Əhməd Tirinçi sonadək müdafiə edən Kazım Ziya
Cəmiyyət 08 Sentyabr 2026, 12:25
3067
Haqqında amansız danoslar yazılan, iki dəfə həbs olunan, repressiya qurbanı Əhməd Tirinç haqqında son ana qədər mənfi rəy yazmayan Azərbaycan SSR Xalq artisti Kazım Ziya...
Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın incisi hesab edilən qədim Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə birgə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra isə məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Kazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına daxil olub.
Tədqiqatçı, tarixçi Aslan Qasımlı yazır ki, 1937-ci ilin əvvəllərində ölkədə gedən repressiyalar yazıçı və şairlərlə yanaşı teatr xadimlərinə tərəf istiqamət götürür. İlk növbədə teatrmızın qartalı Abbas Mirzə Şərifzadə, bir neçə ay sonra Ülvü Rəcəb həbs edilir. Müstəntiqlər DTK-nın qaranlıq zirzəmisində əksinqilabi, millətçiliyi təbliğ edənlər sırasında aktyorlardan Ələsgər Şərifov, Mirzəağa Əliyev, Rza Əfqanlı, Nüsrət Fətullayevlə yanaşı, 1938-ci ildə Tiflisdən Bakıya gələrək Milli Dram Teatrında şöhrətlənmiş Kazım Ziyanın həbsi üçün də “danoslar” hazırlayırdılar. İki qüdrətli sənətkarların (Abbas Mirzə Şərifzadə və Ülvü Rəcəb) həbsindən sonra növbə Kazım Ziyanın idi. Xalq artisti Fatma Qədri Leyla xanıma Bədirbəyliyə danışarmış ki, danosbazlar onu, Kazım Ziyanı və Mirzağa Əliyevi qələmə aldıqları mənfi rəylərlə ləkələməyə çalışırlarmış. Bu səbəbdən gecələr onun gözünə yuxu getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub Fatma Qədridən soruşarmış:
— Necəsən? Hələ gəlməyiblər, Fatma?
Fatma xanım da deyərmiş:
— Yox!
Mirzağa Əliyev qayıdarmış:
— Allaha şükür!
Lakin Kazım Ziya və Mirzağa Əliyev repressiya məngənəsindən qurtula bilmirlər. Kazım Ziyanı vaxtilə Əhməd Triniç haqqında dediyi xoş sözlərə görə yuxarı dairələr bağışlamaq istəmir. Yeri gəlmişkən onu da qeyd edim ki, Kazım Ziya "37"-nin amansız günlərində dəfələrlə Əhməd Tirinç haqqında mənfi rəylər yazmağa məcbur edilmiş, lakin bunu qəbul etmədiyi üçün ona amansız işgəncələr, əzab-əziyyətlər verilmişdir. Bütün mənəvi və psixoloji əzablara baxmayaraq o Əhməd Tirinçi sona qədər müdafiə etmişdir. Bunu görkəmli şəxsiyyətə - Əhməd Tirinçə aid edilən arxiv materiallar da təsdiq edir...
Repressiya dövründə Kazım Ziyaya əks-inqilabçı, millətçi, üsyançı yarlığı vurulur. 1938-ci ildə Borşev tərəfindən təsdiq olunmuş orderə əsasən Kazım Ziyanın həbsinə şərait yaradılır və evində axtarış aparılmasına icazə verilir. O, müxtəlif fasilələrlə iki dəfə həbs edilir...
Görkəmli aktyorun ünvanına atılan iftiralar müsbət həllini tapmasa da, bir müddət sonra Kazım Ziya ölkəni qorxu içində saxlayan “qara meşinlərin” caynaqlarından qurtula bilir. Və o, yenidən səhnəyə qayıdır. Ömrünün sonuna qədər həyatının geri qalan hissəsini teatra bağlayır. Azərbaycan SSR Xalq artisti Kazım Ziya 1956-cı ildə, 60 yaşında dünyasını dəyişir. Məzarı paytaxt Bakıda yerləşən Fəxri xiyabandadır...
Məcid Rəşadətoğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İDRAKİ GÜNƏŞSİZLİYİN PATOLOJİ AKSİOMASI...
Bir müddətdir ki, ictimai sferada məlum hicab mövzusundan qaynaqlanan uğursuz emosional çəkişmələri eləcə müşahidə edirəm.Konseptual mahiyyətə söykənən mülahizə metodları, çıxışetmə qabiliyyəti, mütərəqqi addımlar atmaq ideyası... qalıb bir kənarda, əksəriyyət kütlə hirsi, hətta “meşə psixologiyası” ilə bir-birinə barmaq silkələyib, nifrət nümayiş etdirir...... Əvvəla, dəfələrlə qeyd etmişəm, indi də xüsusi şəkildə deyim ki, əzizlərim, 21-ci əsr inanclar sistemində moizə, xütbə (hətta dini təlqin!) əsiri deyil, idrak, fundamental təfəkkür, yüksək maştablı dünyagörüş, elitar mədəniyyət, analtika, analiz, tərəqqi... əsridir.Amma və lakin(!) vurğuladığım bu mütləq mahiyyətə bir fərdin çatması xüsusi hal kimi öz üzərində çalışmaqdan keçirsə (heç şübhəsiz ki, keçir!), bütövlükdə bir dövlətin, kütlənin, xalqın......
13 Oktyabr 2026, 19:39
Parlamentdə 12 məsələ müzakirə olunacaq
Milli Məclisin gündəliyi məlum olub.Citypost.az xəbər verir ki, gündəlikdə 12 məsələ var.1. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi...
13 Oktyabr 2026, 19:20
Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.Bu barədə "Report" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.Məlumata görə, Azərbaycanın sədrliyi çərçivəsində keçirilən forumun gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi, habelə AQEM-in gələcək institusional inkişafının aktual məsələləri daxil edilib."Nəqliyyat əlaqələndirilməsi, rəqəmsallaşdırma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.Bildirilib ki, iştirakçılar regional və beynəlxalq gündəliyin əsas məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.Sammitin yekunlarına əsasən, AQEM-in rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş Bakı Bəyannaməsinin və...
13 Oktyabr 2026, 18:55
Sayman Aruzdan İran haqda ŞOK FAKTLAR
"Mən vaxtilə İranda yaşamışam. Oradakı molla rejiminin insanlara, xüsusilə də insanların şəxsi azadlıqlarına qarşı sərgilədiyi qəddar münasibəti öz gözlərimlə görmüş, öz canımla yaşamışam. Mən adi bir qısaqol geyimə görə küçədə həbs olunmuş, polisə aparılmış, orada döyülmüşəm. İnanmağı çətin olsa da adicə xanım tələbə yoldaşım ilə birlikdə universitetdən çıxanda həbs edilmiş 40 zərbə şallağa məhkum olmuşam. 3-cü sinifdə oxuyanda müəllimlə Azərbaycan Türkcəsində danışdığıma görə sinifdən xaric edilmişəm. Mən İran fars-molla rejiminin yaymaq istədiyi mənfur "dini" ideologiyanı çox gözəl tanıyıram".Bu sözləri CityPost.az--a açıqlamasında Cənubi Azərbaycandan olan şair,AYB sədrinin müşaviri Sayman Aruz bildirib."Bəli, dostlar, sadəcə geyimimə, tələbə yoldaşımla birgə yeridiyimə, ana dilində sinifdə...
13 Oktyabr 2026, 18:50
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də...
13 Oktyabr 2026, 18:47
Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb
Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb....
13 Oktyabr 2026, 17:38