Diabetik ayaq – səssiz inkişaf edən təhlükəli fəsad
Tibb 10 İyun 2026, 10:20
375
Müasir dövrdə şəkərli diabetin yaratdığı ən ciddi problemlərdən biri diabetik ayaq sindromudur.
Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu problem uzun müddət özünü ciddi şəkildə büruzə vermədən inkişaf edə bilir və məhz buna görə də “səssiz təhlükə” adlandırılır. Bir çox xəstə ayaqlarında yaranan ilk əlamətləri adi yorğunluq və ya yaşla əlaqəli dəyişiklik kimi qiymətləndirərək həkimə müraciəti gecikdirir.
Halbuki vaxtında aşkarlanmayan diabetik ayaq ağır infeksiyalara, toxuma ölümünə və hətta amputasiyaya qədər gətirib çıxara bilər.
Həkimlərin sözlərinə görə, şəkər xəstələrinin müraciət etdiyi əsas şikayətlər arasında ayaqlarda keyimə, uyuşma, yanma hissi, iynə batırılması kimi narahatlıqlar xüsusi yer tutur. Bəzi xəstələr dabanlarında və ayaqaltında sanki od yanırmış kimi hiss etdiklərini bildirirlər. Bu əlamətlər xüsusilə gecə saatlarında və ya uzun müddət hərəkət etdikdən sonra daha qabarıq şəkildə özünü göstərir.
Diabet zamanı qanda şəkərin yüksək olması sinir uclarına və qan damarlarına zərər verir. Nəticədə ayaqlarda hissiyyat zəifləyir, qan dövranı pozulur və toxumaların qidalanması pisləşir. Belə olduqda ən kiçik zədə, cızıq və ya qabar belə ciddi problemə çevrilə bilər.
Təhlükəli məqam ondan ibarətdir ki, hissiyyatın azalması səbəbindən xəstə ayağında yaranmış yaradan və ya zədədən uzun müddət xəbərsiz qala bilər.
Mütəxəssislər qeyd edirlər ki, diabetik ayaq sindromunun ilk əlamətləri arasında ayaqlarda quruluq, dərinin çatlaması, rəng dəyişiklikləri, qırnaqlarda deformasiya və barmaqlar arasında sağalmayan yaraların yaranması da yer alır. Qan dövranının zəifləməsi nəticəsində yaranan bu yaralar bəzən aylarla sağalmır və infeksiyalaşaraq daha dərin toxumalara yayılır.
Həmçinin oxuyun
Xüsusilə ayaq barmaqları arasında yaranan yaralar, qızartılar və irinli sahələr ciddi nəzarət tələb edir. Belə hallarda xəstələrin özbaşına müalicə aparması və ya problemin keçəcəyini gözləməsi düzgün deyil. Çünki infeksiya qısa müddətdə sümüyə qədər yayıla və ayağın itirilməsi ilə nəticələnə bilər.
Həkimlər vurğulayırlar ki, diabetik ayağın qarşısını almağın ən vacib yolu qan şəkərinin nəzarətdə saxlanılması və ayaqlara gündəlik qulluq edilməsidir. Şəkərli diabetdən əziyyət çəkən hər bir şəxs hər gün ayaqlarını diqqətlə yoxlamalı, dəridə hər hansı yara, çat, qızartı və ya şişkinlik olub-olmadığını izləməlidir. Ayaqların təmiz saxlanılması, rahat ayaqqabı seçilməsi və qırnaqların düzgün kəsilməsi də vacib profilaktik tədbirlər sırasındadır.
Mütəxəssislərin fikrincə, diabetik ayaq sindromunda erkən diaqnoz həyat qurtaran amildir. Xəstə ayaqlarında keyimə, yanma, uyuşma, iynəbatma hissi və ya sağalmayan yara müşahidə etdikdə vaxt itirmədən həkimə müraciət etməlidir. Çünki erkən mərhələdə başlanılan müalicə qan dövranının yaxşılaşdırılmasına, infeksiyanın qarşısının alınmasına və ayağın qorunmasına imkan verir.
Həkimlər bir daha xatırladırlar ki, diabetik ayaq sadəcə ayaq problemi deyil, şəkərli diabetin ən ağır fəsadlarından biridir. Vaxtında müraciət, düzgün müalicə və müntəzəm nəzarət sayəsində amputasiya riskini minimuma endirmək və xəstənin həyat keyfiyyətini qorumaq mümkündür.
Buna görə də şəkər xəstələri ayaqlarında yaranan heç bir dəyişikliyi kiçik problem hesab etməməli və sağlamlıqlarına xüsusi diqqətlə yanaşmalıdırlar.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Öd kisəsində daş varsa, amma ağrı yoxdursa əməliyyat lazımdırmı?
Bir çox insan ultrasəs müayinəsi zamanı öd kisəsində daş olduğunu öyrənir, lakin heç bir ağrı və ya ciddi narahatlıq hiss etmədiyi üçün əməliyyatı illərlə təxirə salır. Ən çox verilən suallardan biri də budur: “Öd kisəmdə daş var, amma məni narahat etmir. Yenə də əməliyyat olunmalıyam?”Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, öd kisəsində daşın olması həmin orqanın fəaliyyətində müəyyən problemlərin yarandığını göstərir. Çünki sağlam öd kisəsi ödü toplayır və həzm prosesində normal şəkildə ifraz edir. Daş əmələ gəldikdə isə ödün hərəkəti və axını pozula, zamanla kisənin funksiyası zəifləyə bilər.Bir çox xəstə “heç bir şikayətim yoxdur” desə də, ətraflı sorğu zamanı köp,...
