Bizə yazın

Baku

-°C

USD

-

Potensial rəqibləri belə tərəfdaşlara çevirən strategiya - RƏY 

Cəmiyyət 25 Avqust 2026, 12:24

278

Tərəddüdsüz deyə bilərik ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bir sıra hökumətlərin dəhlizlərində həssas müzakirə predmetinə çevrilib. Sözügedən səfər bəzilərini nəinki, ciddi düşünməyə vadar edib, şahidlik etdikləri hadisələr hətta onların narahatçılığına səbəb olub. Şübhəsiz ki, sözügedən səfərin geosiyasi miqyası əsla iki konkret dövlət arasında münasibətlərin genişləndirilməsi ilə məhdudlaşmır. Rahatlıqla onu da ehtimal edə bilərik ki, dövlət başçısının Daşkənddə səsləndirdiyi fikir bir sıra ölkələrin rəsmi dairələrinin diqqət mərkəzindədir: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur”.

Əlbəttə, sözügedən səfər və orada baş verənlərdən narahat olanlar qeyd etdiyimiz fikrin geosiyasi şifrələrini açmağa çalışır. Onların mövcud istiqamətdəki çalışmaları hələ çox davam edəcək. Ən azından ona görə ki, sözügedən səfər Prezident İlham Əliyevin inşa etdiyi geosiyasi mənzərənin sadəcə bir parçasıdır. Geosiyasi oyunların qaydalarını dəyişdirən, qlobal platformalarda “ikili standartlar” siyasətini açıq şəkildə tənqid edən, illər ərzində “daşlaşmış” beynəlxalq stereotipləri puç edən və nəhayət, bütün təzyiqlərə rəğmən Azərbaycanın tarixi Qələbəsinə nail olmuş Ali Baş Komandanın heç bir addımının və səsləndirdiyi fikrin əsla təsadüfi olmadığını beynəlxalq ictimaiyyət artıq çox gözəl bilir. Elə buna görə də dövlət başçısının bu cür fikirləri diqqətdən kənarda qala bilməz.

Maraqlı təfərrüatlara varmadan sözügedən səfərin strateji məzmun baxımından dərinliyini təsəvvür etmək üçün sadəcə vergüllə bəzi əlamətdar epizodları qeyd edək: Türk Dövlətləri Təşkilatının qlobal aktor kimi konturlarının nümayişi; dövlətlərarası əməkdaşlığın regional gündəliyinin müəyyən olunması; əməkdaşlıq əlaqələrinin ideoloji və institusional koordinasiyası; “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalaması və bununla da yeni əməkdaşlıq formatının beynəlxalq münasibətlər sisteminə gətirilməsi; Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionların inteqrasiyası; Zəngəzur dəhlizinin Avrasiyanın yeni logistik brendinə çevrilməsi; nəhəng geosiyasi arealın strateji inteqrasiyası; mədəni və ideoloji identikliyin dəstəklənməsi və s. Bütün bu geosiyasi ssenariləri biz səfər çərçivəsində təşkil olunmuş konkret tədbirlərin mahiyyətində və dövlət başçısı tərəfindən səsləndirilmiş fikirlərin məzmununda görə bilərik.

Dünyanın siyasi tarixindən gözəl bilirik ki, hər-hansı konkret regionda bir dövlətin iqtisadi dominantlığı, habelə həmin dövlətdə regionun siyasi və iqtisadi inteqrasiyasını təmin etmək dərəcədə olan potensialın mövcudluğu yeni geosiyasi ərazilər uğrunda mübarizə aparan qüvvələri yumşaq desək narahat edir. Bəli, həqiqət naminə onu da etiraf etməliyik ki, istənilən beynəlxalq inteqrasiyanı mümkün edən əsas amil əməkdaşlıqda olan ölkələrin geosiyasi maraqlarıdır. Region dövlətlərin inteqrasiyasının lehinə və ya əleyhinə çıxış edən tərəflər qlobal münasibətlər sistemində hər zaman olub və olacaq. Geosiyasi münasibətlərin klassik strateji hədəflərinin məzmununu nəzərə alaraq, bəhs olunan ehtimal qaçılmazdır. Yeri gəlmişkən onu da rahatlıqla deyə bilərik ki, dünyanın müxtəlif bölgələrində yaşanan münaqişələrin səbəbi də məhz qeyd etdiyimiz geosiyasi hipotezdir.

