Səhər əllərdə titrəmə və “cərəyan vurması” hissi hansı xəstəliyin əlaməti ola bilər?
Tibb 20 May 2026, 08:40
283
Bəzi yeniyetmələr səhər yuxudan oyandıqdan sonra əllərində qəfil titrəmələr, atılmalar və ya sanki “cərəyan vururmuş” kimi hisslər yaşadıqlarını bildirirlər. Valideynlər çox vaxt bunu yorğunluq, stress və ya zəiflik kimi qiymətləndirsələr də, bəzi hallarda bu əlamətlər ciddi nevroloji problemin göstəricisi ola bilər.
Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə 12–15 yaş aralığında müşahidə olunan bu vəziyyət juvenil mioklonik epilepsiya adlanan epilepsiya növü ilə əlaqəli ola bilər. Bu xəstəlik zamanı səhər saatlarında əllərdə ani atılmalar, qeyri-iradi titrəmələr və əşyaların qəfil əldən düşməsi müşahidə edilir.
Pasiyentlər bunu çox zaman “əlimə cərəyan vurdu”, “əlim birdən atıldı” və ya “fincan əlimdən sıçrayıb düşdü” kimi təsvir edirlər. Xüsusilə gec yatmaq, yuxusuz qalmaq, stress və yorğunluq bu əlamətləri daha da artırır.
Həkimlərin sözlərinə görə, valideynlər bəzən bu hərəkətləri adi əsəbilik və ya halsızlıq hesab etdikləri üçün problemin üzərindən keçirlər. Halbuki diqqətli müşahidə və vaxtında müraciət xəstəliyin erkən aşkarlanmasında mühüm rol oynayır.
Bu hallarda uşağa elektroensefaloqramma (EEQ) adlı xüsusi müayinə aparılır. Məhz bu müayinə vasitəsilə beyində epileptik aktivlik müəyyən edilə və diaqnoz təsdiqlənə bilir.
Həmçinin oxuyun
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ilkin mərhələdə sadəcə kiçik əzələ atılmaları ilə başlayan problem zamanla daha ağır epileptik tutmalara çevrilə bilər. Buna görə də yeniyetmələrdə səbəbsiz titrəmə, səhərlər qeyri-iradi hərəkətlər və əşyaların qəfil əldən düşməsi kimi hallar müşahidə olunarsa, mütləq nevroloqa müraciət edilməlidir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gecə yatanda burnun tutulması hansı xəstəliyin əlaməti ola bilər?
Bir çox insan xüsusilə gecə saatlarında burnunun tutulmasından şikayət edir. Gün ərzində normal nəfəs alan şəxslərdə məhz yatağa uzandıqdan sonra başlayan burun tutulması adətən allergik problemlərlə əlaqəli olur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, əgər burnun tutulması əsasən gecə yatarkən başlayırsa, bu vəziyyət daha çox allergik rinitin əlaməti hesab olunur.Belə hallarda əsas səbəblərdən biri ev tozu və xüsusilə yataq, yastıq, döşək və yorğanlarda toplanan toz gənələridir.İnsan yatağa uzandıqda həmin allergenlərlə daha sıx təmasda olur.Nəticədə burun selikli qişasında iltihabi reaksiya artır, şişkinlik yaranır və burun tutulmağa başlayır. Bu səbəbdən bəzi insanlarda gecə nəfəs alma çətinləşir, ağızdan nəfəs alma, xoruldama və yuxu keyfiyyətinin...
20 May 2026, 12:36
Astiqmatizmi necə anlamaq olar? – Ən çox rast gəlinən əlamətlər
Astiqmatizm gözün ən geniş yayılmış görmə problemlərindən biridir. Bir çox insan uzun müddət bu problemdən xəbərsiz yaşayır və sadəcə görməsinin tam aydın olmadığını düşünür. Halbuki, astiqmatizm vaxtında aşkarlanmadıqda gündəlik həyatda ciddi narahatlıqlar yarada bilər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, astiqmatizmi olan insanlar xüsusilə axşam saatlarında və qaranlıq mühitdə görmə çətinliyindən şikayət edirlər. Gün işığında normal görən bir insan gecə vaxtı işıqların yayılmış və bulanıq görünməsindən narahat ola bilər.Xüsusilə avtomobil idarə edən şəxslər qarşıdan gələn maşınların faralarının onları narahat etdiyini bildirirlər. Bəzi hallarda işıqlar bir-birinə qarışmış, uzanmış və ya yayılmış formada görünür. İnsan sanki gözlərini qıyaraq daha aydın görməyə çalışır.Astiqmatizmin digər...
20 May 2026, 10:43
3 həftədən çox davam edən öskürək nəyi göstərə bilər?
