Zülmün cavabı Axirətdəmi veriləcək? Tural İrfan Cavabladı
Cəmiyyət 02 Sentyabr 2026, 09:36
237
Allah dünyadakı zülmlərə susurmu? Əgər susursa bu, ilahi ədalət prinsipinə zidd deyilmi? Bu suallara fəlsəfi yöndən cavab verməzdən əvvəl Quranın özündən cavablayaq:
"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı Günə saxlayır." (İbrahim surəsi, 42)
İslam fəlsəfəsi və teologiyasında, yəni kəlam elmində bu məsələ "şər problemi" (teodisiya) və Allahın ədaləti çərçivəsində geniş şəkildə izah olunur. İslam düşüncəsinə görə, Allahın zülm edən bir qövmə dərhal bəla göndərməməsinin və ya hadisələrin bu şəkildə baş verməsinin arxasında bir neçə fundamental fəlsəfi və dini hikmət dayanır. Öncə imtahan dünyası və iradə azadlığını nəzərə almaq lazımdır. Mütləq sərbəstlik burada əsas səbəbdir. İslam fəlsəfəsinə görə, dünya bir imtahan meydanıdır. İmtahanın dürüst və real olması üçün Allah insanlara xeyir və şər arasında seçim etmək üçün iradə azadlığı, ixtiyar verib. Prosedura ilahi müdaxilənin olmaması bununla bağlıdır. Əgər Allah hər bir zalım hərəkətə dərhal göydən bir bəla ilə müdaxilə etsəydi, insanın iradə azadlığı və imtahanın mənası ortadan qalxardı. Çünki cəzanın dərhal gələcəyini bilən heç kim pislik etməzdi və insan məcburi olaraq yaxşı olardı. Bu barədə Quranda, Kəhf surəsi, 58-ci ayədə deyilir: "Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər." Həmçinin Nəhl surəsi, 61-ci ayədə buyurulur: "Əgər Allah insanları etdikləri zülmə görə dərhal cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən bir vaxta qədər möhlət verir..."
Allah zalımlara dərhal cəza vermir, onlara tövbə etmək və ya günahlarını tamamlamaq üçün müəyyən bir vaxt, möhlət tanıyır. Zalımların dünyada uğur qazanması və cəzalandırılmaması onların doğru yolda olması demək deyil. Bu, onların günahlarının dərəcəsini artırmaq üçün verilən bir fürsətdir və axirətdəki cəzanı daha da ağırlaşdırır.
Körpələrin və məsumların statusuna dair Axirət konsepsiyasına, İslam fəlsəfəsinə görə, bu dünyadakı həyat sonsuz həyatın yanında çox qısa və müvəqqəti bir mərhələdir. Dünyada zülmə məruz qalan, öldürülən günahsız körpələr və məsum insanlar birbaşa Cənnət əhli sayılırlar.
Mütləq ədalətin təzahürü məsələsində isə Allahın ədaləti yalnız bu dünya ilə məhdudlaşmır. Axirətdə zalım etdiyi hər bir zülmə görə ən ağır şəkildə cəzalandırılacaq, məsum körpələrə və məzlumlara isə çəkdikləri acıların əvəzi olaraq sonsuz bir xoşbəxtlik və mükafat veriləcəkdir. Fəlsəfi baxımdan bu, müvəqqəti acının sonsuz xeyirlə kompensasiya edilməsidir.
İnsan ağlının məhdudluğu da bu kimi mövzuların tam dərkinə mane olur. Hikmət prinsipi barədə Quranda hətta nümunələr də çəkilir. Vəziyyətlə bağlı bütöv mənzərəni, pərdə arxasını tam görə bilməmək zahirən dünyanın idarəetməsini bəzən nizamsız, ədalətsiz göstərə bilir. İslam filosoflarına məsələn, İbn Sina, Qəzzaliyə görə, insan ağlı hadisələrin yalnız görünən və qısamüddətli tərəfini, zahirini görür. Allahın elmi isə əzəli və əbədidir, hadisələrin daxili hikmətini, batinini bilir. Qurandakı "Musa və Xızır" qissəsi (Kəhf surəsi) buna ən bariz nümunədir; orada zahirən şər və zülm kimi görünən hadisələrin arxasında böyük xeyirlərin və ilahi planın dayandığı göstərilir.
