Bizə yazın

Baku

-°C

USD

-

“Lux Residence" vergidən bu yolla yayınır? — Keçmiş əməkdaşından şok ittiham 

Cəmiyyət 08 Sentyabr 2026, 11:13

342

Qubadlı rayonunun Mahruzlu kənd sakini Əliyev Baxşəli Əli oğlu Baş Prokuror  Kamran Əliyevə müraciət edib. 

CityPost.az  xəbər verir  ki,şikayətçi Baxşəli Əliyev "Unikal"a açıqlamasında bildirib ki, çalışdığı  “Lux Residence"  tikinti şirkəti onu qanunsuz olaraq işdən çıxarıb:

"Bildirirəm ki,  “Qarabağ Müharibə” veteranı, II qrup əliləm. Səhhətim işləməyə hələ ki, imkan verir. Aldığım pensiya müalicə xərclərimi ödəmədiyindən sağlamlığımın imkan verdiyi qədər işləmək qərarına gəlib  “Lux Residence" tikinti şirkətində sınaq müddəti ilə işə binaya komendant işinə qəbul olunmuşdum. Bir neçə gün işlədikdən sonra burada çalışan satış üzrə menecer Gültəkin Məmmədzadə əməkhaqqının qeyri-qanuni olaraq vergidən yayınmaqla ödənilməsini mənə bildirdi. Dedi ki, işçilərə əməkhaqqı iki formada verilir. Birinci minimum əməkhaqqı məbləğində kartla, qalan hissə isə nağd şəkildə ödənilir ki, bu da onların gələcəkdə pensiya hüquqlarını kobud şəkildə pozmaqla yanaşı vergidən yayınma halları ilə nəticələnir.

Gültəkin Məmmədzadənin dedikləri fikirlərin doğru olduğunu bilmək üçün digər işçilər arasında sorğu apardım və onun dediklərinin doğru olduğu bəlli oldu. Mənim bu sorğunu aparmağımı rəhbərliyə məlumat veriblər və rəhbərlik də məni heç bir əsas olmadan işdən kənarlaşdırıb. Beləliklə məlum oldu ki, bu şirkətdə vergidən yayınma halları baş alıb gedir və bu hal kimlər tərəfindənsə gizlədilərək dövlətə külli miqdarda ziyan vurulur. Bu şirkətdə açıq-aşkar AR CM-nin 213 maddəsinin tərkib hissəsi var və bu işlərə aidiyyatı orqanların müdaxiləsinə ehtiyac duyulur. Bundan əlavə digər qanunsuzluqlar baş alıb gedir və bu şirkət rəhbərliyi, burada çalışan ailə üzvləri və şirkəti himayə edənlər tərəfindən gizlədilir. Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasına vəsait toplanması vacib olduğu halda bu şirkətdə büdcəyə ödəmələrdən yayınma hallarını gizlətmək ən azından dövlətə xəyanətdir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Muxtar Babayev: "Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır" 

Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır."Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.Onun sözlərinə görə, kənd təsərrüfatı üçün bəlkə də ən böyük çağırış qeyri-müəyyənlikdir: "Bu, nə vaxt əkin aparacağımıza, nə qədər suyun əlçatan olacağına, hansı məhsulların yetişdirilə biləcəyinə və fermerlərin arxayınlıqla planlaşdırma aparıb investisiya qoyub-qoya bilməyəcəyinə təsir edir. Su bu çağırışın mərkəzində dayanır. Kənd təsərrüfatı yalnız kifayət qədər suyun olmasından deyil, həm də həmin suyun ehtiyac duyulduğu anda əlçatan olmasından asılıdır. Su sistemlərinin sərhədləri aşdığı və ölkələri birləşdirdiyi regionumuzda suya davamlılığın yaradılması...

08 Sentyabr 2026, 11:15

Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir 

Azərbaycan iqlim riskləri ilə üzləşir.Citypost.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.Nazir müavini qeyd edib ki, Azərbaycanda iqlim riskləri ilə bağlı hallar müşahidə edilir:"Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artıb və sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib".Onun sözlərinə görə, Avropada şiddətli istilər, Nepalda dağıdıcı sellər, dünyanın bir çox ölkəsində iqlim prosesləri göstərir ki, bu mövzuya həssas yanaşmaq...