Üst tənəffüs yolu infeksiyaları keçirdikdən sonra bir çox insanda öskürək bir neçə həftə davam edə bilər. Adətən bu öskürəklər tədricən azalır və öz-özünə keçib gedir.Citypost.az xəbər verir ki,əgər öskürək zamanı yüksək hərarət, döş qəfəsində ağrı, nəfəs darlığı və ciddi halsızlıq kimi əlamətlər yoxdursa, bu vəziyyət çox vaxt ciddi problem hesab olunmur. Lakin öskürək 3 həftədən artıq davam edərsə, artıq diqqətlə araşdırılması tövsiyə olunur.Uzunmüddətli öskürəyin əsas səbəbləri arasında Postnazal axıntı sindromu, Qastroezofageal reflüks xəstəliyi və Allergik rinit kimi hallara tez-tez rast gəlinir.Bundan əlavə, bəzi hallarda yüksək təzyiq üçün istifadə olunan dərmanlar da yan təsir kimi uzunmüddətli öskürəyə səbəb ola bilər. Bu...
19 May 2026, 11:51
Mioma nədir və hansı əlamətlərlə özünü göstərir?
Uşaqlıq mioması qadınlarda ən çox rast gəlinən ginekoloji problemlərdən biridir. Bu xəstəlik uşaqlığın əzələ hüceyrələrindən inkişaf edən, adətən xoşxassəli xarakter daşıyan hormon-asılı törəmələr kimi xarakterizə olunur.Citypost.az xəbər verir ki, miomanın ən çox rast gəlinən əlamətlərindən biri uzunmüddətli və həddindən artıq menstrual qanaxmalardır.Normalda 2–7 gün davam edən aybaşı mioma zamanı 7–8 gün və daha uzun müddət çəkə bilər. Bu isə orqanizmdə qan azlığı və ümumi zəiflik kimi problemlərə səbəb ola bilər.Böyük ölçülü miomalar qonşu orqanlara təzyiq göstərdikdə əlavə şikayətlər də yaranır. Belə hallarda xəstələrdə qarının aşağı hissəsində ağrılar, qəbizlik, sidik kisəsinə təzyiq nəticəsində tez-tez sidiyə getmə ehtiyacı müşahidə oluna bilər.Mütəxəssislərin bildirdiyinə...
19 May 2026, 08:26
Stomatoloq: “Dişlərin gündə iki dəfə fırçalanması vacibdir”
Diş və ağız boşluğu sağlamlığının qorunması üçün gündəlik gigiyena qaydalarına əməl etmək vacib hesab olunur.Mütəxəssislər bildirirlər ki, düzgün qulluq edilmədiyi halda dişlərdə çürümə, diş əti problemləri və digər stomatoloji xəstəliklərin yaranma riski artır. Bununla yanaşı, yalnız ev şəraitində edilən qulluq hər zaman kifayət etmir və müəyyən aralıqlarla peşəkar stomatoloji baxış da vacib sayılır.Stomatoloq İsgəndər İsgəndərli Citypost.az-a açıqlamasında bildirib ki, dişlərin sağlam qalması üçün ilk növbədə gündəlik ağız gigiyenasına ciddi şəkildə əməl olunmalıdır. Onun sözlərinə görə, insanlar gündə ən azı iki dəfə dişlərini düzgün qaydada fırçalamalıdırlar. Həkim qeyd edib ki, dişlərin yalnız səhər deyil, xüsusilə gecə yatmazdan əvvəl təmizlənməsi olduqca vacibdir.İ.İsgəndərli...
18 May 2026, 12:00
Uzun müddət telefon istifadəsi depressiv əlamətlər yarada bilər
Son illər smartfon və sosial şəbəkələrdən həddindən artıq istifadə insanların həm fiziki, həm də psixoloji sağlamlığına təsir edən əsas problemlərdən birinə çevrilib. Xüsusilə gecə saatlarınadək telefondan istifadə etmək, fasiləsiz internetdə vaxt keçirmək və yuxu rejiminin pozulması bir çox insanlarda psixoloji gərginlik yaradır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, telefon və sosial şəbəkələr birbaşa depressiya yaratmasa da, depressiv əlamətlərin ortaya çıxmasına ciddi təsir göstərə bilər. Xüsusilə gecə saatlarında uzun müddət telefondan istifadə edən insanlarda yuxu keyfiyyəti pozulur və bu da psixoloji vəziyyətə mənfi təsir edir.Mütəxəssislərin sözlərinə görə, telefon ekranından yayılan işıq beynin dərin yuxuya keçməsinə mane olur. Nəticədə insan səhər yorğun,...
18 May 2026, 10:42