Ermənistanda sement qıtlığı yaranıb: tikinti şirkətləri çətinlik çəkir
Dünya 08 Sentyabr 2026, 10:59
170
Ermənistanda sement bazarında ciddi çatışmazlıq problemi yaranıb.
Citypost.az “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, bir sıra tikinti şirkətləri son vaxtlar lazımi miqdarda sement əldə etməkdə çətinlik çəkirlər.
Məlumata görə, bəzi şirkətlər tikinti işlərini dayandırmamaq üçün sementi müxtəlif satış məntəqələrindən kiçik partiyalarla toplamağa məcbur olur. Bəzi hallarda isə məhsul əvvəlcədən razılaşma və ya kredit əsasında alınır.
Qəzet çatışmazlığın dəqiq səbəblərinin hələlik rəsmi şəkildə açıqlanmadığını bildirir. Problemin Ermənistanın iki böyük sement istehsalçısı – “Ararat Sement” və “Hrazdan Cement” ətrafında baş verən dəyişikliklər fonunda yaranması diqqət çəkir.
Bildirilir ki, “Ararat Sement”lə bağlı hüquqi və siyasi proseslər davam edir, “Hrazdan Cement” isə uzun müddət fəaliyyət göstərmədikdən sonra yeni sahibə keçib və istehsalını bərpa etməyə hazırlaşır. Bununla yanaşı, sement idxalına tətbiq edilən məhdudiyyətlər və xarici bazarlardakı mümkün təchizat riskləri də vəziyyəti çətinləşdirir.
Həmçinin oxuyun
Rəsmi statistikaya əsasən, Ermənistanda sement istehsalı 2025-ci ildə təxminən 10 faiz, 2026-cı ilin ilk dörd ayında isə daha 4 faiz azalıb.
Qəzet qeyd edir ki, sement çatışmazlığı davam edərsə, tikinti müddətlərinin uzanması və xərclərin artması ilə yanaşı, mənzil tikintisi və daşınmaz əmlak bazarına da təsir göstərə bilər.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Monqolustanda yanacaq böhranı: sürücülər saatlarla növbə gözləyir
Monqolustanda Rusiyadan yanacaq asılılığı ölkədə ciddi benzin və dizel çatışmazlığına səbəb olub. Yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə növbələr yaranır, bəzi sürücülər yanacaq almaq üçün saatlarla gözləməli olurlar.Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki, ölkə benzininin 95 faizindən çoxunu Rusiyadan idxal edir. Lakin Ukraynanın son aylarda Rusiyanın neft obyektlərinə hücumları tədarük zəncirinə təsir göstərib və Monqolustanda yanacaq böhranını daha da dərinləşdirib.Hökumət yanacaq alışına gündəlik məhdudiyyətlər tətbiq edib, ehtiyat yığılmasının qarşısını almaq üçün tədbirlər görüb və bəzi ərazilərdə növbəli nömrə nişanı sistemi tətbiq edib.Yanacaq çatışmazlığı nəqliyyat və logistika sektoruna da ciddi təsir göstərir. Xüsusilə kənd təsərrüfatı, turizm və çoban təsərrüfatları üçün problem yaranıb. Dizel...
08 Sentyabr 2026, 10:57
Avstraliya sosial media şirkətlərini yüksək cərimələrlə hədələyir
Avstraliya hökuməti sosial media platformalarını gənc istifadəçiləri zərərli məzmundan qorumağa məcbur edən yeni qanun layihələri hazırlayıb. Qaydaları pozan böyük texnologiya şirkətləri 109 milyon Avstraliya dollarınadək, yəni təxminən 78 milyon ABŞ dolları məbləğində cərimə ilə üzləşə bilərlər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazir Entoni Albanesenin təqdim etdiyi qanun layihəsinə əsasən, “Facebook”, “TikTok” və “Instagram” kimi platformaların sahibi olan şirkətlər 18 yaşdan kiçik istifadəçilərin pornoqrafiya, onlayn zorakılıq, cinayətkarlığı təbliğ edən və qidalanma pozğunluqlarını təşviq edən məzmundan qorunmasına görə “qayğı vəzifəsi” daşıyacaqlar.Yeni qanunvericilik platformalardan istifadəçilərə sosial media lentlərində hansı məzmunun göstərildiyini müəyyən edən alqoritmlərdən imtina etmək imkanı verməyi də tələb edir....
