksətdirmə qabiliyyətinə söykənir. Ütüləmə prosesini başlamaq üçün aşağıdakı addımları ardıcıllıqla yerinə yetirmək kifayətdir:

 * Masaya folqa sərilməsi: Ütü masasının üzərindəki parça örtüyü çıxarın.

 * Bərabər paylanma: Masanın metal və ya taxta səthinin üzərinə parlaq üzü yuxarı olmaqla alüminium folqanı hamar şəkildə serin.

 * Örtüyün keçirilməsi: Ütü masasının parça örtüyünü yenidən folqanın üzərindən geyindirin.

Ütünü geyimin üst səthinə çəkdikdə ayrılan istilik parçadan keçərək altda olan alüminium folqaya dəyir. Folqa istiliyi özünə hopdurmaq əvəzinə, güzgü effekti yaradaraq onu dərhal geyimin alt hissəsinə geri əks etdirir. Nəticədə, siz geyimin yalnız üst üzünü ütülədiyiniz halda, aşağıdan gələn güclü istilik sayəsində geyimin arxa üzü də eyni anda hamarlanır. Bu da tək bir hərəkətlə paltarın hər iki tərəfinin ütülənməsini təmin edir.

Bu üsul yalnız vaxta ikiqat qənaət etməklə qalmır, eyni zamanda ütünün elektrik sərfiyyatını da azaldır. Xüsusilə çətin hamarlanan ketan və pambıq parçalarda, qırışıqları açmaq üçün defələrlə eyni yerin üzərindən keçmək məcburiyyəti aradan qalxır. Ütüləmə prosesini həm rahat, həm də effekli etmək üçün bu sadə fiziksel həll yolunu gündəlik məişətinizə daxil edə bilərsiniz.

Səkinə Yusifova/Citypost.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ürək dayandıqdan sonra beyində nə baş verir? – MARAQLI ARAŞDIRMA

İnsan ürəyi dayandıqda ilk saniyələrdə beyində də fəaliyyətin dərhal və tamamilə dayandığını düşünmək intuitiv olaraq məntiqli görünə bilər. Lakin son illərdə aparılan bəzi araşdırmalar bu prosesin düşündüyümüz qədər sadə olmadığını göstərib. Alimlər ürək dayanmasından sonra beynin müəyyən müddət ərzində elektrik aktivliyi nümayiş etdirə bildiyini və bəzi hallarda bu aktivliyin yüksək tezlikli gamma dalğalarını əhatə etdiyini müşahidə ediblər.Citypost.az xəbər verir ki, bu mövzuda ən çox diqqət çəkən araşdırmalardan biri 2013-cü ildə Miçiqan Universitetinin alimlərinin siçovullar üzərində apardığı tədqiqat olub. Alimlər ürək dayanmasından sonra ilk 30 saniyə ərzində beyində sinxron gamma dalğalarının qısa müddətli yüksəlişini müşahidə ediblər. Bu aktivlik daha sonra beynin...

22 Sentyabr 2026, 10:30

Dilimiz dad bilməsəydi, həyatımız necə dəyişərdi? – Dad duyğusu haqqında maraqlı FAKTLAR

Heç düşünmüsünüzmü ki, dilimiz dadları hiss etməsəydi, gündəlik həyatımız necə olardı? Şirin, turş, duzlu, acı və digər dadları bir-birindən ayırmaq bizim üçün adi haldır. Lakin dad duyğusu olmasaydı, yediyimiz qidaların böyük hissəsini əvvəlki kimi qəbul edə bilməzdik. Yeməyin dadını müəyyənləşdirmək, qidaları seçmək və hətta bəzi potensial təhlükələri vaxtında hiss etmək xeyli çətinləşərdi.Citypost.az xəbər verir ki, dad duyğusu insanın qidalanmasında mühüm rol oynayan hisslərdən biridir. Dilin üzərində və ağız boşluğunun digər nahiyələrində yerləşən dad reseptorları qidadakı müxtəlif kimyəvi maddələri qəbul edir və bu məlumatı sinir sistemi vasitəsilə beyinə ötürür. Beyin isə həmin siqnalları emal edərək qəbul etdiyimiz qidanın hansı dada malik...

22 Sentyabr 2026, 09:30

Heyvanlar niyə gözlənilməz rəngdə doğulur? 

