Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan kinosunun əfsanəvi siması: Xalq artisti Şahmar Ələkbərovun xatirəsinə

Sənət aləmi 24 Avqust 2026, 21:28

324

Bu gün Azərbaycan mədəniyyət və incəsənətinin əfsanəvi nümayəndəsi, həm aktyor, həm ssenarist, həm rejissor, həm də dublaj sənətçisi kimi qısa ömründə mədəniyyətimizə dəyəri ölçüyəgəlməz töhfələr vermiş böyük sənətkar, Azərbaycan SSR-in xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun doğum günüdür. 1943-cü ilin bu günü Gəncədə dünyaya göz açan sənətkar kino və dublyaj sənətindəki yorulmaz fəaliyyəti, oynadığı və səsləndirdiyi rollarla xalqımızın qəlbində taxt qurmuş, adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırmışdır. "Dağlarda döyüş", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə oynadığı rollarla əfsanələşən sənətkar "Qanlı zəmi" filmində yaradıcılığının son illərində oynadığı “İbiş” rolu ilə həm müsbət, həm də mənfi rolun necə ustalıqla oynanıla biləcəyini göstərdi. Şahmar Ələkbərovun həyatının ilk illəri kimi son illəri də hər bir çətində, darda olan, xəstəliklə mübarizə aparan insan üçün müsbət örnəkdir. Şahmar Ələkbərov amansız xəstəliyə düçar olduğunu bildiyi halda, xəstəliyə boyun əymədi, əksinə, özündə daha çox güc taparaq aktyorluqdan da çətin rejissorluq fəaliyyətinə yönəldi. Ömrünün son günlərinə fikrində qurduğu bütün planlarını tamamlayaraq çatmaq istəyirdi. Buna görə də, əzmlə çalışdı, xəstəliklə Qəzənfər dayı, Cavidan kimi savaşdı. Ömrünün ən əzablı günlərində Azərbaycan kinosuna 3 bənzərsiz əsər - "İmtahan" (Gülbəniz Əzimzadə ilə birgə), "Sahilsiz gecə" və "Qəzəlxan"ı bəxş etdi. Ssenarisinin böyük hissəsini xəstəxanada yazdığı "Yük" filmi isə onun əbədiyyətə qovuşmasından sonra tamamlandı. 
"Yük" filminin ilk dəqiqələrində göstərildiyi kimi, "Ömür yükünü ləyaqətlə daşımış" böyük sənətkarımız Şahmar Ələkbərova Allahdan rəhmət diləyirəm! Ruhu şad olsun! Amin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

​"Nəsimi" filmi necə çəkildi? – Həsən Seyidbəylinin tarixi ekran işinin pərdəarxası

İMADƏDDİN NƏSİMİYƏ EHTİRAMLA! Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir. Bakıya döndükdən sonra isə Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir. Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı, Rəsul Rza və alim Araz Dadaşzadə Azərbaycanın...

19 Avqust 2026, 20:35

Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı

Müğənni Dəniz Firudinli çıxış etdiyi məkanlardan birində lentə alınan görüntüləri ilə diqqət çəkib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, ifaçının son görüntülərində əvvəlki görünüşündən xeyli fərqlənməsi, xüsusilə sürətlə çəki atması izləyicilərin diqqətindən yayınmayıb.Dənizin kəskin şəkildə dəyişən görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin yeni görünüşü ilə bağlı müxtəlif fikirlər bildiriblər.Sənətçinin sözügedən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

19 Avqust 2026, 08:02

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil etdi

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib.Citypost.az xəbər verir ki, qurultayın açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və folklor biliciləri iştirak ediblər.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə ölkəmizi “Qorqud” folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova, solist Çilənay Hüseynova bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Onları Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar),...

18 Avqust 2026, 21:17

Əməkdar artist: "Gəlin niyə mənə çay gətirməlidir?"

Əməkdar artist Çingiz Əhmədov gəlinə münasibətdən danışıb.Citypost.az xəbər verir ki, aktyor bu barədə "Baku TV"yə müsahibəsində açıqlama verib. O, gəlinin evdə işlədilməsinin doğru olmadığını bildirib:"Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar".Aktyor gənclərin məcbur yox, sevdikləri şəxslə ailə qurmasının tərəfdarı olduğunu deyib:"Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu, ailə dağılır. Heç kimə zamin dura bilməzsən".Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu...

18 Avqust 2026, 08:55

"Faytonçu Nazim"in səhhəti necədir?

"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm".Citypost.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni “Faytonçu Nazim” kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də “Fayton-latiNos music bond”un bir yaşının olacağını bildirib:"Neçə aydır qala gecəsinə hazırlıq gedir. Çalışırıq ki, gecəni yaddaqalan edək. Bütün günü proqramla bağlı məşqlər edirik. Səhhətimlə bağlı heç bir problemim yoxdur".Qeyd edək ki, mətbuatda müğənni “Faytonçu Nazim"in səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılıb. Məlumatda onun həddindən artıq çəki itirdiyi qeyd edilib....

17 Avqust 2026, 18:00

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib  

14 avqust 2026-cı il tarixində “Yaşıl Teatr”da müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.CityPost.az xəbər verir  ki,konsert proqramı ərzində sənətçi repertuarında yer alan sevilən mahnılarını səsləndirib. İfaçını Rəvan Qarayevin rəhbərliyi ilə fəaliyyət göstərən “RG Music Band” orkestri müşayiət edib. Konsertin musiqi rəhbəri bəstəkar və aranjimançı Emin Nəbiyev olub.Gecənin aparıcısı Əməkdar artist Əkbər Əlizadə, quruluşçu rejissoru Elməddin Dadaşov, art direktoru Ramiz Alışov, prodüseri Rövşən Cəfərov, meneceri Ramiq Şərifov, təşkilatçısı isə Tuqay Vəlizadə olub.Konsertin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşad Qarayevlə duet ifa edib.Musiqi proqramı xüsusi rəqs...

17 Avqust 2026, 12:59