Bizə yazın

Baku

-°C

USD

-

İşə gecikməyə görə maaşdan tutulma oluna bilərmi? – Əmək Məcəlləsində cərimə sınırı

Hüquq 07 Avqust 2026, 10:48

3217

İşə gecikən işçilərin maaşından cərimə adı ilə tutulmaların olunması bəzi müəssisə və özəl şirkətlərdə geniş yayılmış idarəetmə üsullarından biridir. İşəgötürənlər bunu daxili intizamı qorumaq üçün effektiv yol hesab etsələr də, məsələnin hüquqi tərəfi tamamilə fərqli mənzərə ortaya qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçinin əməkhaqqından özbaşına cərimələrin tutulması, dəqiqəbaşı pul kəsilməsi və ya cərimə sisteminin tətbiq edilməsi qanunsuzdur.

Citypost.az xəbər verir ki, əmək Məcəlləsi işçinin qazandığı məbləğdən tutulmaların aparıla biləcəyi halların kəskin və qapalı siyahısını müəyyən edir. Buraya yalnız qanunla nəzərdə tutulmuş vergilər, sosial sığorta haqqları, məhkəmə qərarları üzrə icra sənədləri (məsələn, alimentlər) və ya işçinin yazılı razılığı ilə aparılan ödənişlər daxildir. İşəgötürənin öz təşəbbüsü ilə "işə 10 dəqiqə gecikdiyinə görə 20 manat cərimə" kimi mexanizm tətbiq etməsi əmək qanunvericiliyinin kabud şəkildə pozulması hesab olunur.

Bəs işəgötürən işə davamiyyəti pozan işçiyə qarşı hansı tədbirləri görə bilər? Qanunvericilik intizam pozuntusu törədən işçiyə qarşı yalnız müəyyən edilmiş intizam tənbeh tədbirlərinin tətbiqinə icazə verir. Bunlara töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və ya işə davamlı olaraq gecikmə halı təkrarlandıqda əmək müqaviləsini ləğv etmək daxildir. Həmçinin, işçinin faktiki işləmədiyi saatların (gecikdiyi vaxtın) uçotu aparılaraq həmin saatlar üçün əməkhaqqı hesablanmaya bilər. Lakin bu, gecikilən vaxtın mütənasib ödənişinin edilməməsidir, əlavə cərimə kəsilməsi deyil.

İşəgötürənlər daxili intizam qaydalarında cərimə sistemini rəsmiləşdirsələr belə, həmin daxili normativ aktlar Əmək Məcəlləsinin tələblərinə zidd olduğu üçün hüquqi qüvvəyə malik sayılmır. Maaşından qanunsuz olaraq cərimə tutulan işçilər pozulmuş hüquqlarının bərpası üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya birbaşa məhkəməyə müraciət edərək tutulmuş vəsaitin geri qaytarılmasını və işəgötürənin inzibati məsuliyyətə cəlb olunmasını tələb edə bilərlər.

Səkinə Yusifova/Citypost.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Torpağın sənədi var, evin yoxdursa, vərəsələrə necə keçir?

Torpaq sahəsinin çıxarışı olduğu halda həmin torpağın üzərində yerləşən evin ayrıca sənədi yoxdursa, əmlak sahibinin vəfatından sonra vərəsələr arasında bölgü zamanı müəyyən hüquqi çətinliklər yarana bilər. Belə vəziyyətdə vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri budur: torpaq sənədlidirsə, lakin ev qeydiyyatdan keçməyibsə, həmin ev də vərəsələr arasında bölünə bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, belə hallarda ilk növbədə vərəsəlik işi açılmalıdır. Əmlak sahibinin vəfatından sonra onun əmlakının kimlərə keçməsi məsələsi qanunvericilikdə müəyyən edilmiş vərəsəlik qaydalarına uyğun həll olunur. Lakin evin sənədi ümumiyyətlə yoxdursa, həmin tikilinin də mərhumun əmlakı olduğunu hüquqi baxımdan rəsmiləşdirmək lazım gəlir.Əgər torpağın sənədi varsa, lakin evin ayrıca...

08 Sentyabr 2026, 10:54

Evin 5 metrliyində avtoyuma: Bağlatdırmaq mümkündür?

Yaşayış evlərinin yaxınlığında müxtəlif obyektlərin, xüsusilə avtoyuma məntəqələrinin fəaliyyət göstərməsi bəzi hallarda sakinlərin ciddi narazılığına səbəb olur. Avtoyuma zamanı yaranan səs-küy, avtomobillərin hərəkəti, su və digər təsirlər insanların rahatlığına mane ola bilər. Bəzən vətəndaşlar belə obyektlərin evlərinə çox yaxın məsafədə fəaliyyət göstərməsindən şikayət edərək onların bağlanmasının mümkün olub-olmadığını soruşurlar. Lakin mütəxəssislər bildirirlər ki, belə məsələlərə yalnız obyektlə yaşayış evi arasındakı məsafəyə əsasən qiymət vermək düzgün deyil.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, vətəndaşın qonşuluq münasibətlərindən irəli gələn hüquqları mövcuddur. Mülkiyyətçinin öz əmlakından istifadə hüququ olsa da, bu hüquq qonşuların və digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə...

