Bizə yazın

Baku

-°C

USD

-

Akademik Aslan Aslanovun anadan olmasının 100 ili tamam olur 

Cəmiyyət 20 Avqust 2026, 13:37

417

Avqustun 20-də Azərbaycan elm və təhsilinin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri (1961-1977),  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), AMEA-nın vitse-prezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995),  fəlsəfə elmləri doktoru (1974), professor (1976), Əməkdar elm xadimi, akademik Aslan Aslanovun (1926-1995) anadan olmasının 100 ili tamam olur.

 Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il  avqustun 20-də Ağstafa rayonunda dünyaya gəlmişdir. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir.

Aslan Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Estetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru, 1987-ci ilin martından 1995-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik-katibi olmuşdur. 1990–1995-ci illərdə eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.

Aslan Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1976-cı ildə professor elmi adına layiq görülmüşdür. O,  1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Aslan Aslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. O, Aristotelin "Poetika"sını və Didronun "Qardaşım oğlu Ramo" əsərini, C. Bayronun "Gavur", A.Tvardovskinin "Vasili Tyorkin" poemalarını Azərbaycan dilinə tərcümə etmişdir. Bir neçə şeir kitabının müəllifidir.

Akademik Aslan Aslanov dünyanın bir çox ölkələrində keçirilən elmi toplantılarda Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, dərin məzmunlu məruzələrlə çıxış etmişdir.

Böyük alim və pedaqoq, tanınmış elm və təhsil təşkilatçısı akademik Aslan Aslanov  1995-ci il avqustun 23-də, ad günündən 3 gün sonra 69 yaşında Bakıda vəfat etmiş, II Fəxri xiyabanda dəfn edilmişdir.

Allah rəhmət eləsin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

21 avqustla bağlı Bakı və rayonlar üçün XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb.Oxu24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55% olacaq.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə...

20 Avqust 2026, 13:22

Üzməyə başlamaq üçün ən uyğun yaş və orqanizmə faydaları

Üzməyə başlamaq üçün ən uyğun yaş dövrü insanın fiziki, psixoloji inkişaf səviyyəsindən asılı olaraq dəyişsə də, mütəxəssislər uşaqların müstəqil şəkildə üzmə vərdişlərinə yiyələnməsi üçün 3-4 yaş aralığını ideal dövr hesab edirlər. Körpələr üçün nəzərdə tutulan xüsusi su seansları 6 aylıqdan tətbiq oluna bilsə də, təlimatçının tapşırıqlarını anlamaq, hərəkətləri düzgün icra etmək məhz 4 yaşdan etibarən mümkün olur. Bununla belə, üzmə idmanı yaş məhdudiyyəti tanımır; istənilən yaş dövründə bu idman növünə başlamaq orqanizm üçün yüksək bərpaedici, sağlamlaşdırıcı əhəmiyyət kəsb edir.Citypost.az xəbər verir ki, su mühitində məşq etməyin orqanizmə faydaları kompleks xarakter daşıyır, demək olar ki, bütün əzələ qruplarını eyni vaxtda işlədir....

20 Avqust 2026, 11:30

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Bakıda son dövrlər fəaliyyətini dayandıran restoran, kafe və mağazaların sayı diqqət çəkir. Xüsusilə bəzi obyektlərin üzərində “bağlanırıq”, “bağlanır” kimi elanların yerləşdirilməsi, geyim mağazalarında isə məhsulların “mağaza bağlandığı üçün” endirimlə satışa çıxarılması diqqətdən yayınmır.Cəmiyyətdə bu vəziyyət əsasən iqtisadi çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və biznes xərclərinin artması ilə əlaqələndirilir.Bəs obyektlərin bağlanmasının əsas səbəbləri nələrdir?Citypost.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, xüsusilə yaşayış binalarının altında fəaliyyət göstərən kafe və restoranların özünəməxsus problemləri var:“Belə obyektlər, xüsusilə mikrorayonlarda və yaşayış binalarının altında yerləşən kafelər yay aylarında müəyyən çətinliklərlə üzləşirlər. Çünki insanlar əvvəlki kimi bu məkanlara üz tutmurlar. Digər tərəfdən, belə obyektlərin...

