Bizə yazın

Baku

-°C

USD

-

​Hitlerin şnapsı, Stalinin 100 qramı: Əsgərləri döyüşə ruhlandıran spirtli içki qərarları

Maraqlı 24 Avqust 2026, 16:34

338

Ən yeni tarix. Maraqlı faktlar.

Araq içənlərin şnaps içənlərə qalib gəlməsi – Stalin də, +itler də döyüşçülərə spirtli içki paylatdırıb.

85 il öncə, 22 avqust 1941-ci ildə İosif Stalin Dövlət Müdafiə Komitəsinin növbəti qərarına imza atıb. 562 saylı qərarda bu sətirlər əks olunub:

“1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 faizlik araqla təmin edilsin”.

Qərarın qüvvəyə minməsi sentyabrın 1-i olsa da, artıq həmin ilin iyul ayının sonlarından ön xəttdəki döyüşçülərə hər gün qeyri-rəsmi 100 qram araq verilib.

Bu qərarın verilməsində uzun-uzadı müzakirələr aparılmayıb. Yalnız bir dəfə Stalin marşal və generalları yanına dəvər edərək 45 dəqiqəlik müşavirə keçirib və yekdil qərara gəlinib.

Digər tərəfdən, döyüşən ordunun araqla təmin olunması praktikası hələ sovet-fin müharibəsi dövründə tətbiq olunduğundan onun nəticələri SSRİ rəhbərlərinə yaxşı məlum olub. 

Belə ki, sovet-fin müharibəsi dövründə hava şəraitinin soyuq olması ilə bağlı 1940-cı ilin yanvarında SSRİ-nin müdafiə komissarı (naziri) Kliment Voroşilov döyüşən ordunun əsgərlərinə hər gün 100 qram araq verilməsinin razılığını Stalindən almağa nail ola bilib və silahlı qüvvələrin şəxsi heyəti arasında bu norma “narkomun 100 qramı” adı ilə populyarlaşıb.

Yəqin ki, həmin dövrdə 100 qramın döyüşən ordunun psixoloji durumuna müsbət təsirini nəzərə alan Dövlət Müdafiə Komitəsi 1941-ci ildə başlanan müharibədə də bu “ənənə”ni davam etdirməyi qərarlaşdırıb.

Sözügedən qərara uyğun olaraq Müdafiə Komissarlığı (nazirliyi) əmr hazırlayıb. Əmrə əsasən ön xəttədəki əsgər və zabitlərlə yanaşı döyüş tapşırığını yerinə yetirən təyyarəçilərə, aerodromların texniki-mühəndis heyətinə də 100 qram araq normasının verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, anoloji olaraq bu məzmunlu qərar 3-cü Reyx tərəfindən də verilib. 

+itlerin imzaladığı əmrə əsasən alman qoşunları da soyuq hava şəraitində şnaps adlı spirtli içki ilə təmin ediliblər. 

Şnaps meyvə dadı verən, tərkibi 40 faiz spirtdən ibarət olan içkidir. Müharibə veteranlarının söylədiklərinə görə, şnapsla rus arağının yalnız bir fərqi olub. Şnaps içənlər oxumağa, rəqs etməyə meyl göstəriblər, rus arağını içənlər isə vuruşmağa. Zarafatla deyilən bu ifadədə bəlkə də bir həqiqət də var...

Stalin döyüşən ordunun araqla təminat məsələsini Anastas Mikoyana həvalə edib. 

Mikoyan ticarət naziri olmaqla yanaşı, həm də 1941-ci ildən ordunun ərzaq və əşya təchizatı komitəsinə başçılıq edib. 

İstehsal müəssisələrinin müəyyənləşdirilməsi, istehsal gücünün artırılması, hazır məhsulun yerlərə çatıdırlmasına məhz Mikoyan cavabdehlik daşıyıb. 

Arağın hərbi hissələrdə paylanılması, israfçılığa yol verilməməsi, dəqiq hesabatların aprılmasını və bununla bağlı digər məsələlər rəsmi olaraq hərbi hissə komandirlərinin vəzifə borcuna əlavə edilib.

Müharibənin sonuna qədər Dövlət Müdafiə Komitəsinin əsgər və zabitlərə araq verilməsi ilə bağlı qərarı bir neçə dəfə dəyişib.

1942-ci ilin yazında, müharibənin ən çətin dövründə növbəti qərara əsasən alman qoşunlarına qarşı mübarizədə uğurlar qazanan hissə döyüşçülərinə 200 qram, hücum mövqeyində olan hissələrin şəxsi heyətinə 100 qram, ön xəttdə olan digər əsgər və zabitlərə isə yalnız əlamətdar günlərdə 100 qram araq paylanıb. 

