Bizə yazın

Baku

-°C

USD

-

Şəmil Sadiq: “Sinqapur sindromu” PISA eyforiyasına aparmamalıdır

Cəmiyyət 11 Sentyabr 2026, 08:58

138

PISA-da “Sinqapur sindromu”

PISA nəticələrinə baxanda artıq neçə illərdir,  eyni mənzərə ilə qarşılaşırıq: Sinqapur yenə zirvədədir. İlk üçlükdə, ilk beşlikdə və çox zaman birinci yerdə… Bəli PUSA 2025-də də Sinqapur birincidir. 

Mənə görə, Sinqapurun bu nəticəsini sadəcə “dünyanın ən yaxşı təhsil sistemi” ifadəsi ilə izah etmək məsələyə çox sadə yanaşmaqdır. Burada diqqətdən qaçırdığımız ən azı iki ciddi amil var.

Birinci amil: Sinqapur PISA-nı sadəcə ölçmə vasitəsi kimi görmür. Sinqapurda təhsil sistemini araşdırdığım, məktəblərdə olduğum və mütəxəssislərlə söhbət etdiyim zaman aldığım rəylərdən biri xüsusilə diqqətimi çəkmişdi: “Biz PISA formatlı sualları birbaşa təhsilə gətirmişik. Təhsil sistemimiz PISA yönümlüdür. Nə olur-olsun, nəticə verməliyik.”

Hətta bu istiqamətdə ayrıca hazırlıq və repetitorluq fəaliyyəti də formalaşıb. Sanki ölkə özünü beynəlxalq təhsil yarışında hiss edir və bu yarışın qaydalarını çox yaxşı öyrənib. Bu, mənim üçün çox vacib məqamdır. Çünki PISA əvvəlcə təhsil sisteminin nəticəsini ölçmək üçün yaradılmış bir vasitədir. Amma əgər zaman keçdikcə təhsil sistemi özünü həmin ölçmə vasitəsinin məntiqinə uyğunlaşdırırsa, burada maraqlı bir paradoks yaranır: PISA artıq təhsili ölçür, yoxsa təhsil PISA-da yüksək nəticə göstərmək üçün formalaşır?

Elə buna görə də, Mən buna şərti olaraq “Sinqapur sindromu” deyərdim. Amma Sinqapurun yüksək nəticələrini izah edə biləcək ikinci və daha az müzakirə olunan bir amil də var: Sinqapurun demoqrafik və sosial-iqtisadi quruluşu

2025-ci ilin rəsmi statistikasına görə Sinqapurun ümumi əhalisi 6,11 milyon nəfərdir. Bunun 3,66 milyonu Sinqapur vətəndaşı, 540 mini daimi rezident, 1,91 milyonu isə qeyri-rezident əcnəbidir.

Başqa sözlə, ölkə əhalisinin təxminən 31%-i qeyri-rezident əcnəbilərdən ibarətdir. 

Amma PISA baxımından daha maraqlı fakt ümumi əhali statistikası deyil. OECD-nin PISA məlumatları məsələnin birbaşa şagirdlər arasında da özünü göstərdiyini sübut edir.

PISA 2022-də Sinqapurda qiymətləndirilən 15 yaşlı şagirdlərin 28,6%-i miqrant mənşəli olub. Müqayisə üçün deyim ki, 2012-ci ildə bu göstərici 18% idi. Yəni cəmi on il ərzində PISA iştirakçıları arasında miqrant mənşəli şagirdlərin payı ciddi şəkildə artıb. Sinqapur bu göstəriciyə görə PISA-da iştirak edən 80 ölkə və iqtisadiyyat arasında ilk onluqdadır. Amma bundan da maraqlısı həmin uşaqların sosial-iqtisadi profilidir.

OECD bildirir ki, Sinqapurda miqrant mənşəli şagirdlər yerli şagirdlərlə müqayisədə daha əlverişli sosial-iqtisadi mövqeyə malikdirlər. Ümumi şagirdlərin 25%-i sosial-iqtisadi baxımdan əlverişsiz qrupa daxil olduğu halda, miqrant mənşəli şagirdlər arasında bu göstərici cəmi 15%-dir.  Və indi ən maraqlı rəqəmlərə baxaq. Riyaziyyatda miqrant mənşəli şagirdlər yerli şagirdlərdən orta hesabla 30 PISA balı yüksək nəticə göstəriblər.

Hətta sosial-iqtisadi üstünlüklər statistik olaraq nəzərə alındıqdan sonra belə miqrant şagirdlərin 15 ballıq üstünlüyü qalır. 

Oxu savadlılığında da oxşar mənzərə var.

Miqrant mənşəli şagirdlər oxuda yerli şagirdlərdən orta hesabla 12 bal yüksək nəticə göstəriblər. Doğrudur, sosial-iqtisadi vəziyyət nəzərə alındıqdan sonra oxudakı bu fərq statistik əhəmiyyətini itirir. Bu isə əslində başqa mühüm məqamı göstərir: yüksək nəticənin müəyyən hissəsi məhz həmin ailələrin sosial-iqtisadi imkanları ilə əlaqəlidir.

Üstəlik, məsələ yalnız miqrantlarla da bitmir. OECD məlumatına görə, Sinqapurda PISA iştirakçısı olan şagirdlərin 50%-i beynəlxalq sosial-iqtisadi şkalanın ən üstün 20%-lik qrupuna daxildir. Yəni Sinqapurun PISA iştirakçılarının yarısı dünyadakı PISA şagirdləri arasında sosial-iqtisadi baxımdan ən üstün beşdəbirlik təbəqədədir. 

