Bizə yazın

Baku

-°C

USD

-

"...AH... BİR OYANA BİLSƏYDİM HƏR SABAH..."  

Cəmiyyət 01 Sentyabr 2026, 10:17

245

Yaşasaydı bu gün 80 yaşı olacaqdı Tofiq Abdinin... Bizim Tofiq abinin. Təəssüf ki, 70 yaşından sonrakı

yubileylərini görmək əziz dostumuza qismət olmadı.

Tofiq Abdin bənzərsiz şair, publisist idi. Adi insan kimi də hamıdan fəqrlənirdi. Bəzən bu qəribəliyi başa düşülməsə də. Gündəlik həyat tərzində, geyimində, ətrafdakılarla münasibətində öz qaydaları var idi və bu qaydaları heç vaxt dəyişmirdi. 

O qədər qəribə idi ki, doğulduğu günü də dəqiq bilmirdi. Əslində sentyabrın ilk gününü dünyaya gəlişinin simvolik tarixi kimi götürməyə məcbur olmuşdu. Neftçalanın Qırmızıkənd kəndindəki orta məktəbin yuxarı sinifində komsomola keçəndə doğum gününü sentyabrın 1-nə qeyd etmişdilər. Çünki  həmin vaxta kimi sənədlərində doğum günü qrafası boş imiş.

Həyatının İstanbul dövrü başa çatandan sonra Bakıya qayıdınca məni axtarıb tapdı. Çalışdığım redaksiyaya zəng vurub köşələrimi Türkiyədə  maraqla izlədiyini, görüşmək istədiyini dedi. Həmin zəngə qədər təbii ki, mən Tofiq Abdini qiyabi tanıyırdım. İmzası məşhur idi, "Qobustan" jurnalında, "525-ci qəzet"də yazılarını dönə-dönə oxumuşdum. Ümumi dostlardan Tofiq Abdin haqqında xoş sözlər eşitmişdim.

90-cı illərin sonlarından ömrünün sonuna -2014-cü il fevralın 25-nə kimi Tofiq abi ilə saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz oldu. "Ədalət" qəzetində haqqımda böyük bir yazı yazdı. Mənim də Tofiq Abdinlə müsahibələrim, köçələrim oldu.

Çalışdığı Mədəniyyət Nazirliyində, Tərcümə Mərkəzində, "Qobustan" jurnalının Yazıçılar Birliyindəki redaksiyasında,  metronun "Qara Qarayev" stansiyası səmtindəki sadə mənzilində görüşürdük.  O evdə kimlər qonaq olmamışdı...

Tofiq abinin məclisləri də başqa yığıncaqlara bənzəmirdi, söz-söhbətindən, zarafatlarından doymaq olmurdu Tofiq abinin.  Hər zaman gənc yazı-pozu adamlarıını ətrafına toplayırdı. Yaşıdlarından isə Maarif Soltan, Aslan Quliyev,  Tofiq Nurəli ilə oturub-durmağı xoşlayırdı. 

Tofiq Abdinin 70 illik yubileyi də qəribə oldu. Dedi  ki, bütün dostları yığıb qonaqlıq verməyə gücüm çatmır, iki-bir, üç-bir dəvət edəcəm oturub qeyd edərik. Dediyi kimi də elədi və bir də gördük  il başa çatır, amma Tofiq Abinin yubiley məclisləri hələ davam edir.

Sonrakı yubileylər Tofiq Abdinsiz keçir. Elə 80 illiyi də. 

Əvəzolunmaz və bənzərsiz Tofiq Abdini, dostların Tofiq Abisini onun öz misraları ilə yad edirəm:

           Öləndən sonra 

           çox demirəm, 

           bir azacıq üşüyə bilsəydim 

           qışda.

           canım bir azcıq isinsəydi

           yayda

           öləndən sonra darıxmaya bilsəydim

           o tənhalıqda.

           ah... bir oyana bilsəydim 

           hər sabah

          oyandığım kimi danüzü

          gəlib öpə bilsəydim

          balalarımın üzündən

          ruhum bir duman olub

          keçsəydi Muğan düzündən

          oyana bilsəydim 

          bir daha ölməzdim düşünürəm.

