Elxan Şükürlü: “Məkkə İttifaqı” ciddi sınaq qarşısındadır
Siyasət 11 Sentyabr 2026, 08:57
207
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yenicə qurduğu “Məkkə İttifaqı” ciddi sınaq qarşısındadır: bir tərəfdə Dəməşqin 35 kilometrliyinə qədər gəlib çıxmış və Hermon yüksəkliyində post qurmuş İsrail ordusu var, o biri tərəfdə də Səudiyyənin dəstəklədiyi qüvvələri məğlub edərək, sürətlə Bab əl-Məndəb boğazını nəzarətə götürən Yəmən husiləri – İranın kömək etdiyi “Ənsərullah”.
“Məkkə İttifaqı”nın İsrail ordusunun Suriyada və Livanda irəliləməsinə göz yumub Səudiyyə Ərəbistanının şiə husilərə qarşı hücum əməliyyatlarına dəstək verməsi yenicə formalaşan bu birliyin İslam həmrəyliyini, Ümmət maraqlarını qorumaq məqsədiylə yaradıldığı haqda bütün təbliğatı puça çıxarar, sünni-şiə ziddiyyətini yenidən və çox kəskin şəkildə körükləyər, son illər yaxınlaşan İran-Türkiyə-Pakistan münasibətlərini isə təkrar çıxılmaza itələyər.
Ancaq Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin gurultulu bəyanatlarla başladığı və “Məkkə İttifaqı”nı da çətin vəziyyətdə qoyan "paytaxt Sənanı azadetmə əməliyyatı" hazırda "görünməz bir güc"ün əliylə tam şəkildə husilərin lehinə çevrilməkdədir: hökumət qüvvələrinə dəstək məqsədiylə gətirilmiş silahlılar vuruşmaqdan imtina edərək, könüllü şəkildə husilərə təslim olur, husilər də sürətlə Bab əl-Məndəb ətrafındakı liman şəhərləri ələ keçirirlər! Artıq nüfuzlu "Reuters" agentliyi strateji Moxa limanının husilərin əlində olduğunu təsdiqləyən görüntülər yayıb.
Rəsmi Yəmən hökumətinin husilərə qarşı əməliyyatının daxildən sabotaj edildiyi göz önündədir!
“Məkkə İttifaqı” təmsilçiləri – Pakistan və Türkiyə isə bu əməliyyata qoşulmağa tələsmirlər.
Çox güman ki, həm Türkiyədə, həm də Pakistanda Sənanın husilərdən azad edilməsi adı altında həyata keçirilən bu əməliyyatın İsrailin təhrikiylə başladığını və yenicə qurulan “Məkkə İttifaqı”nın pozulmasına, genişlənməsinin qarşısının alınmasına və İran əleyhinə çevrilməsinə hesablandığını çox yaxşı bilirlər və bu səbəbdən də hadisələrə soyuqqanlı yanaşırlar.
Üstəlik, husilər əməliyyatın istiqamətini də dəyişiblər - əvvəllər Səudiyyəyə hücum etsələr də, artıq əsas diqqəti Yəmənin öz ərazisinə - Bab əl-Məndəbin sahil rayonlarının nəzarətə götürülməsinə yönəldiblər.
Beləliklə, “ikinci Hörmüz” böhranı Ədən körfəzində, Qırmızı dənizin sahilində yaranır və bu, Körfəz neftini dünya bazarına çıxaran ikinci qapının da İranın nəzarətinə keçməsi, onun ABŞ-la danışıqlarda mövqeyini xeyli gücləndirməsi, İsrail limanlarına gediş-gəlişin isə təhlükəyə düşməsi deməkdir.
Elxan Şükürlü
Siyasətçi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəmsi Qoca: Tramp Cənubi Qafqazda yeni geosiyasi xətt qurur
Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq yalnız iki ölkənin münasibətlərinin normallaşması məsələsi deyil. Bu prosesin arxasında Cənubi Qafqazın gələcək iqtisadi və geosiyasi xəritəsini dəyişə biləcək daha böyük layihə dayanır. Söhbət ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gələn TRIPP – Trump Route for International Peace and Prosperity, yəni Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutundan gedir.Amerikalı ekspertlərin son təhlillərində də bu layihənin adi nəqliyyat dəhlizi olmadığı açıq şəkildə vurğulanır. Amerika Xarici Siyasət Şurasının sentyabrın əvvəlində dərc etdiyi təhlildə TRIPP ABŞ-ın Avrasiyanın mərkəzinə çıxışını gücləndirən, Xəzər regionunda Rusiya, Çin və İranın təsir imkanlarını balanslaşdırmağa xidmət edən strateji layihə kimi qiymətləndirilir. Bu yanaşma...
