İlahiyyatçı: “Şəriət adı ilə özbaşınalıq haramdır”
Cəmiyyət 03 Sentyabr 2026, 10:00
315
İslam hüququna (şəriətə) görə məhkəmə və ya dövlət rəsmi orqanlarının qərarı olmadan, özbaşına şəkildə bir ateisti və ya hər hansı başqa bir şəxsi döymək yaxud cəzalandırmaq qəti şəkildə haramdır və böyük günah hesab olunur. İslam fiqhində bu məsələ ilə bağlı əsas qaydalar var. Özbaşınalıq qadağandır. İslamda cəza vermək, mühakimə etmək və qanunları tətbiq etmək səlahiyyəti fərdlərə deyil, yalnız qanuni dövlət rəhbərliyinə və məhkəmə orqanlarına məxsusdur. Hər hansı bir şəxsin özbaşına şəkildə "şəriəti tətbiq edirəm" və ya "dini qoruyuram" bəhanəsi ilə cəza icra etməsi İslam hüququna görə xaos, fitnə və anarxiya yaratmaq cəhdi ilə yanaşı mövcud dövlət sisteminin qanunlarına və quruluşuna qarşı çıxmaqdır. Şəriətdə anarxiya törətmək isə ən ağır fəsadlardan biridir. Hətta İslam dövlətində bir şəxsin dindən çıxması, mürtəd olması və ya inkarı ilə bağlı şəri bir hökm tətbiq olunmalı olsa belə, bu mütləq şəkildə rəsmi məhkəmə araşdırmasından, şahidlərin dinlənilməsindən və müttəhimə özünü müdafiə etmək, tövbə etmək şansı verilməsindən sonra, yalnız hakim tərəfindən icra edilə bilər. Fərdlərin küçədə özbaşına hökm çıxarıb kimisə cəzalandırmaq hüququ yoxdur. Əgər bu baş verirsə, icraçılar və dəstəkçilər dövlət çevrilişinə cəhd etmiş, mövcud dövlət qanunlarını tapdalanmış sayılır. Əgər bir müsəlman məhkəməsiz və səlahiyyəti olmadan bir ateisti döyərsə, İslam hüququna görə cinayət törətmiş sayılır. Həmin şəxsin özünə qarşı qisas və ya diyyə, yəni təzminat davası açılmalıdır. Döydüyü şəxsə vurduğu bədəni xəsarətlərə görə (göyərmə, qanama, sümük sınması və s.) şəriətə uyğun olaraq maddi təzminat (diyyə) ödəməli və ya dövlət tərəfindən cəzalandırılmalıdır. Dövlət hakimiyyəti cəmiyyətdə intizamsızlıq və özbaşınalıq etdiyinə görə həmin müsəlmanı həbs və ya digər müxtəlif cəzalara məhkum edə bilər. İslam alimlərinin yekdil rəyinə (buna icma deyilir) görə, fərdlərin dövlət və məhkəmə funksiyalarını öz üzərinə götürməsi yolverilməzdir və bu növ hərəkətlər İslamın ədalət və asayiş prinsiplərinə tamamilə ziddir.
Əgər Azərbaycanda hansısa dini toplum və ya şəxslər məzhəb və ya din şəriətinə əsaslanaraq, müvafiq dövlət qurumlarına, məhkəmələrinə müraciət etməyi məqbul saymayaraq qanunazidd, hüquqazidd əməllər törədərsə bu, həm dini cəhətdən haram və cinayətdir həm də dövlətə qarşı çıxmaqdır.
Tural İrfan
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ermənistana Azərbaycandan 989 ton dizel göndərildi
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub....
03 Sentyabr 2026, 12:02
Ukrayna və Azərbaycan aqrar əməkdaşlığı genişləndirir
Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında, Azərbaycan investisiyalarının Ukrayna aqrosektoruna cəlb edilməsində və yeni ticarət imkanlarının inkişaf etdirilməsində maraqlıdır."Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna aqrar siyasət və ərzaq naziri Taras Vısotski ilə Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev arasında keçirilən görüş zamanı bildirilib.Qeyd olunub ki, tərəflər ikitərəfli ticarət həcmlərinin müharibədən əvvəlki səviyyəyə - ildə təxminən 1 mlrd. dollara qaytarılmasının zəruriliyini müzakirə ediblər. Azərbaycan tərəfi bu məqsədə nail olunmasında aqrar sektorun əsas rollardan birini oynaya biləcəyini vurğulayıb.Həmçinin Azərbaycan nümayəndələri Ukrayna aqrar məhsullarının təkcə birbaşa Azərbaycan bazarına deyil, həm də daha sonra Mərkəzi...
03 Sentyabr 2026, 12:00
Ceyhun Bayramovla Litva xarici işlər naziri arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.Nazirlər...
03 Sentyabr 2026, 11:39
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında 3 Azərbaycan vətəndaşı da var.Citypost.az "Report" a istinadən xəbər verir ki, həmin şəxlər Xaçmaz rayonun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir.Valeh Hümbətovun anası Yeganə Hümbətova "Report"a açıqlamasında bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib:Valeh Hümbətov"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfədir ki, Türkiyədə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi...
03 Sentyabr 2026, 11:37
Tural İrfan GİLEYLƏNDİ: “Yaşamırıq, yalnız problem həll etməklə məşğuluq”
İlahiyyatçı, yazar və MCP sədrinin müavini Tural İrfan ölkədə sosial vəziyyətin ağırlığı ilə bağlı fikirlərini bölüşüb.Tural İrfan sosial şəbəkə hesabında yazdığı paylaşımda kommunal ödənişlərlə bağlı yaşadığı çətinliklərdən söz açıb. O, ötən aydan borcunun qaldığını və işığının kəsilməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib.İlahiyyatçı qeyd edib ki, bir neçə gün əvvəl su nəzarətçisi də ödənişin vaxtında edilməsini tələb edib və suyun kəsilə biləcəyini deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq qonşuların yanında səsləndirilib.Tural İrfan qarşıdan gələn qışla bağlı da narahatlığını ifadə edib.“Hələ qarşıdan qış gəlir. Görək qaza pul çatdıra biləcəyikmi... Kənddə yaşasaydıq, yenə kərmədən, təzəkdən tapıb yandırmaq olardı. Şəhərdə quru asfaltın üstündə nə...
03 Sentyabr 2026, 11:33
Ədalət Verdiyev Ermənistan ordusunu belə tənqid etdi
Hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun hərbi mərasimlərindən birini tənqid edib.Citypost.az Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistan ordusunda silahla hərbi salam verilməsi görüntülərinə münasibət bildirib.“Dünyada silahla hərbi salam verən bir ordu var. O da Ermənistan ordusudur. Müdafiəsiz nazir də elə ciddi dayanıb ki, sanki nizamnamənin tələbləri belə imiş”, – deyə hərbi ekspert yazıb.Ədalət Verdiyev paylaşımında Ermənistan ordusunu sərt ifadələrlə tənqid edərək, “Beyin gizlənməsi buna deyirlər. Ordu deyil, vallah, multfilmdir” sözlərini qeyd edib.Turan...
03 Sentyabr 2026, 10:56