Bizə yazın

Baku

-°C

USD

-

Astiqmatizmi necə anlamaq olar? – Ən çox rast gəlinən əlamətlər  

Tibb 20 May 2026, 10:43

1103

Astiqmatizm gözün ən geniş yayılmış görmə problemlərindən biridir. Bir çox insan uzun müddət bu problemdən xəbərsiz yaşayır və sadəcə görməsinin tam aydın olmadığını düşünür. Halbuki, astiqmatizm vaxtında aşkarlanmadıqda gündəlik həyatda ciddi narahatlıqlar yarada bilər.

Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, astiqmatizmi olan insanlar xüsusilə axşam saatlarında və qaranlıq mühitdə görmə çətinliyindən şikayət edirlər. Gün işığında normal görən bir insan gecə vaxtı işıqların yayılmış və bulanıq görünməsindən narahat ola bilər.

Xüsusilə avtomobil idarə edən şəxslər qarşıdan gələn maşınların faralarının onları narahat etdiyini bildirirlər. Bəzi hallarda işıqlar bir-birinə qarışmış, uzanmış və ya yayılmış formada görünür. İnsan sanki gözlərini qıyaraq daha aydın görməyə çalışır.

Astiqmatizmin digər əsas əlamətlərindən biri isə eynək istifadə edilməsinə baxmayaraq görmənin tam aydın olmamasıdır. Pasiyent uzağı gördüyünü düşünsə də, detalları seçməkdə çətinlik çəkir. Bu zaman problem eynəyin zəif yazılmasında deyil, astiqmatizm komponentinin nəzərə alınmamasında ola bilər.

Həkimlər bildirirlər ki, bəzən cəmi 0.5 və ya 0.75 dərəcə astiqmatizm korreksiyası belə insanın görməsini ciddi şəkildə yaxşılaşdıra bilir. Doğru yazılmış astiqmatik eynək görüntünü daha dəqiq, aydın və rahat hala gətirir.

Astiqmatizm vaxtında aşkarlandıqda həm eynəklə, həm də digər müalicə üsulları ilə rahat şəkildə korreksiya edilə bilir. Buna görə də bulanıq görmə, gecə zəif görmə və ya göz yorğunluğu kimi şikayətlər olduqda oftalmoloqa müraciət etmək vacib sayılır.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?   

Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...

12 İyun 2026, 10:48

Hallux Valqus deformasiyası nədir və niyə yaranır?  

Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...

12 İyun 2026, 09:49

Burun və boğaz ətlərinin əməliyyatla götürülməsi hansı hallarda vacibdir?  

Valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri uşaqlarda burun və boğaz ətlərinin (adenoid və badamcıqların) əməliyyat olunub-olunmaması ilə bağlıdır. Citypost.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu toxumaların böyüməsi hər zaman əməliyyat tələb etmir. Lakin bəzi hallarda onların yaratdığı fəsadlar uşağın sağlamlığına ciddi təsir göstərdiyindən cərrahi müdaxilə zəruri hesab olunur.Burun arxasında yerləşən adenoid toxumasının həddindən artıq böyüməsi uşaqlarda burun tənəffüsünün pozulmasına səbəb olur. Belə uşaqlar gündüz və gecə ağızdan nəfəs alır, yuxu zamanı xoruldayır və bəzən nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan gecə apnoesi halları müşahidə edilir. Uzun müddət davam edən bu vəziyyət uşağın normal inkişafına mənfi təsir göstərə...

12 İyun 2026, 08:50

Alkoqol qanda yağların miqdarını azaldırmı?   

Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri də odur ki, müəyyən növ alkoqollu içkilər, xüsusilə qırmızı şərab ürək-damar sağlamlığı üçün faydalıdır və qandakı yağların səviyyəsini azaldır. Lakin mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.Citypost.az xəbər verir ki,həkimlərin sözlərinə görə, bəzi üzüm növlərindən hazırlanan qırmızı şərabın tərkibində olan maddələr yüksək sıxlıqlı lipoproteinlərin (HDL) – yəni xalq arasında “yaxşı xolesterol” adlandırılan xolesterolun səviyyəsini müəyyən qədər artıra bilər. HDL xolesterol damar divarlarında toplanan artıq yağların daşınaraq orqanizmdən uzaqlaşdırılmasına kömək etdiyi üçün ürək-damar sistemi baxımından faydalı hesab olunur.Lakin mütəxəssislər vurğulayırlar ki, bu təsir alkoqolun özü ilə deyil, əsasən üzümün tərkibində olan antioksidant maddələrlə əlaqədardır....

11 İyun 2026, 11:02

Kişilərdə sidik problemləri nədən xəbər verir?   

Kişilərdə yaş artdıqca sidik ifrazı ilə bağlı müxtəlif şikayətlərə daha tez-tez rast gəlinir. Bir çox hallarda bu dəyişikliklər adi yaşlanma prosesi kimi qəbul edilsə də, əslində prostat vəzinin böyüməsi ilə əlaqəli ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, prostat böyüməsinin əsas əlamətləri sidiyə çıxmaqda çətinlik, gecə saatlarında dəfələrlə sidiyə qalxma və sidik ifrazından sonra sidik kisəsinin tam boşalmadığı hissidir. Bu şikayətlər tədricən inkişaf edir və zamanla daha da artaraq xəstənin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.Prostat vəzi sidik kisəsinin altında yerləşən və sidik kanalını əhatə edən orqandır. Yaşla birlikdə onun ölçüsündə müəyyən artım müşahidə oluna bilər....

11 İyun 2026, 10:03

Dəridə yaranan ləkə və səpkilər zöhrəvi xəstəliklərin əlaməti ola bilər?   

Dəridə qəfil yaranan ləkə, səpki və ya yaralar bir çox hallarda sadə allergik və ya dermatoloji problem kimi qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bu əlamətlərin cinsi yolla ötürülən infeksiyaların göstəricisi ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, dəridə meydana çıxan səpkilər və ləkələr müxtəlif formalarda özünü göstərə bilər. Onların görünüşü, rəngi, ölçüsü və müşayiət olunan əlamətlər problemin səbəbi barədə ilkin məlumat verə bilir.Xüsusilə infeksion mənşəli səpkilər əksər hallarda iltihablı, axıntılı, içərisində maye və ya irin olan formada müşahidə edilir.Bəzi hallarda yaranan yaralar və ləkələr ağrısız olduğu üçün insanlar onları ciddi qəbul etmir və həkimə müraciəti gecikdirirlər. Halbuki bir...

11 İyun 2026, 08:04