Bizə yazın

Baku

-°C

USD

-

Qarabağın Həcərinin Xocalı Soyqırımı GÜNDƏLİYİNDƏN

Müsahibələr 26 Fevral 2025, 14:32

11854

Birinci Qarabağ Müharibəsinin canlı şahidlərindən olan keçmiş döyüşçü,Qarabağın Həcəri kimi tanınan Sabirə Mahmudova Xocalı Soyqırımı ərəfəsində baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.

Citypost.az  həmin acılı günlərlə bağlı keçmiş döyüşçünün xatirələrini təqdim edir:

 

Qərərgahda könüllü adamlar öz koməklərini göstərirdilər.Musiqi məktəbinin müəllimi Ələkbər öz Jiquli maşınıyla hər vaxt o sazaqlı havada binanın qarşısındaydı. Seyyid Lazım Ağanın qardaşı oğlu Nəcəf də taksisiylə təmənnasız xidmət göstərirdilər. Qərərgah yerləşən binadakı bufet də demək olar ki,boş idi.Bir stəkan çayı güclə tapardın orda. Gunasırı maşınla Qatır Məmmədin (Yaqub Rzayevin)evinə dəyərdim.  Arvadı Səbadan qapıda bağlanmış inəkdən bir stəkan süd sağmasını istərdim,çiy içərdim. Hərdən Qatır bunu görəndə deyərdi ki,qorxma biz qonağımıza zəhər vermərik,çıx evdə çörək ye. Bəzən sözünü yerə salmazdım və bu ailə mənə o qədər doğma idi ki…Bu haqda yeri gəldikcə danışacam...

Bəli,fevralın 22- də Tamerlan Qarayevin Ayaz Mütəllibova vurduğu geniş məzmunlu teleqramın sürətini onun atasının yaratdığı Müdafiə Komitəsində masasından götürdüm.

Xocalının ağır vəziyyətini çatdıran Qarayev axırda yazmışdı: " Xocalı gedərsə,bu Sizin hakimiyyətinizin sonu olar."

Qarayev neçə günlər idi ki,artıq fevralın 5- də ələ keçirilmiş Muradbəyli hərbi hissəsində otururdu. Bir gün  mən ordaykən Bərdənin icra müavini ,yaxınım olan Rəhilə İsmayıllı onun yanına gəldi,tələbə yoldaşı olmuşdular. Rəhilə xanım xəbər verdi ki,neçə gündən bəri Bərdənin dəmir yolunda Bakıdan göndərilmiş 4 ədəd T-72 tank orda sizi gözləyir.(Bu texnikaları Mütəllibovun yaxın adamı,Bakı şəhər icra başçısı Rüfət Ağayev ruslardan gətizdirirdi)

O dəqiqə Tamerlan bəy kabinetində göstəriş verdi ki,gedin gətirin. 

Bədbəxtlikdən,o tanklar da 2 qrad qurğusunun getdikləri yollara yönəlmişdilər...

Xocalı da nalə çəkirdi.Ratsiyadan eşitmişdim ki, yaralanmış mərhum komandir Milli qəhrəman Aqil Əliyevi lampa işığında əməliyyat ediblər.

Artıq xeyli vaxt idi ki,Xocalı prokuroru Atakişi Atakişiyev gündəlik qərərgaha gəlirdi,Xocalıya vertalyot verəcəklərini gözləyirdi ki,ora qayıtsın.Gəncəylə Ağdam yollarında qalmısdı.Hər gün də o kişini danlayırdım ki,o vəziyyətdə camaatı nahaq qoyub getmişdin Bakıya. Adam,çağrılıbmıs Baş Prokurorluğa…

Dağlıq Qarabağ qaçqınlarının bəzilərinin əllərində Heydər Əliyevin portreti var idi.Yadımdadır,əynində "yolocnu" palto,tellərini yana daramıs,hündür boylu bir cavan tələb edirdi ki,onların istəyini Bakıya çatdırsınlar. Onda,prezidentin səlahiyyətli  nümayəndəsi Musa Məmmədov mənə tapşırıq verdi ki,həmin adamların istəklərini Ağdam poçt binasından pasport nömrələriylə Ali Sovetə teleqramlar vurdurum. Poçt binası da mərmidən salamat qalan hissəsində işləyirdilər və biz bunu etdik.(Sonralar öyrəndim ki,Musa Məmmədovla Arif Rəhimzadə yeznə-qayındırlar.)