08 Sentyabr 2026, 10:51

Evdə özüm üçün belə bir dünya modeli icad etmişəm — Aqşin Yenisey yazır

Ağsaqqallığı cəmiyyətə filosofluq kimi sırıyan fəlsəfə doktorlarımızdan və ağsaqqallığı filosofluq kimi anlayan cəmiyyətimizdən deyil, özlərinin fəlsəfi sistemlərini yaratmış filosoflardan ilham alaraq evdə özüm üçün belə bir dünya modeli icad etmişəm. 1. Özü-özünü yaradan dünya. Səma, okeanlar, meşələr, əhliləşdirilməmiş heyvan və bitki aləmi bu dünyanı təmsil edir.2. Tanrının yaratdığı dünya. Bu dünya antik çağı və Orta əsrləri əhatə edən bir dünyadır.3. İnsanın yaratdığı dünya. Bu dünyaya renessansdan sonrakı  Avropa, Amerika və uzaq Şərq ölkələri aiddir.4. Texnologiyaların yaradacağı dünya. Bu, insanın yaratdığı dünyadan doğulmaq üzrə olan gələcəyin dünyasıdır. Bu dörd dünya bir-biriylə müqayisə olunmayacaq dərəcədə fərqlidir. Özü-özünü yaradan dünya tanrının yaratdığı dünya ilə müqayisədə...

08 Sentyabr 2026, 10:48

Qulu Məhərrəmli: Kaş Bakıda Əziz Səncərin elmi-tədqiqat laboratoriyası açılaydı

Professor Qulu Məhərrəmli Nobel mükafatı laureatı, tanınmış alim Əziz Səncərin Azərbaycan elmi mühiti ilə əlaqələrinin əhəmiyyətindən danışıb.Citypost.az xəbər verir ki, Q. Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Professor qeyd edib ki, Əziz Səncərin Azərbaycan elmi mühiti ilə təmasları, tələbələrlə, gənc alim və tədqiqatçılarla görüşləri, onlara verdiyi tövsiyələr elmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.“Dünən Ə. Səncərin ‘Şöhrət’ ordeni ilə təltif olunmasına çox sevindim. Və arzuladım ki, kaş Bakıda onun bir elmi-tədqiqat laboratoriyası da açılaydı…” – deyə Qulu Məhərrəmli bildirib.Professor vurğulayıb ki, Azərbaycanın yeni nəsil böyük alimlər yetişdirməsinə ehtiyac var.“Dünya elm dünyasıdır, Azərbaycan elminin yeni Məmmədəliyevlər, Topçubaşovlar, Qarayevlər, Mirzəcanzadələr yetişdirməsinə...

08 Sentyabr 2026, 10:38

Ankaradan İrəvana gedən siyasi yol Bakıdan keçir — Zahid Orucun Şərhi 

3 sentyabr 2026-cı il tarixində İrəvanda keçirilən erməni-türk iş adamlarının biznes forumu, Margara–Alican sərhəd məntəqəsində aparılan intensiv hazırlıq işləri, Kars–Gümrü dəmir yolunun yenidən gündəmə gətirilməsi və Türkiyə–Ermənistan arasında ticarət-sənaye palataları arasındakı razılaşmalar Qafqazda Açılımın Azərbaycanla sinxron idarə olunan birgə yol xəritəsidir.Türkiyə ilə Ermənistan arasında otuz ildən artıq bağlı qalan sərhəd 1990-cı illərin ağır mirası – Kəlbəcər rayonunun işğalından sonra qapanan coğrafiyanın mənzərəsidir. Lakin Vətən müharibəsində parlaq Qələbə ilə hələ 10 noyabrda – müharibənin rəsmi yekun sənədi imzalananda regional kommunikasiyaların açılması üçün hüquqi şərtlər müəyyənləşdirildi.Ankara Ermənistanın müstəqilliyini 16 dekabr 1991-ci ildə tanımışdı, lakin Qarabağ müharibəsinin genişlənməsi Cənubi Qafqazın ənənəvi iqtisadi-ticarət xəritəsinə...

08 Sentyabr 2026, 10:21

Etibar Əliyev: Əziz Səncərin “Şöhrət” ordeni ilə təltifi Türk dünyasına töhfədir  

Sabiq deputat Etibar Əliyev Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasını yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Etibar Əliyev qeyd edib ki, dövlət başçısının Əziz Səncəri ali dövlət təltiflərindən biri ilə mükafatlandırması Türk dünyasına verilən böyük töhfədir.Sabiq deputat 2021-ci il dekabrın 2-də Prezident İlham Əliyevin Əziz Səncərlə görüşünü də xatırladıb. Onun sözlərinə görə, həmin görüş zamanı Nobel laureatı Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib və bu Qələbənin bütün Türk dünyasında qürur hissi doğurduğunu bildirib.Etibar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev Əziz...

08 Sentyabr 2026, 10:19