Bu, məncə, Sinqapurun nəticələrini qiymətləndirərkən üzərindən keçilə biləcək kiçik detal deyil. Deməli, qarşımızda eyni zamanda bir neçə üstünlük var: PISA məntiqinə illərlə uyğunlaşdırılmış təhsil sistemi + yüksək sosial-iqtisadi göstəricilərə malik şagird kontingenti + böyük və sosial-iqtisadi baxımdan üstün miqrant şagird qrupu.

Bütün bunlardan sonra Sinqapurun nəticələrini Azərbaycan kimi tamamilə başqa demoqrafik, sosial və iqtisadi quruluşa malik ölkə ilə yalnız bir rəqəm və bir sıra üzərindən müqayisə etmək nə qədər doğrudur?

Mən Sinqapurun uğurunu kiçiltmirəm. Əksinə, orada qurulan sistemin intizamı, məqsədyönlülüyü və nəticəyönümlülüyü öyrənilməlidir.

Amma PISA cədvəlinə baxıb sadəcə “Sinqapur birincidir, deməli onun təhsil sistemi ən yaxşıdır” demək elmi təhlil deyil. Çünki PISA balının arxasında təkcə məktəb dayanmır.

Ailə dayanır. Sosial-iqtisadi vəziyyət dayanır. Miqrasiya siyasəti dayanır. Ölkənin insan kapitalı dayanır. Təhsil mədəniyyəti dayanır. Və nəhayət, həmin ölkənin PISA-nın özünə necə hazırlaşdığı dayanır.

Ona görə də məncə, PISA nəticələrini müzakirə edərkən əsas sualımız yalnız: “Kim neçə bal topladı?”olmamalıdır. Əsas sual budur:

“Kim, hansı şərtlər altında və hansı şagird kontingenti ilə bu balı topladı?”

Sinqapur nümunəsi bizə məhz bunu göstərir. Və bəlkə də “PISA-da Sinqapur sindromu” dediyimiz məsələ elə budur: bir qiymətləndirmə sistemi uzun müddət ölkələrin təhsilini ölçür, sonra isə bəzi təhsil sistemləri həmin qiymətləndirmədə uğur qazanmağın özünü öyrənir.

Mən isə bu duruma düşməkdın qorxuram. Çünki Sinqapur kimi PİSA eyforiyasına qapılmaq yanlışdlr, hər təbii yolla inkişaf etdirilməli və xıtalar aradan qaldırılmalıdır. Birdən məqsədimiz PİSA da yaxşı yerdə olaq deyə, təhsilin üzünü ora döndərərik, sonra bur repetitirluq da burda başlayar, demədi, deməyin. 

Şəmil Sadiq

Dosent 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Jurnalist etiraz etdi: “Səkiləri ya maşınlar zəbt edib, ya da meyvə-tərəvəz köşkləri”

Bakıda piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərin avtomobillər və müxtəlif satış köşkləri tərəfindən zəbt olunması narazılıq doğurur.Citypost.az xəbər verir ki, jurnalist Leyla Turan şəhərin mərkəzində qarşılaşdığı vəziyyətlə bağlı sosial şəbəkədə paylaşım edib.“Bu gün 28 May tərəfdən piyada gəlirdim. Açığı, rahat hərəkət etmək demək olar ki, mümkün deyildi. İnsan səkidə gedə bilmir, məcbur olub yolun kənarı ilə hərəkət edir”, – deyə jurnalist bildirib.Leyla Turan meyvə-tərəvəz satan insanların da qazanc əldə etməli olduğunu vurğulayıb. O, bunun üçün xüsusi satış yerlərinin müəyyənləşdirilməsini təklif edib.“Mən başa düşürəm, meyvə-tərəvəz satan insanlar da çörəkpulu qazanmalıdır. Onların da qazanc yeri olmalıdır. Amma bunun üçün xüsusi yerlər müəyyənləşdirilsin,...

11 Sentyabr 2026, 09:00

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb 

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə...

11 Sentyabr 2026, 08:53

Bakıda bu yollarda sıxlıq var 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;10. Ziya Bünyadov prospekti, Müzəffər...

11 Sentyabr 2026, 08:20

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır.Bu barədə Citypost.az-aAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər."Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunur....

11 Sentyabr 2026, 08:09

Bakı və Abşeronda elektrik enerjisi kəsiləcək – ƏRAZİLƏR

Bakı və Abşeronun bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq"Azərişıq" ASC-dən Citypost.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 11-də Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Abşeron RETSİ-nə daxil olan Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində saat 09:30-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Həmçinin planlı fasilə saat...

11 Sentyabr 2026, 08:00

Ukrayna və Azərbaycan minalardan təmizləmə sahəsində BMT ilə birgə əməkdaşlığı müzakirə edir

Ukrayna şəhər mühiti şəraitində humanitar minatəmizləmə və minalardan azad edilmiş ərazilərin sonrakı bərpaya hazırlanması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlıdır."Report" Ukraynanın İqtisadiyyat və Ətraf Mühit Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Ukrayna İqtisadiyyat Nazirliyi yanında Humanitar Minatəmizləmə Məsələləri İdarəsinin rəhbəri Dmitri Panşin ilə görüşü zamanı müzakirə olunub.Görüş sentyabrın 2-3-də Bakıda keçirilən Minatəmizləmə fəaliyyəti üzrə IV Beynəlxalq Konfrans çərçivəsində baş tutub.Görüş zamanı tərəflər birgə layihələrin genişləndirilməsini və praktiki təcrübə mübadiləsini müzakirə ediblər.Xüsusilə, Ukrayna tərəfi şəhər ərazilərinin humanitar minatəmizlənməsi və onların sonrakı bərpaya hazırlanması üzrə Azərbaycan təcrübəsinə maraq göstərdiyini bildirib. Bundan əlavə, tərəflər...

10 Sentyabr 2026, 19:51