Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib
Cəmiyyət 01 Sentyabr 2026, 11:17
287
Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.
CityPost.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur. Son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirmişdir.
Həmçinin oxuyun
Ölkələrimiz arasında iqtisadi-ticari, energetika, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur.
İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.
Əminəm ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əzizbəyov kim olub?
Adına bir zamanlar metrostansiya, rayon olan, şəninə heykəl qoyulan (Sonradan hamısı ləğv edildi) Məşədi Əzizbəyov, bir qatı bolşevik olaraq Azərbaycanın sovetləşməsi uğrunda fəal mübarizə aparmış adamlardan biridir. Əzizbəyov Məşədi bəy Əziz oğlu 18 yanvar 1876-cı ildə Bakıda anadan olub. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının ilk üzvlərindən, belə demək olarsa, qurucularından biri olub. Nədənsə, zaman-zaman onun əməlləri də bir neçə dəfə təhrif edilməyə çalışılmış, digər bir çoxları kimi qəhrəman obrazında təqdim edilmək niyyəti də olmuşdur. Bəzi mənbələr onun bənna ailəsində doğulduğunu desə də, əslində, Əzizbəyov zadəgan nəsildən olub. O, əslən Tehran azərbaycanlısıdır. Daha dəqiq desəm, ulu babaları Azərbaycana gələndə artıq torpaq sahələri, neft mədənləri, zavodları var idi. Üstəlik,...
01 Sentyabr 2026, 11:27
"O da yaxşı sudur. Amma bu da yaxşı sudur" — Azərbaycan Liderinin viral olan JESTİ
Bəzən nəyisə təsdiq etməyə çalışmaq lazım deyil. Balaca bir jest, hərəkət hər şeyi söyləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünən Bişkekdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı nüanslara şahidlik etdik. Masanın üzərində olan Azərbaycan sularını qarşı tərəfə təqdim edən Prezident İlham Əliyev bunları özü ilə gətirdiyini söyləyib. Qarabağın keçilməz qalası Kəlbəcər dağlarından süzülüb gələn "İstisu" mineral suyunu süzərək, şirin bir eyham da edib. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az) Masada Gürcüstan istehsalı olan "Borjomi" suyu...
01 Sentyabr 2026, 11:08
"...AH... BİR OYANA BİLSƏYDİM HƏR SABAH..."
Yaşasaydı bu gün 80 yaşı olacaqdı Tofiq Abdinin... Bizim Tofiq abinin. Təəssüf ki, 70 yaşından sonrakıyubileylərini görmək əziz dostumuza qismət olmadı.Tofiq Abdin bənzərsiz şair, publisist idi. Adi insan kimi də hamıdan fəqrlənirdi. Bəzən bu qəribəliyi başa düşülməsə də. Gündəlik həyat tərzində, geyimində, ətrafdakılarla münasibətində öz qaydaları var idi və bu qaydaları heç vaxt dəyişmirdi. O qədər qəribə idi ki, doğulduğu günü də dəqiq bilmirdi. Əslində sentyabrın ilk gününü dünyaya gəlişinin simvolik tarixi kimi götürməyə məcbur olmuşdu. Neftçalanın Qırmızıkənd kəndindəki orta məktəbin yuxarı sinifində komsomola keçəndə doğum gününü sentyabrın 1-nə qeyd etmişdilər. Çünki həmin vaxta kimi sənədlərində doğum günü qrafası boş imiş.Həyatının...
01 Sentyabr 2026, 10:17
Prezident İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
01 Sentyabr 2026, 09:51
Qərib məzarlar
Moskva vaxtı ilə saat 21:40. 26 sentyabr 1960-cı il. Şeremetyevo hava limanının uçuş-enmə zolağından 11 kilometr məsafədə Vyanadan Moskvaya uçan “Austrian Airlines” şirkətinin 901 saylı reysi qəzaya uğrayır.Rəsmi sənədlərdə təyyarə qəzasının səbəbi əlverişsiz hava şəraiti göstərilir.Qəza nəticəsində təyyarədəki ekipaj üzvləri də daxil olmaqla 37 nəfərdən 31-i həlak olur.Həlak olanlardan biri də SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, əslən bakılı olan türkoloq alim Mustafa Kərimov idi.Maraqlıdır ki, Mustafa Kərimovun qardaşı, kosmik tədqiqatlar üzrə əvəzsiz mütəxəssis, general-leytenant Kərim Kərimov xatirələrində qardaşının ölümündə özünü günahlandırmışdır. Belə ki, Türkiyədə ezamiyyətdə olan kiçik qardaşının təkidlə Moskvaya gəlməsini istəmiş, nəticədə Mustafa Ankaradan Vyanaya uçan reyslə Avstriyaya...
01 Sentyabr 2026, 09:41
Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib.CityPost.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” də paylaşım edib.Following the meeting between President Ilham Aliyev and Prime Minister Nikol Pashinyan in Bishkek, discussions on the peace agenda continued with Alen Simonyan. pic.twitter.com/Ku1xPvfcYU— Hikmet Hajiyev (@HikmetHajiyev) September 1, 2026 ...
01 Sentyabr 2026, 09:24