Gecə yatanda burnun tutulması hansı xəstəliyin əlaməti ola bilər?
Tibb 20 May 2026, 12:36
1328
Bir çox insan xüsusilə gecə saatlarında burnunun tutulmasından şikayət edir. Gün ərzində normal nəfəs alan şəxslərdə məhz yatağa uzandıqdan sonra başlayan burun tutulması adətən allergik problemlərlə əlaqəli olur.
Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, əgər burnun tutulması əsasən gecə yatarkən başlayırsa, bu vəziyyət daha çox allergik rinitin əlaməti hesab olunur.
Belə hallarda əsas səbəblərdən biri ev tozu və xüsusilə yataq, yastıq, döşək və yorğanlarda toplanan toz gənələridir.
İnsan yatağa uzandıqda həmin allergenlərlə daha sıx təmasda olur.
Nəticədə burun selikli qişasında iltihabi reaksiya artır, şişkinlik yaranır və burun tutulmağa başlayır. Bu səbəbdən bəzi insanlarda gecə nəfəs alma çətinləşir, ağızdan nəfəs alma, xoruldama və yuxu keyfiyyətinin pozulması müşahidə olunur.
Həmçinin oxuyun
Həkimlər bildirirlər ki, bu problemin qarşısını almaq üçün yataq dəstlərinin tez-tez yuyulması, otağın havasının təmiz saxlanılması və toz yığan əşyaların azaldılması vacibdir. Allergiyası olan şəxslərə xüsusi antiallergik yataq örtüklərindən istifadə etmək də tövsiyə olunur.
Əgər burun tutulması uzun müddət davam edirsə və ya tez-tez təkrarlanırsa, səbəbin dəqiq müəyyənləşdirilməsi üçün həkim müayinəsindən keçmək vacib hesab olunur.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağcaqanad sancması niyə bəzi insanlarda güclü şişkinlik yaradır?
Yay aylarının gəlişi ilə birlikdə ağcaqanad sancmaları da insanların gündəlik həyatında daha çox rast gəlinən problemlərdən birinə çevrilir. Əksər hallarda ağcaqanad sancması yüngül qaşınma və kiçik qızartı ilə müşahidə olunsa da, bəzi insanlarda vəziyyət daha fərqli olur. Göz qapağının tamamilə şişməsi, yanağın qabarması, ətraflarda iri ölçülü şişkinliklərin yaranması və güclü qaşınma halları müşahidə edilə bilər. Bu isə çox vaxt ağcaqanad sancmasına qarşı yaranan allergik reaksiyanın göstəricisi hesab olunur.Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, ağcaqanad hər insanı sancsa da, hər orqanizm bu sancmaya eyni şəkildə reaksiya vermir. Ağcaqanad qan sorarkən dərinin altına öz ağız suyunu ifraz edir. Bu mayenin tərkibində...
15 İyun 2026, 10:45
Allergiyanın səbəbi həmişə qurd və ya parazitdirmi?
Allergik xəstəliklərlə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də hər bir allergiyanın qurd və ya parazit infeksiyaları ilə əlaqələndirilməsidir. Bir çox insan dəri qaşınması, səpkilər, uzunmüddətli öskürək və ya digər allergik əlamətlərlə qarşılaşdıqda ilk növbədə bunun səbəbini qurd xəstəliklərində axtarır. Citypost.az xəbər verir ki, hətta bəzi hallarda heç bir müayinə aparılmadan qurd əleyhinə dərmanlardan istifadə edilir.Mütəxəssislər bildirirlər ki, qurd və parazit infeksiyaları həqiqətən də bəzi allergik reaksiyaların yaranmasına və ya mövcud allergik xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər. Lakin hər allergik xəstəliyin səbəbini qurdlarla əlaqələndirmək tibbi baxımdan düzgün deyil və bu yanaşma bir çox hallarda yanlış müalicəyə gətirib çıxarır.Parazitlər orqanizmə daxil...
15 İyun 2026, 09:59
Burnunuzun üzərində bu xətt varsa, allergik rinitin əlaməti ola bilər
Bir çox insan burnunun üzərində əmələ gələn üfüqi xəttə diqqət yetirmir və bunun sadəcə dəri qırışı və ya anatomik xüsusiyyət olduğunu düşünür. Citypost.az-ın məlumatına görə, halbuki mütəxəssislər bildirirlər ki, burnun orta hissəsində görünən horizontal xətt bəzi hallarda allergik rinitin xarakterik əlamətlərindən biri hesab olunur.Bu xətt adətən uzun müddət allergik rinitdən əziyyət çəkən insanlarda meydana çıxır. Allergik rinit zamanı burun selikli qişasında davamlı iltihabi proses yaranır və nəticədə burun tutulması, asqırma tutmaları, burundan sulu ifrazat gəlməsi, qaşınma və nəfəsalma çətinliyi kimi əlamətlər ortaya çıxır.Belə vəziyyətlərdə pasiyentlər narahatlığı azaltmaq üçün tez-tez əlləri ilə burnun ucunu yuxarı qaldırmağa çalışırlar. Bu hərəkət onlara qısa müddətlik...
15 İyun 2026, 08:45
Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?
Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...
12 İyun 2026, 10:48
Hallux Valqus deformasiyası nədir və niyə yaranır?
Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...
12 İyun 2026, 09:49
Burun və boğaz ətlərinin əməliyyatla götürülməsi hansı hallarda vacibdir?
Valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri uşaqlarda burun və boğaz ətlərinin (adenoid və badamcıqların) əməliyyat olunub-olunmaması ilə bağlıdır. Citypost.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu toxumaların böyüməsi hər zaman əməliyyat tələb etmir. Lakin bəzi hallarda onların yaratdığı fəsadlar uşağın sağlamlığına ciddi təsir göstərdiyindən cərrahi müdaxilə zəruri hesab olunur.Burun arxasında yerləşən adenoid toxumasının həddindən artıq böyüməsi uşaqlarda burun tənəffüsünün pozulmasına səbəb olur. Belə uşaqlar gündüz və gecə ağızdan nəfəs alır, yuxu zamanı xoruldayır və bəzən nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan gecə apnoesi halları müşahidə edilir. Uzun müddət davam edən bu vəziyyət uşağın normal inkişafına mənfi təsir göstərə...
12 İyun 2026, 08:50