20 Avqust 2026, 09:19

"İmposter sindromu" nədir və kimlərdə görünür?

İmposter sindromu (özünü fırıldaqçı, saxtakar hissetmə sindromu) insanın əldə etdiyi real uğurları, nailiyyətləri daxilən mənimsəyə bilməməsi, özünü yetərsiz görməsi ilə müşayiət olunan psixoloji vəziyyətdir. Bu sindromdan əziyyət çəkən şəxslər qazandıqları müvəffəqiyyətləri öz zəkalarının, zəhmətlərinin, bacarıqlarının nəticəsi kimi deyil, təsadüf, şans, yaxud başqalarını aldatmaq bacarığı kimi qiymətləndirirlər. Daima ətrafdakıların onların "əslində bacarıqsız" olduğunu kəşf edəcəyindən, ifşa olunacaqlarından qorxaraq dərin təşviş, emosional gərginlik keçirirlər.Citypost.az xəbər verir ki, bu psixoloji vəziyyət daha çox yüksək göstəricilərə malik, mükəmməliyyətçi insanlarda, uğurlu karyera quran mütəxəssislərdə, rəhbər şəxslərdə, akademizmdə çalışanlarda müşahidə olunur. Həmçinin yeni vəzifəyə təyin olunan, təhsil pilləsini dəyişən, özünü yeni sahədə sınayan fərdlər arasında İmposter...

19 Avqust 2026, 23:01

"Ağıllı şəhər" konsepsiyası insanların həyatını necə asanlaşdırır?

"Ağıllı şəhər" (Smart City) konsepsiyası müasir informasiya-kommunikasiya texnologiyalarının, əşyaların internetinin (IoT) şəhər infrastrukturu ilə inteqrasiyası sayəsində sakinlərin həyat keyfiyyətini köklü şəkildə yüksəldən modern idarəetmə modelidir. Günbəgün artan şəhər əhalisinin ehtiyaclarını qarşılamaq, resurslardan səmərəli istifadə etmək, ətraf mühitə vurulan zərəri azaltmaq üçün bu sistemlər real vaxt rejimində Böyük Məlumatları (Big Data) təhlil edir. Nəticədə gündəlik şəhər həyatında qarşılaşan bir çox mürəkkəb problem avtomatlaşdırılmış rəqəmsal həllər sayəsində öz müsbət həllini tapır.Citypost.az xəbər verir ki, ağıllı texnologiyaların insan həyatına gətirdiyi ən böyük rahatlıqlardan biri nəqliyyat, mobillik sisteminin optimallaşdırılmasıdır. Sensorlar, intellektual svetoforlar vasitəsilə tənzimlənən nəqliyyat axını tıxacların kəskin azalmasına, sürücülərin yolda keçirdiyi vaxta qənaət...

19 Avqust 2026, 22:11

Qalib Salahzadə: “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz”

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə millət vəkili Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib.Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında deyib ki, Çingiz Qənizadə dəfələrlə siyasi əqidəsini dəyişmiş, “satılmış” adamdır:“Çingiz Qənizadənin mənim əleyhimə danışmağı gözlənilən idi. Onun indi belə danışmağı təbiidir. Çünki hazırda Çingiz Qənizadənin oğlu Binəqədi rayon prokurorunun müavinidir. Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Digər tərəfdən isə Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Həmin Çingiz Qənizadə ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər onun əleyhinə iş aparıb, AXC-Müsavat hakimiyyətinin istəklərini yerinə yetirib. Hətta, 1993-cü ildən sonra Çingiz Qənizadə...

19 Avqust 2026, 20:43