Çıxarışı olmayan evə əmlak vergisi tələb edilə bilərmi? – Hüquqşünasdan açıqlama
Hüquq 11 Sentyabr 2026, 09:00
185
Bələdiyyələr tərəfindən vətəndaşlardan torpaq və əmlak vergisinin alınması ilə bağlı müəyyən məqamlar tez-tez qarışdırılır. Hüquqşünasların sözlərinə görə, torpaq vergisi ilə əmlak vergisi fərqli vergilərdir və onların hesablanması üçün fərqli hüquqi əsaslar mövcuddur.
Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, torpaq vergisi torpağın mülkiyyətində və ya istifadəsində olmasından asılı olaraq hesablanır. Torpaq vergisi torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində müəyyən edilir və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergitutma obyektidir. Bu baxımdan torpaq sahəsi ilə bağlı vergi öhdəliyi yalnız həmin ərazidə evin və ya digər tikilinin olub-olmaması ilə müəyyənləşmir.Bununla yanaşı, torpaq vergisinin hesablanması üçün torpaq üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsas götürülür. Qanunvericilikdə torpaq vergisinin bələdiyyə büdcəsinə ödənilməsi və fiziki şəxslər üzrə bu verginin bələdiyyələr tərəfindən hesablanması nəzərdə tutulur.
Əmlak vergisinə gəldikdə isə burada vəziyyət fərqlidir. Fiziki şəxslərin mülkiyyətində olan binalara görə əmlak vergisi həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi Məcəlləsinə əsasən, yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsi əmlak vergisinə cəlb edilir.Ona görə də “evin çıxarışı yoxdursa, heç bir halda əmlak vergisi ödəmək lazım deyil” fikrini bütün hallara şamil etmək düzgün olmaz. Konkret halda ev üzərində hüququn hansı sənədlə təsdiqləndiyi, şəxsin həmin əmlaka hüquqi əsasının olub-olmaması və verginin hansı əsasla hesablandığı araşdırılmalıdır.
Həmçinin oxuyun
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, bələdiyyədən vergi tələb edildikdə ödənişin hansı vergi növü üzrə və hansı hüquqi əsasla hesablandığını dəqiqləşdirsinlər. Torpaq vergisi ilə əmlak vergisinin bir-birindən fərqləndirilməsi vacibdir. Eyni zamanda bələdiyyənin tələb etdiyi ödənişlə bağlı şübhə yaranarsa, vətəndaş həmin hesablamanın hüquqi əsasını yazılı şəkildə tələb edə bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məhkəməsiz kredit borcuna görə maaşdan pul tutula bilər?
Bankdan kredit götürən şəxslər arasında belə bir vəziyyətlə qarşılaşanlar var: kredit borcu yaranır, bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməyib, lakin müəyyən müddət sonra şəxsin iş yerinə icra orqanından məktub daxil olur və əməkhaqqından borcun tutulması tələb edilir. Bu zaman haqlı olaraq sual yaranır: məhkəmə qərarı olmadan əməkhaqqından pul tutulması necə mümkündür?Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, Azərbaycan qanunvericiliyində müəyyən hallarda borcun məhkəmə qərarı olmadan da məcburi qaydada tutulmasına imkan verən mexanizm mövcuddur. Belə hallardan biri notarius tərəfindən aparılan icra qeydidir. Qanunvericiliyə əsasən, notarius müəyyən şərtlər daxilində borclunun pul öhdəliyi ilə bağlı icra qeydi apara və həmin sənədin...
10 Sentyabr 2026, 11:00
Nikah pozulmayıb, amma ər-arvad ayrı yaşayır: Bu halda alınan əmlak bölünürmü?
Ər-arvad arasında rəsmi nikah hələ pozulmayıb, lakin tərəflər uzun müddətdir ayrı yaşayır, ailə təsərrüfatı faktiki olaraq ayrılıb. Belə vəziyyətdə tərəflərdən birinin nikah davam etdiyi müddətdə öz adına mənzil, ev, avtomobil və ya digər əmlak alması həmin əmlakın boşanma zamanı mütləq şəkildə bölünməsi deməkdirmi?Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyində ümumi qayda ondan ibarətdir ki, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak, əgər nikah müqaviləsində və ya tərəflər arasında başqa razılaşmada fərqli qayda müəyyən edilməyibsə, onların ümumi birgə mülkiyyəti hesab olunur. Əmlakın yalnız ər və ya arvadın adına rəsmiləşdirilməsi də onu avtomatik olaraq həmin şəxsin şəxsi mülkiyyətinə çevirmir. Lakin qanunvericilikdə ayrıca mühüm istisna da...
