Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb 

Cəmiyyət 20 May 2026, 12:46

303

Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.

Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 21-də axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 23° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb 

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...

20 May 2026, 13:40

İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə aşağıdakı şəxslər təltif ediliblər:Bayramov Elnur Üzeyir oğluBayramov Rasim Əhməd oğluƏzizov Əziz Məhəmməd oğluHəsənov Ramiz Qaroğlan oğluQurbanov Azər Tengiz oğluMusayeva Şəhla Ziyəddin qızıOsmanov Çingiz Məsim oğluŞirinov Namiq Paşa oğluŞirinova Mehriban Ramiz qızı....

20 May 2026, 13:39

Azərbaycan – Dünyanın Sülh və Multikulturalizm Evi   - SAYMAN ARUZ YAZIR

Müasir dünyanın ən böyük böhranlarından bəlkə də  biricisi siyasi və iqtisadi qarşıdurmalarla yanaşı  mənəvi və psixologi parçalanmadır. İnsanlıq texnologiyada yüksəlsə də, mənəviyyatda və qarşılıqlı anlaşmada eyni sürətlə inkişaf edə bilməmişdir. Bu səbəbdən XXI əsrin əsas çağırışı artıq yalnız təhlükəsizlik deyil, mədəniyyətlərarası etimadın bərpasıdır. Belə bir dövrdə Azərbaycanın ortaya qoyduğu multikulturalizm modeli daxili dövlət siyasəti olmaqla bərabər qlobal əhəmiyyət daşıyan ideoloji bir konsepsiyadır. Azərbaycan illərdir göstərir ki, fərqli dinlərin, millətlərin, dillərin və mədəniyyətlərin bir coğrafiyada qarşıdurmasız yaşaması mümkündür və bu, yalnız hüquqi mexanizmlərlə deyil, tarixi yaddaş və mədəni kodlarla təmin olunur.Təsadüfi deyil ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Bu xəttin...

20 May 2026, 13:32

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başlanılır 

21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək....

20 May 2026, 13:18

Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşüb

20 may tarixində Medianın İnkişafı Agentliyində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib.MEDİA-dan APA-ya verilən xəbərə görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov D-8 üzv dövlətləri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin, media qurumları və aidiyyəti sahə üzrə məsul institutlar arasında təcrübə mübadiləsinin təşviqinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, müasir informasiya mühitində media savadlılığının gücləndirilməsi, yanlış məlumatlandırma və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması, eləcə də rəqəmsal transformasiya şəraitində peşəkar və dayanıqlı media mühitinin inkişafı xüsusi aktuallıq kəsb edir.D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş...

20 May 2026, 12:55

Aslan İsmayılov: Piyadaların yol qaydalarını pozması ciddi təhlükə yaradır

Piyadaların yeraltı və yerüstü keçidlərin tam yaxınlığında bütün qaydaları pozaraq həyatlarını təhlükəyə atmaqla yolu keçmələri barədə yazıma olan çoxsaylı şərhləri, problemin aktuallığını nəzərə alaraq bir daha bu mövzuya qayıdıram.İctimai qınaq olmadan bu ölkədə heç bir problemin həll edilməyəcəyi barədə də dəfələrlə yazmışam. Məhz bu mövzuda ictimai qınaq xüsusi əhəmiyyət daşıyır. Hər il yüzlərlə insan həyatlarını itirir, ondan da çox şikəst olurlar, ailələr faciə yaşayır, dağılır. Qətiyyətlə deyirəm ki, əksəriyyət hallarda yol nəqliyyat hadisəsinin əsas günahkarı piyadalar olurlar. Ölkədə qanunvericilik və təcrübə elə formalaşıb ki, istənilən halda sürücülər məsuliyyətə cəlb olunur, yaxud ən yaxşı halda külli miqdarda rüşvət hesabına canını qurtarır....

20 May 2026, 12:27