11 Sentyabr 2026, 09:11
İlham Əliyev İƏT-in Qarabağla bağlı mövqeyindən danışıb
Azərbaycan daim İƏT-in ardıcıl dəstəyini hiss edib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubunda deyilir.Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib:"Biz bütün bunları yüksək qiymətləndiririk"....
10 Sentyabr 2026, 12:48
İran niyə TRIPP-dən narahatdır: məsələ yalnız ABŞ deyil
TRIPP ətrafında mübahisə getdikcə daha aydın şəkil alır. İlk baxışda İranın narahatlığının əsas səbəbi ABŞ-ın Cənubi Qafqazda mövqeyinin güclənməsi kimi görünür. Bu, həqiqətən də mühüm amildir. Tehran açıq şəkildə bildirir ki, Ermənistan ərazisində ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini öz sərhədləri üçün təhlükə hesab edir. İranın hərbi rəsmisi Yahya Rəhim Səfəvi bildirib ki, layihənin təhlükəsizliyinə ABŞ qüvvələri cavabdeh olarsa, Tehran buna qarşı müvafiq addımlar ata bilər və İran-Ermənistan sərhədinə Ermənistan sərhədçilərinin nəzarət etməsini istəyir. Amma məsələ yalnız ABŞ deyil. TRIPP reallaşarsa, Cənubi Qafqazın nəqliyyat xəritəsi dəyişəcək. Azərbaycanla Naxçıvan arasında yeni bağlantı yaranacaq, Ermənistan regionun əsas tranzit yollarından birinə çevrilə bilər və Xəzərdən Avropaya...
10 Sentyabr 2026, 12:24
Rey Kərimoğlu: “Heç bir erməniyə inanmıram, inanmaq da qəti olmaz”
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Ermənistanın sülh prosesi ilə bağlı mövqeyinə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist osial şəbəkə hesabında paylaşım edərək Ermənistan rəhbərliyinə etimad göstərmədiyini vurğulayıb.“Paşik başda olmaqla heç bir erməniyə inanmıram. İnanmaq da qəti olmaz. Çünki hiyləgərdirlər. Hiyləgərlik bunların qanında, ruhundadır. Sülh sazişi deyib bar-bar bağırırlar. Amma əməldə, erməni xislətinə uyğun olaraq, sülh sazişinin əksinə çalışırlar”, – deyə Rey Kərimoğlu qeyd edib.Jurnalist Ermənistanın hərbi cəhətdən silahlanmasına da diqqət çəkib. Onun sözlərinə görə, sülh istəyən tərəf müxtəlif bəhanələrlə prosesi uzatmamalı və müasir hücum silahları ilə silahlanmamalıdır.“Sanki bizimlə müharibəyə hazırlaşırlar. Bunlar ABŞ prezidenti Trampı da aldadır. Məncə, Trampın prezidentlik müddətinin...
10 Sentyabr 2026, 09:04
Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək.Citypost.az xəbər verir ki, bu barədə APA-nın sualına cavab olaraq, xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.Nazir bildirib ki, xarici işlər naziri Ararat Mirzoyanla ən son Bişkekdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
09 Sentyabr 2026, 13:37
Ceyhun Bayramov: Delimitasiya şimaldan cənuba aparılacaq
Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edib.“Delimitasiya üzrə Dövlət komissiyasının tərkibi dəyişməzdir. Komissiyaya Baş nazirin müavini cənab Şahin Mustafayev rəhbərlik edir. Mütəmadi olaraq komissiyaların görüşləri keçirilir və müzakirələr aparılır. Ermənistanda da müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir”, - Ceyhun Bayramov qeyd edib.XİN rəhbəri vurğulayıb ki, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib,...
09 Sentyabr 2026, 13:35