08 Sentyabr 2026, 10:53
Hunter Biden qalmaqallı noutbukunun adına memecoin buraxır
ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Biden 2020-ci ildə siyasi qalmaqalın mərkəzində olan məşhur noutbukunun adını daşıyan yeni memecoin buraxmağa hazırlaşır.Citypost.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb. Məlumata görə, “LAPTOP” adlandırılacaq tokenin sentyabrın 9-dan satışa çıxarılması planlaşdırılır.Bildirilir ki, memecoinlərin 20 faizi Donald Trampla əlaqəli “TRUMP” memecoinindən zərər çəkən şəxslərə veriləcək. Daha 30 faizlik hissə isə Hunter Biden də daxil olmaqla layihənin təsisçilərinə məxsus olacaq və onlar bu tokenləri ilk altı ay ərzində sata bilməyəcəklər.Layihənin qaydalarına əsasən, müəyyən edilmiş 30 hadisədən hər hansı biri baş verərsə, buraxılmış tokenlərin daha 30...
08 Sentyabr 2026, 10:50
Fransada La-Manş faciəsi ilə bağlı 14 nəfər məhkəmə qarşısına çıxarılır
Fransada 2021-ci ildə La-Manş boğazında baş verən və 31 miqrantın ölümü ilə nəticələnən ən ağır qayıq faciələrindən biri ilə bağlı 14 nəfər məhkəmə qarşısına çıxarılacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslər əsasən İraq kürdləri olan miqrantların Britaniyaya keçidini təşkil edən insan qaçaqmalçılığı şəbəkələri ilə əlaqədə olmaqda ittiham olunurlar. Onlardan ikisi, o cümlədən bir Əfqanıstan vətəndaşı barəsində həbs qərarı verilib və onlar qiyabi mühakimə olunacaqlar.Hadisə 24 noyabr 2021-ci ildə baş verib. Açıq dənizdə miqrantları daşıyan kiçik və keyfiyyətsiz şişmə qayıq batıb. Faciə nəticəsində aralarında 7 yaşlı uşağın da olduğu 31 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb....
08 Sentyabr 2026, 10:45
İranda benzinin qiyməti iki dəfə artırılıb
İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə artıraraq 1 litr üçün 50 min rialdan 100 min riala çatdırıb."Report" xəbər verir ki, bu barədə sentyabrın 8-də dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.Bununla yanaşı, ilk iki kateqoriya üzrə qiymətlər dəyişməyib və müvafiq olaraq 1 litr üçün 15 min və 30 min rial olaraq qalıb.Qiymət artımı yanacaq kartındakı bütün limitlər başa çatdıqdan sonra tətbiq olunan üçüncü tarif qrupuna şamil edilir. Əvvəllər bu tarif üzrə benzinin 1 litri 50 min riala satılırdı....
08 Sentyabr 2026, 09:13
Almanların 88 faizi Merts hökumətinin fəaliyyətindən narazıdır
Almaniya sakinlərinin təxminən 90 faizi kansler Fridrix Merzin rəhbərlik etdiyi federal hökumətin fəaliyyətindən narazıdır.Citypost.az xəbər verir ki, bu barədə “Infratest dimap” tədqiqat institutunun ARD telekanalı üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.Sorğuya əsasən, respondentlərin 88 faizi federal hökumətin fəaliyyətindən müəyyən dərəcədə və ya tamamilə narazı olduğunu bildirib. Nazirlər Kabinetinin fəaliyyətindən razı qalanların göstəricisi isə cəmi 10 faiz təşkil edib.Narazılıq daha çox kansler Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqına (XDİ) yönəlib. Respondentlərin 63 faizi XDİ-nin fəaliyyətindən narazı olduğunu bildirib. Sosial Demokrat Partiyası (SDP) üzrə bu göstərici 22 faiz, Xristian Sosial İttifaqı (XSİ) üzrə isə 7 faiz təşkil edib.Sorğuda iştirak edənlərin...
08 Sentyabr 2026, 08:50