10 Sentyabr 2026, 10:00
Vəkil Azər Hüseynli: “Mediasiyada tərəflərin azadlığı mütləq deyil”
Mediasiya könüllülük və sərbəstlik prinsipləri üzərində qurulsa da, tərəflərin azadlığı mütləq deyil və qanunla müəyyən edilmiş çərçivələrlə məhdudlaşır.Citypost.az xəbər verir ki, Vəkil Azər Hüseynli bu sahədə mediator və vəkillərin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib.Onun sözlərinə görə, barışıq sazişi qanuni olmalı, tərəflər razılaşmaya istədikləri hər hansı şərti daxil edə bilməməlidirlər. Sazişin şərtləri imperativ qanun normalarına zidd olmamalı, ictimai qaydaya və mənəviyyata zidd fəaliyyətləri ehtiva etməməli, üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozmamalıdır.Vəkil qeyd edib ki, mediator yalnız tərəfləri dinləyən şəxs deyil, həm də prosesin qanuniliyinin qorunmasına cavabdeh olan tərəfdir. Mediator tərəflərin razılaşdığı şərtlərin qanuna uyğun və icra edilə bilən olub-olmadığını qiymətləndirməli,...
10 Sentyabr 2026, 09:38
Ərinin pensiyası tənha həyat yoldaşına qala bilərmi? – Hüquqi AÇIQLAMA
Həyat yoldaşını itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri mərhum ər və ya arvadın pensiyasından yararlanmağın mümkün olub-olmamasıdır. Qanunvericilikdə bu məsələ “ailə başçısını itirməyə görə əmək pensiyası” anlayışı ilə tənzimlənir. Lakin həyat yoldaşının vəfat etməsi avtomatik olaraq onun pensiyasının digər həyat yoldaşına keçməsi demək deyil. Bunun üçün qanunda müəyyən edilmiş şərtlər mövcud olmalıdır.Citypost.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin əri və ya arvadı müəyyən hallarda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə hüquq ər və ya arvad pensiya yaşına çatdıqda, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən...
10 Sentyabr 2026, 09:00
Mərhumun bank borcu qalıbsa, ölüm pulunu alan övlad borclu sayılır? – Hüquqşünaslar açıqlayır
Vətəndaşları maraqlandıran hüquqi məsələlərdən biri də yaxınını itirmiş şəxsin bank borcu olduğu halda ailə üzvlərinin mərhumun ölümü ilə əlaqədar nəzərdə tutulan ödənişi almasının hansı hüquqi nəticə doğurmasıdır.Bəzən ailə üzvləri mərhumun bank qarşısında borcu olduğunu bildikdə, ölümə görə nəzərdə tutulan ödənişi almaqdan çəkinirlər. Onların əsas narahatlığı bundan ibarətdir ki, həmin vəsaiti qəbul etdikdən sonra bank onları mərhumun vərəsəsi hesab edə və kredit borcunun ödənilməsini tələb edə bilər.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, burada ilk növbədə “ölüm pulu”nun hansı hüquqi əsasla ödənildiyini müəyyənləşdirmək lazımdır. Çünki şəxsin ölümü ilə əlaqədar ailə üzvünə və ya digər şəxsə ödənilən vəsaitlə mərhumun mirasına daxil olan...
09 Sentyabr 2026, 11:15
15 il əvvəl köçüb: Keçmiş qeydiyyat necə silinir?
Vətəndaşlardan daxil olan hüquqi suallardan biri də ailə üzvlərinin uzun illər əvvəl başqa ünvana köçməsinə baxmayaraq əvvəlki yaşayış yerində qeydiyyatda qalması ilə bağlıdır.Məsələn, bir ata yazır: “Qızım 15 il əvvəl ailə qurub, ərinin yanına köçüb və həmin vaxtdan bizim evdə yaşamır. Hazırda başqa ünvanda yaşayır. Onu mənzildən qeydiyyatdan necə çıxara bilərəm?”Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu məsələdə ilk növbədə qeydiyyatla yaşayış sahəsindən istifadə hüququnu bir-birindən fərqləndirmək lazımdır. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması avtomatik olaraq həmin mənzil üzərində mülkiyyət hüququnun yaranması demək deyil. Eyni zamanda, konkret şəxsin həmin mənzildən istifadə hüququnun olub-olmaması da ayrıca hüquqi məsələdir.Əgər söhbət şəxsin faktiki...
09 Sentyabr 2026, 10:20