Bakıda iki avtomobil toqquşub, ölən var
Hadisə 07 Sentyabr 2026, 11:18
321
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Citypost.az "Report"a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə dəyib.
Nəticədə "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb. Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.
Həmçinin oxuyun
Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şabranda həyətində 10 kiloqram narkotik bitki yetişdirən şəxs saxlanıldı
Şabranda həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Citypost.az DİN-ə istinadən xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 60 yaşlı Sahib İbrahimov saxlanılıb.Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli bitkilər aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırma davam etdirilir....
07 Sentyabr 2026, 11:30
Göyçayda 3 aylıq körpə pilləkəndən yıxılaraq ölüb
Goyçayda bədbəxt hadisə baş verib.APA-nın Şirvan bürosu xəbər verir ki, Göyçayda qadın qucağında olan körpə ilə evin pilləkənindən yıxılıb. Körpə aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.
07 Sentyabr 2026, 10:07
İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb
İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.Bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.Qeyd olunub ki, zərbələr İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb.İMQ-dən bildirilib ki, aviazərbələr "Hizbullah"ın Livanın cənubunda ehtimal edilən dron hücumuna cavabdır.
06 Sentyabr 2026, 12:58
Bakıda qadın maşına hücum çəkdi - Polis hərəkətə keçdi
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.Citypost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.Görüntülərdə qadının idarə etdiyi maşınla qarşısındakı avtomobili vurduğu, daha sonra yerə enərək zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.
05 Sentyabr 2026, 13:50
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və “Sədərək” ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il...
04 Sentyabr 2026, 14:22
Bakıda avtomobil ağaca çırpıldı: sərnişin öldü
Bakıda maşın ağaca çırpılıb, sərnişin ölüb.Citypost.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.Belə ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.
04 Sentyabr 2026, 09:36