Onu da deyim ki,Musa müəllim axıradək bacardığını edirdi.Hətta dövlət telefonundan bütün hakimiyyət orqanlarına öz adımdan vəziyyəti çatdımağıma şərait yaradırdı. Fevralın 20-dək iki dəfə də Bakıya getdi, Xocalını xilas etdirməyə,amma boş dönmüşdü…

Ayaz Mütəllibov iki müşavirini Ağdama təhkim etmişdi.Adil Hacıyev və Abbas Abbasov…

Adil Hacıyev qərərgahdan çölə ancaq çörək yeməyə gedərdi.Abbas Abbasov isə o vaxt Gəncə polis rəisi -sabiq Bas prokuror Eldar Həsənovla elə olurdu ki,gündə 2 dəfə Gəncəyə gedib qayıdırdılar.Xocalıya yol arayırdılar. Artıq Qaradağlı faciəsi baş vermişdi.

Bu şəxslər Gəncə diviziyasının komandiri Budeykinlə razılaşmış 13 ağır texnika Ağdama gəlməli,Xocalının əhalisinin çıxarmalıydılar. 366 -çi motoatıcı polk da Budeykinin tabeçiliyində olsa da, polkun tərkibindəki ohonyanlar rus zabitlərinin əksəriyyətini satın almışdılar. Bu tanklar Goranboydan Tərtər istiqamətində yönələndə Dördyol deyilən yollarda başqa dəstələr tərəfindən qarşıları kəsilmiş, tankların bir neçəsi geri dönmüşdür. Ağdama çatan 5 tank isə batalyonlar arasında bölüşdürülmüşdü.

Başıpozuqluq nəticəsində dəfələrlə Əsgəran əməliyyatı necə alınmamışdısa ,bu dəfə də elə olmuşdu.

Fevralın 20 -si Bakıya getdim. O müddətə qədər Mütəllibovun köməkçisi Gürşad Zərbəliyev gündə neçə dəfə zəng etsəm də, hər zəngimə “ay can” deyirdisə də,vəziyyəti çatdırdığını  deyirdisə də, artıq inamım qalmamışdı. KQB sədriylə görüşməyə gedəcəkdim,ordakı vəziyyətin ağırlığından xəbərdar edəcəkdim.

Dövlət Təhlükəsizliyi Naziri İlhuseyn Hüseynov idi.Onun oğlu Arif Hüseynov Xətai rayon prokuroru idi, Ağdama tez-tez baş çəkirdi.

Prokurorun yanına getdim və atasından qəbul etməsini istədim. Əslində o vaxt indiki kimi deyildi,mən Namiq Abbasovla da 2 dəfə həyatıma təhlükəyə bağlı görüşmüşdüm və heç 10 dəqiqə də gözləmədən.

Bəli,binaya getdim və nazir məni yüksək səviyyədə qəbul etdi,dinlədi. Divardakı xəritənin qabağına keçərək əlindəki çubuqla Xocalını dairəyə aldı.Dedi ki,"dağ cığırları ilə olsa da Xocalını çıxarmalıyıq.Biz Ermənistandan qalxan təyyarələrin Xocalı aeroportuna enməsinə icazə verəmmərik." 

Nazir mənə SNQ nin hərbi geyimlərini,çəkmələrini və Nizami Gəncəvinin "Xəmsə" kitabını yazaraq hədiyyə etdi və mən Ağdama döndüm.

Amma,Xocalı şəhid oldu,aeroportu da erməniyə qaldı,Ermənistandan qalxan təyyarə də ora oturdu.Və soyqırım gecəsi mərhum Milli qəhrəman Xocalı aeroport rəisi Əlif Hacıyev aeroportun uçus zolağını partlatmağa imkan tapmadı..Xocalı aeroportunda kiçik tutumlu Yak-40 təyyarələri qəbul edilirdi...

Mən Ağdama döndüm və ətrafımdakı xocalılara nazirin dediklərini çatdıdım.Bu adamlar aylardan bəri uçaq olmadığından Xocalıya dönə bilməyənlər idi və içlərində analar da vardı.Birisi məni dönə-dönə bağrına basırdı.

Xocalı şəhid olan günlərin birində həmin ana üstümə yeriyərək onlara yalan deyib arxayın saldığımı dedi və üzümə bərk bir sillə vurdu.Sonrasa ağu deyib məni bağrına basdı. Həmin ananın sifətimən vurduğu şillə mənim qəlbimi illərlə yandırırdı: axı mənim günahım nəydi?...

Ardı var...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ

Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik. - Şakir müəllim, istərdik...

14 İyul 2026, 20:47

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...

08 İyul 2026, 13:02

Dələduzluq edən altı nəfər saxlanıldı

Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

08 İyul 2026, 09:05

İlham Qəhrəman AYB-ni rüsvay etdi

İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...

26 May 2026, 10:51

Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....

16 May 2026, 09:04

Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır” 

Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...

12 May 2026, 15:51