Qulu Məhərrəmli tanınmış rejissordan yazdı
Sənət aləmi 02 Sentyabr 2026, 09:31
434
Azərbaycan kinosunun tanınmış rejissoru Vaqif Azəryarın doğum günüdür.
Citypost.az xəbər verir ki, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bu münasibətlə sosial şəbəkədə paylaşım edərək rejissoru təbrik edib.
Qulu Məhərrəmli bildirib ki, Vaqif Azəryarın çəkdiyi bədii, sənədli və qısametrajlı filmlər tamaşaçılar tərəfindən daim maraqla qarşılanır.
Professor xüsusilə rejissorun “Harmoniya”, “Qarabağ şikəstəsi” və Yaşar Niri ilə birlikdə çəkdiyi, ssenarisi Ə.Pəhləvana məxsus olan “Spasibo” qısametrajlı filmlərini ciddi sənət hadisəsi kimi dəyərləndirib.
“Yolunu və yerişini itirmiş kino sənətimizi dirçəltmək üçün Vaqif Azəriyar kimi bacarıqlı və istedadlı rejissorlara böyük ehtiyac vardır”, – deyə Qulu Məhərrəmli qeyd edib.
O, Vaqif Azəryarı doğum günü münasibətilə təbrik edərək dəyərli sənətkara və dostuna ən xoş arzularını çatdırıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Vaqif Azəryar 1 sentyabr 1956-cı ildə Bərdə şəhərində anadan olub. O, uzun illərdir kino sahəsində fəaliyyət göstərir və müxtəlif janrlarda ekran əsərlərinə imza atıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ
Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.Citypoat.az Globalinfo.az-a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib....
26 Avqust 2026, 08:30
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı- FOTO
Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb.Citypost.az xəbər verir ki, 2025-ci ilin sentyabrında vəfat edən aktyorun məzarüstü abidəsi artıq hazır vəziyyətə gətirilib.Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, uzun illər “Planet Parni iz Baku” KVN Teatrında fəaliyyəti ilə tanınıb, yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanıb.Aktyor eyni zamanda müxtəlif televiziya və səhnə layihələrində iştirak edib. 2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. Onun qəfil ölümü sənət ictimaiyyətində böyük kədər yaradıb.Aktyor Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn...
25 Avqust 2026, 08:39
Azərbaycan kinosunun əfsanəvi siması: Xalq artisti Şahmar Ələkbərovun xatirəsinə
Bu gün Azərbaycan mədəniyyət və incəsənətinin əfsanəvi nümayəndəsi, həm aktyor, həm ssenarist, həm rejissor, həm də dublaj sənətçisi kimi qısa ömründə mədəniyyətimizə dəyəri ölçüyəgəlməz töhfələr vermiş böyük sənətkar, Azərbaycan SSR-in xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun doğum günüdür. 1943-cü ilin bu günü Gəncədə dünyaya göz açan sənətkar kino və dublyaj sənətindəki yorulmaz fəaliyyəti, oynadığı və səsləndirdiyi rollarla xalqımızın qəlbində taxt qurmuş, adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırmışdır. "Dağlarda döyüş", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə oynadığı rollarla əfsanələşən sənətkar "Qanlı zəmi" filmində yaradıcılığının son illərində oynadığı “İbiş” rolu ilə həm müsbət, həm də mənfi rolun necə ustalıqla oynanıla biləcəyini...
24 Avqust 2026, 21:28
"Nəsimi" filmi necə çəkildi? – Həsən Seyidbəylinin tarixi ekran işinin pərdəarxası
İMADƏDDİN NƏSİMİYƏ EHTİRAMLA! Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir. Bakıya döndükdən sonra isə Nəsiminin tanıdılması üçün müvafiq işlərin görülməsi üçün ziyalılara tapşırıq verir. Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı, Rəsul Rza və alim Araz Dadaşzadə Azərbaycanın...
19 Avqust 2026, 20:35
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı
Müğənni Dəniz Firudinli çıxış etdiyi məkanlardan birində lentə alınan görüntüləri ilə diqqət çəkib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, ifaçının son görüntülərində əvvəlki görünüşündən xeyli fərqlənməsi, xüsusilə sürətlə çəki atması izləyicilərin diqqətindən yayınmayıb.Dənizin kəskin şəkildə dəyişən görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin yeni görünüşü ilə bağlı müxtəlif fikirlər bildiriblər.Sənətçinin sözügedən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
19 Avqust 2026, 08:02
“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil etdi
Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib.Citypost.az xəbər verir ki, qurultayın açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və folklor biliciləri iştirak ediblər.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə ölkəmizi “Qorqud” folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova, solist Çilənay Hüseynova bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Onları Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar),...
18 Avqust 2026, 21:17