Bəli, beynəlxalq münasibətlərdə hamını özünə dost etmək mümkün deyil, ancaq səninlə əməkdaşlıqda konkret dövlətləri maraqlı tərəfə çevirmək mümkündür. Qeyd olunanları nəzərə alaraq ehtimal edə bilərik ki, beynəlxalq münasibətlərin bu cür xüsusiyyətlərini hesaba alan Prezident İlham Əliyev Azərbaycan xalqının tarixi Qələbəsindən sonra regionda inşa olunan yeni geosiyasi arxitekturadan bəhrələnmək istəyənlərdən ibarət yeni geosiyasi güc klubunun yaradılması üzərində çalışır.

Bu mənada dövlət başçısının Azərbaycanı məhz “orta güc” ifadəsi ilə xarakterizə etməyə tərəfdar çıxmasının əsl səbəbi bizlərə daha aydın olur. Vacib prinsipial məsələ odur ki, yeni reallıqdan bəhrələnmək arzusunda olanların siyasi inteqrasiyası regionu təsir altına salmaq uğrunda tarixən mübarizə aparan tərəflərin təxribatlarının qarşısını ala bilir. Odur ki, biz bu günlərdə potensial rəqibləri belə tərəfdaşlara çevirən Prezidentin əsl qrossmeyster strategiyasına şahidlik edirik. Təqdirəlayiq haldır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti dövlət başçısının qeyd olunan istiqamətdəki siyasətini fəal şəkildə dəstəkləyir. İstisna təşkil edən nadir “siyasətmenlər” isə hələ də Azərbaycan və regionun inkişafından narahat olanların düşərgəsində özlərinə xain rol almaq ümidi ilə yaşayanlardır.

Politoloq Asif Adil

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Laçın azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzidir”

Milli Məclisin deputatı Zaur Şükürovun yazısı:Azərbaycanın çoxəsrlik tarixində azadlıq uğrunda mübarizə, qəhrəmanlıq, Vətən və torpaq sevgisi, dövlətçilik ənənələri hər zaman mühüm yer tutub. Xalqımızın yaddaşında dərin iz buraxan əlamətdar günlər sırasında Laçın şəhəri Günü də xüsusi əhəmiyyət daşıyır.Laçın şəhəri Gününün təsis edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 avqust 2023-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilib. Hər il avqustun 26-da qeyd olunan bu gün Laçının azadlığının, dirçəlişinin və Böyük Qayıdışın rəmzinə çevrilib.Laçın rayonu 1930-cu ildə yaradılıb. Qarabağ dağlarının qoynunda yerləşən bu qədim diyar zəngin təbiəti, meşələri, mineral suları, fauna və florası, əlverişli coğrafi mövqeyi ilə seçilir. Lakin XX əsrin sonlarında Laçın...

25 Avqust 2026, 10:45

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Vaxtilə Azərbaycanın ən böyük nominallarından sayılan 50 min manatlıq əskinas bu gün də dəyərini saxlayır.Citypost.az xəbər verir ki, bu barədə gənc numizmat Fərha M. fikirlərini bölüşüb.O bildirib ki, bu əskinas ilk dəfə 1996-cı ildə tədavülə buraxılıb və 2006-cı ilə qədər dövriyyədə olub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetrdir. Milli Bankın sifarişi ilə 1995-ci ildə İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilib.Əsas rəngi yaşıl olan əskinasın ön tərəfində Naxçıvan memarlığının məşhur abidəsi – Möminə Xatun türbəsinin təsviri, arxa tərəfində isə milli ornamentlərlə bəzədilmiş çərçivədə nominal dəyəri həm rəqəmlə, həm də sözlə göstərilib.Onu da qeyd edək ki, Azərbaycan əskinaslarında ilk...