Təbiətdə heyvanların böyük əksəriyyəti yaşadığı mühitə uyğun rəng və naxışlarla diqqət çəkir. Lakin bəzən eyni növə aid heyvanlar arasında gözlənilməz rənglərə sahib fərdlərə də rast gəlinir. Qızılı və ya qırmızımtıl rəngli bəbir, yaşıl olması gözlənilən həşəratın sarı və ya çəhrayı görünməsi, adi rəngindən fərqli lələklərə sahib pinqvin və hətta qara ayının açıq rəngli olması ilk baxışdan qeyri-adi görünsə də, bunun arxasında çox vaxt genetika dayanır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, heyvanların xarici görünüşündə rəngin formalaşmasında piqmentlər mühüm rol oynayır. Bu piqmentlərin hansı miqdarda istehsal edilməsi, necə dəyişdirilməsi və hüceyrələrdə hansı formada yerləşdirilməsi müxtəlif genlərin fəaliyyəti ilə əlaqəlidir. Genetik materialda baş...

22 Sentyabr 2026, 08:30

Sovet dövrünün ən çox problem yaşadan avtomobilləri – SİYAHI

Bir vaxtlar bu avtomobillərdən birinə sahib olmaq üçün insanlar illərlə pul yığır, növbəyə yazılır və bəzən avtomobili əldə etmək üçün uzun müddət gözləyirdilər. Sovet İttifaqında avtomobil sadəcə nəqliyyat vasitəsi deyildi. Bir çox ailə üçün bu, böyük arzu, uzun illər davam edən gözlənti və ciddi maddi xərc demək idi. Amma maraqlısı odur ki, illərlə gözlədiyi avtomobilə nəhayət sahib olan bəzi insanlar sevincdən çox problemlə qarşılaşırdılar.Təsəvvür edin: səhər işə getmək üçün həyətə düşürsünüz, maşına minirsiniz, açarı çevirirsiniz, amma mühərrik işə düşmür. Bir dəfə cəhd edirsiniz – səs yoxdur. İkinci dəfə yoxlayırsınız – yenə nəticə yoxdur. Üçüncü dəfə açarı çevirəndə isə artıq əsəblər...

21 Sentyabr 2026, 10:30

Milçəklər və böcəklər qışda hara yox olur? – Soyuq aylarda onların başına nə gəlir?

Yay aylarında demək olar ki, hər yerdə qarşımıza çıxan milçəklər, böcəklər, kəpənəklər, arılar və digər həşəratlar havalar soyuduqdan sonra sanki birdən-birə yoxa çıxırlar. Küçələrdə, parklarda, bağlarda və evlərin ətrafında əvvəlki qədər həşərat görmürük. Bu isə təbii olaraq sual yaradır: Bəs onlar qışda hara gedirlər? Əslində həşəratların böyük bir hissəsi qış gələndə yox olmur. Sadəcə soyuq şəraitə uyğunlaşaraq həyat fəaliyyətini minimuma endirir və yazın gəlişinə qədər müxtəlif yerlərdə gizlənir.Citypost.az xəbər verir ki, həşəratların qışdan necə çıxması onların növündən və yaşadıqları mühitdən asılıdır. Bəziləri torpağın altına girir, bəziləri ağacların qabıqlarının altına, yarpaq və bitki qalıqlarının arasına çəkilir, digərləri isə daşların, kötüklərin, çatların...

21 Sentyabr 2026, 09:30

İnsan beyni əslində iki ayrı sistemdən yaranıb? – Stanford alimlərindən heyrətamiz kəşf

Əsrlərdir insan beynini vahid və bütöv bir orqan kimi qəbul edirik. Lakin Stanford Universitetinin alimlərinin apardığı yeni araşdırma beynin necə formalaşdığı ilə bağlı bu təsəvvürə mühüm yenilik gətirib. Tədqiqatçılar müəyyən ediblər ki, beynin müxtəlif hissələri embrional inkişafın ən erkən mərhələlərindən etibarən bir-birindən fərqli iki hüceyrə mənşəyindən formalaşır. Başqa sözlə, beynin ön və arxa hissələrinin inkişafının kökündə bir-birindən fərqli iki paralel sinir sistemi dayanır. Alimlərin fikrincə, bu sistemlər yüz milyonlarla il ərzində ayrı-ayrı təkamül yolları keçdikdən sonra vahid beyin daxilində birləşərək birlikdə fəaliyyət göstərməyə başlayıb.Citypost.az xəbər verir ki, araşdırmaya Stanford Medicine-dən inkişaf biologiyası üzrə alim Kyle Loh rəhbərlik edib. Tədqiqatın ilk...

21 Sentyabr 2026, 08:30