Bizə yazın

Baku

-°C

USD

-

Bakı-Daşkənd münasibətlərində yeni mərhələ: Əbədi dostluqdan regional tərəfdaşlığa - TƏHLİL 

Cəmiyyət 24 Avqust 2026, 19:16

454

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Bakı-Daşkənd münasibətlərinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd son illərdə formalaşmış xüsusi münasibətlər sistemini siyasi-hüquqi baxımdan möhkəmləndirir.

Azərbaycan və Özbəkistan münasibətləri ardıcıl qurulan strateji xəttin nəticəsidir. Son illərdə əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da bu prosesin məntiqi davamıdır.

Əbədi dostluqdan strateji gələcəyə

Müqavilədə suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək prinsiplərinin təsbit edilməsi münasibətlərin ayrı-ayrı layihələRlə məhdudlaşmadığını göstərir. Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfə isə siyasi həmrəyliyin konkret nümunəsidir.

Bakı-Daşkənd xəttinin güclənməsi Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasını genişləndirir. Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm halqadır, Özbəkistan isə regionun böyük iqtisadi və demoqrafik potensiala malik dövlətlərindəndir.

Bakı-Daşkənd xətti Türk dünyasının geosiyasi çəkisini artırır

Bu potensialların birləşdirilməsi Xəzərin hər iki sahilində yeni əməkdaşlıq arxitekturasının formalaşmasına şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında tamhüquqlu iştirakı da Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi əlaqələrin dərinləşməsi üçün zəmin yaradır. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya ilə paralel inkişaf etdikcə regionun geosiyasi çəkisini artıra bilər.

Yeni mərhələnin əsas xüsusiyyətlərindən biri siyasi münasibətlərin iqtisadi məzmunla tamamlanmasıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb və əvvəlki illə müqayisədə təxminən üç dəfə artıb. Növbəti hədəf qarşılıqlı ticarəti 1 milyard dollara çatdırmaqdır.

İqtisadi əməkdaşlıq münasibətlərin yeni dayağına çevrilir

Əməkdaşlıq yalnız idxal-ixrac əməliyyatları ilə məhdudlaşmır. 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, avtomobil istehsalı, enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələr tərəflərin ortaq istehsal və investisiya modelinə keçdiyini göstərir.

Nəqliyyat və yaşıl enerji münasibətlərə regional ölçü verir. Orta Dəhlizin imkanlarının genişlənməsi Özbəkistan üçün Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxışı asanlaşdırır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin Xəzər vasitəsilə ötürülməsi üzrə əməkdaşlıq isə tərəfdaşlığın gələcəkdə Avrasiyanın enerji xəritəsində də rol oynaya biləcəyini göstərir.

Beləliklə, səfər münasibətlərin siyasi etimaddan iqtisadi inteqrasiyaya, ikitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa keçidini göstərir. Yeni mərhələdə əsas məsələ yüksək siyasi münasibətlərin konkret iqtisadi, nəqliyyat, enerji və investisiya layihələrinə çevrilməsidir. Mövcud dinamika Bakı və Daşkəndin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq məkanının formalaşmasında əsas aktorlardan birinə çevrildiyini göstərir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zəfərdən sonra: Xəzərin iki sahilində yeni müttəfiqlik   - Zahid Oruc

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri  iki ölkə arasındakı münasibətlərin növbəti yüksək səviyyəyə keçdiyini güstərən uğurlu diplomatik hadisə olmaqla yanaşı, mühüm regional və beynəlxalq nəticələr doğuran tarixi ziyarətdir. Daşkənddə aparılan danışıqlar, imzalanan “Əbədi dostluq haqqında Müqavilə”, iqtisadi layihələr, Qarabağla Özbəkistan şəhərləri arasında qurulan yeni əlaqələr və səfər ərəfəsində Prezidentin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə irəli sürdüyü tezislər daha böyük strategiyanın konturlarını göstərir.Azərbaycanla Özbəkistan arasında son illərdə qurulan müttəfiqlik Xəzərin iki sahilini birləşdirir,  Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geosiyasi vahidliyi təmin edir. Prezident İlham Əliyevin 2025-ci ildə Daşkənddə söylədiyi fikir baş verən dəyişikliyin siyasi tərifidir: Azərbaycan Cənubi Qafqazda yerləşsə də,...

24 Avqust 2026, 19:38

Unudulmaz unudulmuşlar silsiləsindən  

Bu gün xalqımızın görkəmli xanımlarından biri, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı (1965-1967), Mikrobiologiya kafedrasının müdiri (1967-1989), Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru, professor Həbibə Qasımova (1922-2014) anadan olmuşdur.Həbibə Süleyman qızı Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.1939-cu ildə Bakıda orta məktəbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.1945–1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında (doktoranturasında) təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya...

24 Avqust 2026, 15:21

Tahir Rasizadə haqqında MARAQLI FAKTLAR

Rasizadələr nəslinin daha bir nümayəndəsi - Tahir Rasizadə haqqında sizə qısa bir məlumat vermək istəyirəm. Fotoda gördüyünüz bu gənc Hüseyn Cavidin böyük qardaşı, Şeyx Məhəmməd Rasizadənin oğlu Tahir Rasizadədi. Bu fotoda onun 19 yaşı var. Ümumiyyətlə, Rasizadələr nəsli Azərbaycanda köklü nəsillərdən hesab olunur və bu tayfa say-seçmə ziyalıları ilə tanınıb. Ən böyük nümayəndəsi də romantik şeirin banisi Hüseyn Cavid əfəndidir.   Turan Cavid Rasizadələr haqqında məlumat verərək deyirdi: "Deyirlər, Rasi dindar sözündəndir. Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli…...

24 Avqust 2026, 14:41

ŞAH İSMAYIL POLEMİKASI BİTDİMİ?!  

Deputat Fazil Mustafanın başladığı "Şah İsmayıl Xətai diskussiyaları" çox uzun çəkdi, amma faydasız da olmadı. Cəmiyyət bu tarixi şəxsiyyət haqqında xeyli məlumat aldı, çoxları öz intellektual cəbbəxanasını yeni ideya və fərqli mənbə biliklərilə zənginləşdirdi. Bəzi nüfuzlu tarixçilərin polemikalarda iştirakı da faydalı oldu. Hər halda çoxluqda belə bir qənaət möhkəmləndi ki, tarixi gerçəkliyi təhrif etmək olmaz. Yəni hərbi şücaətinə görə qədim Roma və Yunan sərkərdələri ilə, qurduğu idarəçilik sisteminə görə Avropa kralları ilə müqayisə edilən Şah İsmayılın şəxsiyyətinə emosional müstəvidə deyil, tarixi kontekstdə, o dövrün tarixi şəraitinin gerçəkləri çərçivəsində, həmçinin dövlətçilik düşüncəsi, Ana dili, ədəbi irs və milli yaddaş müstəvisində yanaşmaq...

24 Avqust 2026, 14:05

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkəndən Buxara şəhərinə getməsi ilə bağlı paylaşım edilib.Citypost.az  Prezidentin sosial media hesablarına istinadən videonu təqdim edir: View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)

24 Avqust 2026, 13:50

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Bildirilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq./Ajans.az

24 Avqust 2026, 13:16