Bizə yazın

Baku

-°C

USD

-

Vilayət Eyvazov vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüşdü

Cəmiyyət 02 İyun 2026, 11:56

321

Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

DİN-in fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Samir Şərifov Minskdə Qələbə abidəsini ziyarət edib 

Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi altında nümayəndə heyəti Minsk şəhərindəki Qələbə meydanında Qələbə abidəsini ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabienti məlumat yayıb.Bildirilib ki, ziyarət Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarusa rəsmi səfər çərçivəsində baş tutub.​Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.​Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər....

02 İyun 2026, 12:45

Sabah bəzi yerlərdə  yağış yağacaq 

Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi...

02 İyun 2026, 12:33

Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib 

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən, əlilliyi olan 800-dək şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Onlara 2 mindən çox reabilitasiya xidməti göstərilib.Bu barədə Citypost.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, qeyd edilən səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciətə əsasən agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək, onun ilkin...

02 İyun 2026, 12:08

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub 

Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.Citypost.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin keçmiş rəhbəri Zamirə Ədilova olub. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.

02 İyun 2026, 11:55

İlham Əliyev İtaliya Prezidentini təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli cənab Prezident,Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk.Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər...

02 İyun 2026, 11:30

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb 

Səyyar ASAN xidmət avtobuslarının iyun ayında fəaliyyət göstərəcəyi ünvanlar müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, səyyar xidmətlər iyunun 2-25-də Daşkəsən, Şabran, Hacıqabul, Astara, Tərtər, Ağsu, Yevlax və Xırdalan şəhərlərində göstəriləcək.İyunun 16-25-də isə Bakı şəhərinin Mərdəkan qəsəbəsində səyyar xidmətlər olacaq.Qeyd edək ki, Səyyar ASAN xidmət avtobusları həftənin iş günləri saat 10:00-dan 17:00-dək xidmət göstərir.Ağsu şəhərində fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub....

02 İyun 2026, 11:27