08 Sentyabr 2026, 09:51

Hərbçiyə verilən köhnə ev özəlləşdirilə bilərmi?

Hərbi qulluqçulara müxtəlif illərdə xidmətlə əlaqədar mənzillərin verilməsi Azərbaycanda geniş yayılmış təcrübələrdən olub. Lakin belə mənzillərin sonradan özəlləşdirilməsi zamanı vətəndaşlar müxtəlif hüquqi və inzibati maneələrlə qarşılaşa bilirlər. Xüsusilə uzun illər əvvəl, sovet dövründə verilmiş mənzillərlə bağlı sənədlərin mövcud olmasına baxmayaraq, həmin əmlakın dövlət qeydiyyatına alınmaması və çıxarışın verilməməsi vətəndaşlarda suallar yaradır.Məsələn, hərbçi olmuş şəxsin ailəsinə 1983-cü ildə mənzil verilib, həmin mənzilə dair order mövcuddur, ailə uzun illərdir orada yaşayır, lakin mənzilin özəlləşdirilməsi mümkün olmur. Belə vəziyyətdə vətəndaş hansı hüquqi addımları ata bilər? Mənzilin orderinin olması onun avtomatik olaraq özəlləşdirilə biləcəyi anlamına gəlirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələdə...

08 Sentyabr 2026, 08:47

Kredit tarixçəsi yeni kreditə necə təsir edir? – Mütəxəssisdən AÇIQLAMA

Kredit götürən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri ödənişlərdə yaranan gecikmələrdir. Bəzən borcalan müəyyən səbəbdən krediti vaxtında ödəyə bilmir, bir neçə gün və ya daha uzun müddət gecikmə yaranır. Sonradan həmin şəxs borcunu tam şəkildə bağlasa da, növbəti dəfə başqa banka və ya kredit təşkilatına müraciət etdikdə ona kredit verilmədiyini görə bilər. Bu zaman vətəndaşlarda haqlı olaraq sual yaranır: “Əgər əvvəlki kreditimi tam ödəmişəmsə, niyə mənə yenidən kredit verilmir?”Citypost.az xəbər verir ki, maliyyə mütəxəssislərinin sözlərinə görə, burada əsas məsələlərdən biri kredit tarixçəsidir. Vətəndaşın götürdüyü kredit, ödənişlərin vaxtında həyata keçirilib-keçirilməməsi, yaranmış gecikmələr və kredit öhdəliyinin hansı formada icra edilməsi barədə məlumatlar kredit...

07 Sentyabr 2026, 11:30

Müqavilə imzalamazdan əvvəl bunlara diqqət edin – Hüquqşünaslardan xəbərdarlıq

Hüquqşünaslar və mütəxəssislər vətəndaşlara müqavilə imzalamazdan əvvəl sənədin bütün şərtlərini diqqətlə oxumağı və yalnız məbləğə və ya əsas şərtlərə baxaraq qərar verməməyi tövsiyə edirlər. Çünki gündəlik həyatda insanlar müxtəlif müqavilələrlə qarşılaşırlar. Alqı-satqı, kredit, icarə, xidmət, iş, tikinti, sığorta və digər münasibətlər zamanı imzalanan sənədlər sonradan tərəflərin hüquq və öhdəliklərini müəyyən edən əsas sənədlərdən birinə çevrilə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, vətəndaşların yol verdiyi ən geniş yayılmış səhvlərdən biri “standart müqavilədir, imzalayıb gedək” yanaşmasıdır. İnsanlar bəzən müqavilənin çox səhifədən ibarət olmasını, hüquqi terminlərlə yazılmasını və ya sənədin qarşı tərəf tərəfindən “hamı belə imzalayır” ifadəsi ilə təqdim edilməsini əsas götürərək...

07 Sentyabr 2026, 10:00

Zaminlikdən necə çıxmaq olar? – Hüquqşünaslardan vacib açıqlama

Bankdan kredit götürən şəxsin borcuna zamin durmaq bir çox hallarda sadəcə dost və ya qohuma kömək kimi qiymətləndirilir. Lakin sonradan borclunun ödənişləri gecikdirməsi və ya ümumiyyətlə krediti ödəməməsi zamin üçün ciddi hüquqi və maliyyə öhdəlikləri yarada bilər. Bu səbəbdən də vətəndaşlar tez-tez “Zaminlikdən necə çıxa bilərəm?”, “Zaminlik müqaviləsini ləğv etmək mümkündürmü?” və ya “Borclu ödəniş etmirsə, mən zaminlikdən imtina edə bilərəmmi?” kimi suallarla müraciət edirlər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, zaminlikdən çıxmaq insanların düşündüyü qədər sadə məsələ deyil. Şəxs zaminlik müqaviləsini imzaladıqdan sonra yalnız öz istəyinə əsasən “mən artıq zamin deyiləm” deməklə bu öhdəlikdən azad ola bilməz. Zaminliyin xitamı...

07 Sentyabr 2026, 09:00