Xeyir və şər fərqli rakurslardan fərqli mahiyyət daşıya bilir. Yağış ot biçənlər üçün şər sayılsa da toxum səpənlər üçün xeyir sayıla bilər. Bir hadisə, bir proses bir tərəf üçün xeyir, digər tərəf üçün şər kimi, yaxud əksinə görünə bilər. Ümumiyyətlə şər, xeyirin yoxluğu kimi də izah olunur...
Bu məsələdə ümumi qanunauyğunluqların, Quran təbiri ilə desək Sünnətullahın əsas rolu var. Səbəb-nəticə əlaqəsi bu prosesin tərkib hussəsidir. Maddi dünyada fiziki və sosial qanunlar var. Məsələn, bir yerdə zəlzələ olanda və ya bir qövm müharibə başladanda, bu hadisə həm zalıma, həm də günahsıza təsir edir. Allah bu dünyadakı səbəb-nəticə zəncirinə hər an möcüzəvi şəkildə müdaxilə etmir. İstisna hallarda, bəzən ümumi kainat və dünya nizamını pozmayacaq həddə müdaxilə edir.
Günahsızların statusu və Axirət ədaləti İslamın ədalət prinsipləri çərçivəsində şəhidlik və mükafat məsələsi ilə izah olunur. İslam fəlsəfəsinə görə, bu dünya fani, Axirət isə əbədidir. Zalımların zülmü ucbatından dünyada əzab çəkən günahsız insanların bu əzabları onların günahlarının silinməsinə, mənəvi dərəcələrinin qalxmasına və Axirətdə böyük mükafatlar, məsələn, şəhidlik savabı almalarına vəsilə olur.
Ədalət məsələsi də bu danyada nisbidir. Fərqli rakurslardan ədalət fərqli qiymətləndirilir. Çünki hikmət adlanan alt qatdakı əsas mahiyyət və məqsəd bizə qaranlıqdır. Bir yerdə ədalətin bərpası digəri üçün zülmün başlanğıcı kimi qəbul oluna bilir. Xızır Peyğəmbərin günahsız uşağı öldürməsi zahirən, dünya meyarlarına, hətta hazırki İslam hüququna görə böyük günah, cinayət və ədalətsizlik idi. Lakin hadisələrin batini, gizli tərəfi izah olunduqda hikmət prinsipləri baxımından Peyğəmbər haqlı çıxır. Odur ki, İslam inancına görə, əsl ədalət tərəzisi bu dünyada deyil, Axirətdə qurulur. Zalım cəzasını, məzlum isə haqqını orada tam şəkildə alacaq. Çünki pərdələr orada qalxacaq. Necə ki, İmam Əli buyurur: "İnsanlar yatırlar, yalnız öləndə ayılacaqlar."
Tural İrfan
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xaricdə təhsil alanlar üçün vacib imtahan – TARİX AÇIQLANDI
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.Peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2026-cı il tarixində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər...
02 Sentyabr 2026, 09:25
Bakıda bəzi ərazilər qazsız qalacaq – SAAT AÇIQLANDI
Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və "Stansiya Qala" yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
02 Sentyabr 2026, 08:45
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılır – TARİXLƏR
Təmir işləri ilə əlaqədar bu gün Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Qeyd ounub ki, təmir işləri ilə əlaqədar olaraq aşağıdakı küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq:- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan;- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan;- Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan.Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət...
02 Sentyabr 2026, 08:25
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. 8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;5. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur....
02 Sentyabr 2026, 08:20
Gədəbəydə 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib
Baş Prokurorluq 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstünün açılması barədə məlumat yayıb.Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.Cinayət əməlini...
01 Sentyabr 2026, 15:59
ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstana işgüzar səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı Azərbaycanın çoxtərəfli diplomatiyada fəal mövqeyini bir daha nümayiş etdirib. Xəbər verdiyimiz kimi, dövlət başçısı səfər çərçivəsində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak edib və bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib. Bişkekdə baş tutan təmaslarda Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin Ermənistan, Qazaxıstan, İran və Türkiyə liderləri ilə görüşləri də səfərin ikitərəfli gündəminin genişliyini göstərib. Səfər çərçivəsində ŞƏT platformasının yaratdığı çoxtərəfli imkanlar Azərbaycanın regional təhlükəsizlik, nəqliyyat-logistika və iqtisadi əməkdaşlıq məsələlərində mövqeyini təqdim etməsi baxımından...
01 Sentyabr 2026, 15:19