Əlamətdar günlər Oktyabr inqilabının ildönümü - 7 noyabr, Konstitusiya günü - 5 dekabr, Yeni il - 1 yanvar, Ordu günü -23 fevral, Beynəlxalq zəhmətkeşlər bayramı - 1 may, Ümumittifaq Aviasiya günü - 16 avqust tarixləri nəzərdə tutulub. Bu qərar 6 iyun 1942-ci ildə Stalin tərəfindən imzalanıb.

Cəmi bir neçə aydan sonra 1942-ci ilin noyabrın 12-də sözügedən qərara yenə dəyişiklik edilib. 100 qram araq normasının verilməsi yenidən bütün ön xəttdə olan döyüşçülərə şamil edilib. Arxa cəbhənin hərbçilərinə, o cümlədən yaralananlara həkim icazəsi ilə 50 qram arağın verilməsi qərarda öz əksini tapıb. 

Qafqaz cəbhəsinin şəxsi heyətinə isə 200 qram portveyn və ya 300 qram çaxır verilməsi nəzərdə tutulub.

Qərar 1943-cü ilin aprelin 30-da Dövlət Müdafiə Komitəsində növbəti dəfə müzakirəyə çıxarılıb və qərara alınıb ki, 3 may 1943-cü il tarixdən ordu hissələrinin şəxsi heyətinə kütləvi şəkildə gündəlik 100 qram arağın verilməsi dayandırılsın, yalnız hücum əməliyyatı keçirən hissələrin şəxsi heyəti sutka ərzində 100 qram araqla təmin edilsin. 

Ön cəbhənin digər ordu və qoşun hissələrinin şəxsi heyətinə isə yalnız bayram günlərində 100 qram araq paylanılsın.

Bu qərar 1945-ci ilin iyun ayına qədər qüvvədə olub. İyunun 24-də silahlı qüvvələrin şəxsi heyətinin 100 qram araqla təmin olunması ilə bağlı qərar ləğv edilib.

İlham Cəmiloğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

​Hibrid və tam elektrikli avtomobillər arasındakı texniki fərqlər

Müasir avtomobil sənayesində ekoloji təmiz, yanacağa qənaət edən nəqliyyat vasitələrinə tələbat sürətlə artır. Bu sahədə ön çıxan hibrid və tam elektrikli (EV) avtomobillər xarici görünüşcə oxşar olsa da, daxili güc qurğusu, iş prinsipi, texniki strukturu baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İki texnologiya arasındakı fundamental fərqləri anlamaq alıcıların öz ehtiyaclarına uyğun doğru seçim etməsinə kömək edir.Citypost.az xəbər verir ki, hibrid avtomobillərin əsas texniki xüsusiyyəti daxili yanma mühərriki ilə elektrik mühərrikinin paralel və ya ardıcıl şəkildə birgə çalışmasıdır. Bu nəqliyyat vasitələri yanacaq kimi benzindən, yaxud dizeldən istifadə edir; elektrik mühərriki isə xüsusilə aşağı sürətlərdə, işıqforda dayanarkən yanacaq sərfiyyatını azaltmaq üçün əsas mühərrikə...

24 Avqust 2026, 16:39

Səhər oyananda yorğunluq hiss etməyin 5 əsas səbəbi

Kifayət qədər yatılmasına baxmayaraq səhər oyanarkən yorğunluq, halsızlıq, əzginlik hissinin olması müasir dövrdə geniş yayılmış problemlərdən biridir. İnsanlar çox vaxt bu halı sadəcə iş gərginliyi ilə əlaqələndirsələr də, xroniki səhər yorğunluğunun arxasında fərqli fizioloji, psixoloji amillər dayanır. Orqanizmin tam bərpa oluna bilməməsinin 5 əsas səbəbini müəyyən etmək düzgün həyat tərzinə qayıtmaq üçün vacibdir.Citypost.az xəbər verir ki, birinci əsas səbəb yuxunun keyfiyyətsizliyi, strukturunun pozulmasıdır. Yuxu apnesi (yuxuda nəfəsin müvəqqəti dayanması), xoruldayaraq yatmaq, gecə saatlarında tez-tez oyanmaq beynin dərin yuxu fazasına keçməsinə mane olur. İkinci səbəb günəş işığının çatışmazlığı, sirkad ritmlərinin pozulmasıdır. Yatmazdan əvvəl telefon, kompyuter ekranlarından yayılan mavi işığa məruz qalmaq...