10 İyun 2026, 11:18
Ürək ağrısını necə tanımaq olar? – Diqqətdən kənarda qalmamalı əlamətlər
Ürək-damar xəstəlikləri dünyada ölümə səbəb olan əsas sağlamlıq problemlərindən biri hesab olunur. Bu səbəbdən ürək ağrısının əlamətlərini vaxtında tanımaq və düzgün qiymətləndirmək həyati əhəmiyyət daşıyır. Bir çox insanlar sinə nahiyəsində yaranan hər ağrını ürəklə əlaqələndirsə də, əsl ürək ağrısının özünəməxsus xüsusiyyətləri var və bu əlamətləri bilmək ciddi fəsadların qarşısını almağa kömək edə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ürək ağrısı adətən sinənin mərkəzində və ya sol tərəfində sıxılma, basqı, ağırlıq və ya yanma hissi şəklində özünü göstərir. Xəstələr bu hissi bəzən sinələrinin üzərinə ağır yük qoyulmuş kimi təsvir edirlər. Ağrı bir neçə dəqiqə davam edə və ya fasilələrlə təkrarlana...
10 İyun 2026, 09:19
Şəkər xəstəliyinin gözə təsiri necə yaranır?
Şəkərli diabet təkcə qan şəkərinin yüksəlməsi ilə məhdudlaşan bir xəstəlik deyil, uzun müddət davam etdikdə bədənin bir çox orqanlarına, xüsusilə də gözlərə ciddi zərər verə bilər. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, diabet fonunda görmənin zəifləməsi və ya bulanıq görmə sadə bir problem kimi qəbul edilməməlidir.Şəkər xəstəliyində əsas problem gözün tor qişasında – yəni retina hissəsində baş verən damar dəyişiklikləridir. Yüksək şəkər səviyyəsi damarların divarlarını zədələyir, onları daha kövrək və keçirici hala gətirir. Nəticədə bu nazikləşmiş damarlardan qan plazması və ya qanın maye hissəsi ətraf toxumalara sızmağa başlayır. Bu proses isə görmə mərkəzində şişkinlik və bulanıqlığa səbəb olur.Bundan əlavə, bəzi...
09 İyun 2026, 11:15
B12 vitamini və fol turşusu niyə bu qədər vacibdir?
Qan azlığı ilə bağlı danışarkən insanların çoxu yalnız dəmir çatışmazlığını düşünür. Halbuki sağlam qan yaranması üçün təkcə dəmir kifayət etmir. Bu prosesdə B12 vitamini və fol turşusu da son dərəcə mühüm rol oynayır. Hər iki maddə qırmızı qan hüceyrələrinin formalaşmasında iştirak edir və onların çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, B12 vitamini orqanizmə qida vasitəsilə daxil olur və mədə-bağırsaq sistemində xüsusi mexanizmlər vasitəsilə sorulur. Əgər mədə və bağırsaqlarda hər hansı problem varsa, bu vitaminin mənimsənilməsi pozula bilər. Nəticədə insanda halsızlıq, yorğunluq, başgicəllənmə, diqqət dağınıqlığı və müxtəlif növ anemiyalar inkişaf edə bilər.Fol turşusu da qan...
09 İyun 2026, 10:16
Daim soyuq əllər və ayaqlar hansı xəstəliklərin xəbərçisi ola bilər?
Bir çox insan əllərinin və ayaqlarının tez-tez soyuduğunu hiss etsə də, bunu sadəcə hava şəraiti və ya mövsümlə əlaqələndirir. Halbuki bəzi hallarda soyuq əllər və ayaqlar orqanizmdə baş verən müəyyən dəyişikliklərin və ya sağlamlıq problemlərinin əlaməti ola bilər. Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bu vəziyyət hər zaman adi hal kimi qiymətləndirilməməlidir.Soyuq əllər və ayaqların ən çox rast gəlinən səbəblərindən biri qan dövranının zəifləməsidir. Qan damarlarında daralma və ya qan axınının kifayət qədər olmaması nəticəsində bədənin uc nahiyələrinə daha az qan çatır. Bu da əllərin və ayaqların daim soyuq qalmasına səbəb olur.Bundan başqa, aşağı arterial təzyiq də bu problemin yaranmasında mühüm rol...
09 İyun 2026, 08:19
Ayaqda qızartı və yara varsa, səbəb damar yox, iltihab ola bilər
Ayaqlarda yaranan qızartı, qaşınma, sağalmayan yaralar və ya xora kimi problemlər bir çox insanı narahat edir. Əksər hallarda pasiyentlər ilk olaraq damar problemlərindən şübhələnir və doppler müayinəsinə müraciət edirlər. Lakin bəzi hallarda doppler müayinəsinin nəticələri normal çıxır və damarlarda hər hansı ciddi problem aşkarlanmır. Bu zaman sual yaranır: əgər damarlar sağlamdırsa, ayaqdakı problem nədən qaynaqlanır?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, belə hallarda səbəb damar sistemi deyil, ayağın yumşaq toxumalarında gedən iltihabi proseslər ola bilər. Dərinin və dərialtı toxumaların iltihabı qızartı, qaşınma, ağrı, şişkinlik və hətta yara əmələ gəlməsi ilə müşayiət oluna bilər. Bəzən bu hallar infeksiya, immun sisteminin reaksiyası...
08 İyun 2026, 10:45