25 Avqust 2026, 08:00

Zəfərdən sonra: Xəzərin iki sahilində yeni müttəfiqlik   - Zahid Oruc

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri  iki ölkə arasındakı münasibətlərin növbəti yüksək səviyyəyə keçdiyini güstərən uğurlu diplomatik hadisə olmaqla yanaşı, mühüm regional və beynəlxalq nəticələr doğuran tarixi ziyarətdir. Daşkənddə aparılan danışıqlar, imzalanan “Əbədi dostluq haqqında Müqavilə”, iqtisadi layihələr, Qarabağla Özbəkistan şəhərləri arasında qurulan yeni əlaqələr və səfər ərəfəsində Prezidentin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə irəli sürdüyü tezislər daha böyük strategiyanın konturlarını göstərir.Azərbaycanla Özbəkistan arasında son illərdə qurulan müttəfiqlik Xəzərin iki sahilini birləşdirir,  Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geosiyasi vahidliyi təmin edir. Prezident İlham Əliyevin 2025-ci ildə Daşkənddə söylədiyi fikir baş verən dəyişikliyin siyasi tərifidir: Azərbaycan Cənubi Qafqazda yerləşsə də,...

24 Avqust 2026, 19:38

Bakı-Daşkənd münasibətlərində yeni mərhələ: Əbədi dostluqdan regional tərəfdaşlığa - TƏHLİL 

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Bakı-Daşkənd münasibətlərinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd son illərdə formalaşmış xüsusi münasibətlər sistemini siyasi-hüquqi baxımdan möhkəmləndirir.Azərbaycan və Özbəkistan münasibətləri ardıcıl qurulan strateji xəttin nəticəsidir. Son illərdə əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da bu prosesin məntiqi davamıdır.Əbədi dostluqdan strateji gələcəyəMüqavilədə suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək prinsiplərinin təsbit edilməsi münasibətlərin ayrı-ayrı layihələRlə məhdudlaşmadığını göstərir. Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfə isə siyasi həmrəyliyin konkret nümunəsidir.Bakı-Daşkənd xəttinin güclənməsi Türk dünyasının siyasi və iqtisadi...

24 Avqust 2026, 19:16

Unudulmaz unudulmuşlar silsiləsindən  

Bu gün xalqımızın görkəmli xanımlarından biri, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı (1965-1967), Mikrobiologiya kafedrasının müdiri (1967-1989), Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru, professor Həbibə Qasımova (1922-2014) anadan olmuşdur.Həbibə Süleyman qızı Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.1939-cu ildə Bakıda orta məktəbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.1945–1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında (doktoranturasında) təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya...

24 Avqust 2026, 15:21

Tahir Rasizadə haqqında MARAQLI FAKTLAR

Rasizadələr nəslinin daha bir nümayəndəsi - Tahir Rasizadə haqqında sizə qısa bir məlumat vermək istəyirəm. Fotoda gördüyünüz bu gənc Hüseyn Cavidin böyük qardaşı, Şeyx Məhəmməd Rasizadənin oğlu Tahir Rasizadədi. Bu fotoda onun 19 yaşı var. Ümumiyyətlə, Rasizadələr nəsli Azərbaycanda köklü nəsillərdən hesab olunur və bu tayfa say-seçmə ziyalıları ilə tanınıb. Ən böyük nümayəndəsi də romantik şeirin banisi Hüseyn Cavid əfəndidir.   Turan Cavid Rasizadələr haqqında məlumat verərək deyirdi: "Deyirlər, Rasi dindar sözündəndir. Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli…...

24 Avqust 2026, 14:41