24 Avqust 2026, 14:25

​Taxta mebelləri cızıqlardan və nəmdən qorumaq üçün təbii baxım

Taxta mebellər evin interyerinə xüsusi estetik gözəllik, istilik qatsa da, zamanla xarici amillərin təsirindən zədələnməyə, parlaqlığını itirməyə meyillidir. Xüsusilə mexaniki cızıqlar, havadakı rütubət, su damcıları taxtanın daxilinə nüfuz edərək strukturun pozulmasına, rəngin tündləşməsinə gətirib çıxarır. Kimyəvi tərkibli bahalı təmizləyicilərə ehtiyac qalmadan, evdə olan təbii vasitələrlə taxta mebelləri qorumaq, ömrünü uzatmaq mümkündür.Citypost.az xəbər verir ki, taxta səthlərdə əmələ gələn xırda cızıqları aradan qaldırmağın ən təsirli, təbii yollarından biri qoz ləpəsindən istifadə etməkdir. Qozun tərkibindəki təbii yağlar, rəng piqmentləri cızılmış hissəyə sürtüldükdə həmin boşluğu doldurur, zədələnmiş yeri mebelin öz rənginə uyğunlaşdırır. Eyni zamanda zeytun yağı ilə sirkəni bərabər nisbətdə qarışdırıb yumşaq bezlə...

24 Avqust 2026, 12:03

Toksik insanlarla ünsiyyət sərhədlərini necə müəyyən etmək olar?

Toksik insanlarla ünsiyyətdə şəxsi sərhədləri müəyyənləşdirmək psixoloji sağlığı, emosional tarazlığı qorumağın ən vacib şərtlərindən biridir. Davamlı tənqid edən, manipulyasiya edən, enerjini tükəndirən şəxslərlə eyni mühitdə olmaq zamanla insanda özünəinamı sarsıdır, stres səviyyəsini artırır. Bu növ mənfi təsirlərdən müdafiə olunmaq üçün daxili rahatlığı ön plana çəkərək qətiyyətli, dürüst sərhədlər qoymaq tələb olunur.Citypost.az xəbər verir ki, sərhəd qoymağın ilk addımı öz emosional ehtiyaclarını, dözümlülük həddini dəqiq təyin etməkdir. Hansı rəftarın, sözlərin sizdə narahatlıq yaratdığını anlamaq, həmin davranışlara qarşı reaksiyasız qalmamaq vacibdir. Toksik şəxslərlə ünsiyyətdə emosional məsafə saxlayaraq problemlərə soyuqqanlı yanaşmaq, onların yaratdığı dramaya, mübahisələrə cəlb olunmamaq lazımdır. Qarşı tarafın günahlandırma cəhdlərinə cavab...

24 Avqust 2026, 11:55

Effektiv qeyd götürmə metodu: "Kornell" texnikası nədir?

"Kornell" texnikası təhsil alanlar, mühazirə dinləyənlər, iş görüşmələrində vacib qeydlər götürənlər üçün nəzərdə tutulmuş ən effektiv, sistemli informasiya idarəetmə metodlarından biridir. Ötən əsrin ortalarında Kornell Universitetinin profesoru Uolter Pauk tərəfindən hazırlanan bu üsul, dağınıq qeydləri nizamlı struktura salaraq öyrənmə prosesini maksimum səviyyədə sürətləndirir. Metod yazılan məlumatların sonradan rahat xatırlanmasına, imtahanlara, yaxud təqdimatlara hazırlıq zamanı vaxta qənaət edilməsinə şərait yaradır.Citypost.az xəbər verir ki, texnikanın əsas mahiyyəti kağız səhifəsini üç müxtəlif hissəyə bölməkdən ibarətdir. Səhifənin sağ tərəfində ən böyük sahə olan "qeydlər" bölməsi ayrılır; bura mühazirə zamanı əsas məlumatlar, ana fikirlər, təriflər, qısa cümlələr yazılır. Səhifənin sol tərəfində yerləşən dar "açar sözlər"...

24 Avqust 2026, 09:30

Səhər acqarına isti su içməyin həzm sisteminə təsiri

Səhər yuxudan oyanarkən acqarına bir stəkan ilıq su içmək həzm sistemini aktivləşdirmək, orqanizmi toksinlərdən təmizləmək üçün ən sadə, təsirli vərdişlərdən biridir. Gecə boyunca dincələn mədə-bağırsaq traktı ilıq suyun təsiri ilə mülayim şəkildə işə düşür, gün ərzində qəbul ediləcək qidaların həzminə tam hazır vəziyyətə gəlir. Bu asan üsul maddələr mübadiləsini sürətləndirməklə yanaşı, ümumi daxili orqanların fəaliyyətinə müsbət təkan verir.Citypost.az xəbər verir ki, isti su mədəyə daxil olduğu andan etibarən daxili divarları təmizləyərək gecədən qalan turşu qalıqlarını, seliyi neytrallaşdırır. Mədə şirəsinin ifrazını tənzimləyən bu proses həzm prosesinin daha rahat keçməsinə zəmin yaradır. Eyni zamanda mədə peristaltikasını, yani bağırsaq əzələlərinin yığılıb-açılmasını gücləndirir, yorğunluq...

24 Avqust 2026, 09:12