Etibar Cəbrayıloğlu yazır

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub 

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

01 Sentyabr 2026, 09:51

Qərib məzarlar 

Moskva vaxtı ilə saat 21:40. 26 sentyabr 1960-cı il. Şeremetyevo hava limanının uçuş-enmə zolağından 11 kilometr məsafədə Vyanadan Moskvaya uçan “Austrian Airlines” şirkətinin 901 saylı reysi qəzaya uğrayır.Rəsmi sənədlərdə təyyarə qəzasının səbəbi əlverişsiz hava şəraiti göstərilir.Qəza nəticəsində təyyarədəki ekipaj üzvləri də daxil olmaqla 37 nəfərdən 31-i həlak olur.Həlak olanlardan biri də SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, əslən bakılı olan türkoloq alim Mustafa Kərimov idi.Maraqlıdır ki, Mustafa Kərimovun qardaşı, kosmik tədqiqatlar üzrə əvəzsiz mütəxəssis, general-leytenant Kərim Kərimov xatirələrində qardaşının ölümündə özünü günahlandırmışdır. Belə ki, Türkiyədə ezamiyyətdə olan kiçik qardaşının təkidlə Moskvaya gəlməsini istəmiş, nəticədə Mustafa Ankaradan Vyanaya uçan reyslə Avstriyaya...

01 Sentyabr 2026, 09:41

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib.CityPost.az  xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” də paylaşım edib.Following the meeting between President Ilham Aliyev and Prime Minister Nikol Pashinyan in Bishkek, discussions on the peace agenda continued with Alen Simonyan. pic.twitter.com/Ku1xPvfcYU— Hikmet Hajiyev (@HikmetHajiyev) September 1, 2026 ...

01 Sentyabr 2026, 09:24

Kasko sığortası seçərkən diqqət olunmalı 4 gizli maddə

Kasko sığortası müqaviləsi bağlayarkən avtomobil sahiblərinin ən çox gözündən qaçırdığı məqamlar adətən sənəddəki kiçik şriftlərlə yazılmış, sığorta ödənişinin həcminə birbaşa təsir edən xüsusi şərtlərdir. Sığorta şirkətinin təqdim etdiyi təklif ilk baxışdan əlverişli görünsə də, müqavilədəki bəzi gizli maddələr hadisə baş verdikdə maliyyə itkilərinə yol aça bilər. Nəqliyyat vasitəsini tam sığortalamaq, gələcəkdə mübahisəli hallarla qarşılaşmamaq üçün kasko seçimi zamanı 4 əsas gizli maddəyə xüsusi diqqət yetirilməlidir.Citypost.az xəbər verir ki, birinci diqqət olunmalı məqam müqavilədə göstərilən azadölçülü hissədir (franşiza). Franşiza sığorta hadisəsi zamanı dəymiş zərərə görə avtomobil sahibinin öz cibindən ödəyəcəyi sabit məbləğ, yaxud faiz dərəcəsidir. Bir çox sığorta şirkəti polisə qiymətini...

01 Sentyabr 2026, 08:50

Sentyabrın bu günləri ilə bağlı XƏBƏRDARLIQ

Mütəxəssislərin fikrincə, 2026-cı ilin sentyabr ayı Günəş dövrünün 25-ci zirvəsindən sonra Günəş aktivliyinin azalması mərhələsinə düşəcək. Lakin bu, müxtəlif güclərdə geomaqnit pozuntularına səbəb ola biləcək Günəş partlayışlarını və koronal kütlə atılmalarını istisna etmir.Hava şəraitinə həssas, hipertoniyası və ürək-damar xəstəliyi olanlara məşq rejimlərini və dərman qəbul rejimlərini tənzimləmək üçün əlverişsiz günlərin təxmini təqvimi ilə əvvəlcədən tanış olmaları tövsiyə olunur.Citypost.az-ın xarici mediaya istinadən xəbərinə görə, heç bir elmi təşkilatın maqnit qasırğalarının dəqiq tarixlərini üç gündən çox əvvəlcədən proqnozlaşdıra bilməyəcəyini anlamaq vacibdir.Uzunmüddətli təqvimlər təbiətcə ehtimal xarakteri daşıyır və təxminən 27 günlük Günəş orbital dövrü ilə Günəş aktivliyinin təkrarlanma statistikasına əsaslanır, buna görə də...

01 Sentyabr 2026, 08:05

Ramiz Mehdiyevə yeni ittiham elan olundu 

Bir neçə ağır cinayətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunub.CityPost.az xəbər verir ki, Gününsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev bu dəfə rüşvət almaqda ittiham olunur.Məlumata əsasən, keçmiş Prezident Administrasiyası rəhbərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülüb.Bildirilir ki, yeni ittihamla bağlı istintaq sabiq PA rəhbərinin ifadəsini də alıb.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci...

31 Avqust 2026, 21:11