Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Müsahibələr 07 Noyabr 2024, 14:30
6271
"Azur” Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur.
CityPost.az xəbər verir ki, bu barədə Demokrat.az-a Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib.
Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb.
Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər.
Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb.
O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər.
“Azad İstehlakçılar” İB tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb.
Qeyd edilib ki, 8 aprel 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair rəsmi ekspert rəyini təqdim etməklə bildirib.
Həmçinin oxuyun
Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 2023-cü ildə sınaq protokolu ilə təsdiq edib.
Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair ekspert rəyi verib.
Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur.
Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə qətnamə çıxarıb. Sonradan Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.
“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən və məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə, bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.
Verilən məlumatda o da qeyd olunur ki, bu işdə yeni fiqurlar ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"
Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün 95 illik yubileyini qeyd edir. Bu münasibətilə Citypost.az saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya...
18 Fevral 2026, 10:21
Azər Həsrət: Saxta hesablara və təhqirlərə dözmək lazımdır
Cəmiyyətin önündə olan və ictimai rəy formalaşdıran insanlar üçün tənqid və narazılıq qaçılmazdır. Əməkdar jurnalist Azər Həsrət Citypost.az-a verdiyi açıqlamada bu vəziyyətlə bağlı şəxsi yanaşmasını və sosial mediada qarşılaşdığı təhqir və hədə hallarını şərh edib.Azər Həsrət bildirib ki, ictimai rəy formalaşdıran şəxslər hər kəs tərəfindən sevilməyə borclu deyil: “Təbii ki, narazılar olacaq. Amma bu narazılıqlar həmişə ədəb çərçivəsində ifadə edilməlidir.”Jurnalist qeyd edib ki, dəstək də kifayət qədərdir: “Minlərlə, bəzən yüz minlərlə insan paylaşımlarımı bəyənir, fikirlərimi yayır, dəstəyini bildirir. Xaricdən də belə dəstək görürük. Amma bəzən saxta və gizli hesablardan təhqir və hədə göndərən şəxslər də olur. Bəzən onları tapıb üzr...
09 Fevral 2026, 14:21
"Təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır" - Fazil Mustafa
Fəlsəfə üzrə fəlsəfə doktoru, Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yerli mediaya müshaibə verib.CityPost.az həmin müsahibəni təqdim edir:- Salam Fazil bəy, necəsiniz?- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım...
05 Fevral 2026, 16:04
Hacıbəy Heydərli:"İstinadsız xəbər yolverilməzdir!"
Azərbaycan mediasında istinad məsələsi uzun illərdir ki, gündəmdə qalır. Bir çox sayt digər medianın özəl xəbərlərini istinadsız paylaşır və bu, həmkarlar arasında qalmaqala səbəb olur. Son dövrlərdə bu tendensiya sosial şəbəkələrdə də narazılıqlara yol açır.Buna münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Citypost.az saytına bildirib ki, istinad mədəniyyəti medianın əsas prinsiplərindən biridir. O qeyd edib ki, bəzən xəbərlərin mənbəyi göstərilmədən paylaşılması jurnalistlər və media subyektləri tərəfindən haqlı narazılıqla qarşılanır.H.Heydərli xatırladıb ki, istinad mədəniyyəti həm media haqqında qanunla, həm də Jurnalistlərin Peşə Kodeksi ilə tənzimlənir. Buna baxmayaraq, Azərbaycan mediasında belə anlaşılmazlıqların və narazılıqların şahidi olmaq...
29 Yanvar 2026, 15:13
“Şərq” qəzeti və Mətbuat Muzeyi harda yerləşəcək? Baş redaktor AÇIQLADI
Fevralın 1-də “Azərbaycan Nəşriyyatı" təmirə bağlandığı üçün “Şərq” qəzetinin kollektivi Beynəlxalq Mətbuat Mərkəzində bir otağa köçəcək. BBM-də otaq sayı artıq məhdud olması səbəbindən qəzet yalnız bir otaqda fəaliyyətini davam etmək məcburiyyətində qalır. Qəzetin tərkibində fəaliyyət göstərən mətbuat muzeyinin gələcək taleyi ilə bağlı isə iki variant irəli sürülüb.Bu barədə “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı Citypost.az saytına müsahibəsində danışıb:“Muzeyimizin gələcəyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova muzeyi ziyarət etdi və eksponatlarla tanış oldu. Bizə iki variant təqdim olundu: eksponatlar ya Muzey Mərkəzində hələlik saxlanılacaq, ya da Beynəlxalq Mətbuat Mərkəzində muzey üçün uyğun şəraitdə olsa orda sərgilənəcək.”“Növbəti...
28 Yanvar 2026, 13:56
Süni intellektlə “dirilən” ölülər: Din xadimi ilə MÜSAHİBƏ
Son dövrlər sosial şəbəkələrdə narahatedici və eyni zamanda geniş müzakirələrə səbəb olan bir tendensiya sürətlə yayılmaqdadır. Vəfat etmiş insanların süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış videoları paylaşılır. Bəzi istifadəçilər dünyasını dəyişmiş yaxınlarını guya məzardan çıxırmış kimi, bəziləri isə danışan, hərəkət edən formada təqdim edir. Bu videolar bir tərəfdən texnologiyanın imkanlarını nümayiş etdirsə də, digər tərəfdən ciddi mənəvi, etik və dini suallar doğurur.Mövzu ilə bağlı dini baxımdan mövqeni öyrənmək üçün Abşeron,Sumqayıt Xızı bölgə qazisi Hacı Rauf Sərdarovdan açıqlama aldıq. O, süni intellektlə vəfat etmiş insanların “canlandırılması”nın İslam dini baxımından qətiyyən qəbul olunmadığını bildirdi. Hacı Rauf Sərdarovun sözlərinə görə, İslam dinində bu cür yanaşmalar bəyənilmir...
27 Yanvar 2026, 12:00