Bizə yazın

Baku

-°C

USD

-

İcra başçısı 60-a yaxın vətəndaşın torpağını əlindən aldı – QARŞIDURMA 

Hadisə 14 Sentyabr 2025, 13:19

5888

Qaradağ Rayon İcra Hakimiyyəti vaxtilə vətəndaşlara torpaq sahəsi ayrılması barədə verdiyi sərəncamları tanımaq istəmir. Belə ki, illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.

Onun Bakupost.az -a bildirdiyinə görə,1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:

“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində, zibillik "gölü"nün üstündə torpaq verdilər. Mən dərhal həmin torpaq sahəsini hasara aldım. Hasarın şəkilləri var. Hətta peyk görüntülərində də açıq-aydın görünür”. pizza mizza

Şikayətçinin sözlərinə görə, son illərdə ətraf torpaq sahələrində ev tikintisi başlayanda o da ev tikmək istəyib. Lakin məlum olub ki, vaxtilə verilmiş sərəncam “unudulub”. Torpaq sahəsi rəsmi xəritədə qeyd edilmədiyindən problem yaranıb. Üstəlik, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşa məxsus hasarı dağıdıblar:

“Buna qədər düz 15 il İcra Hakimiyyətinə gedib-gəldim, torpaq sahəsinin plan-çizgisini tələb etdim, hər dəfə bir bəhanə ilə məni süründürdülər. O dövrdə ətrafda nə yaşayış var idi, nə də tikinti. Kommunal xətlərin olmaması da tikinti işlərini mümkünsüz etmişdi”.

Rauf Cəfərov bildirib ki, baş verən qanunsuzluqla bağlı Qaradağ rayonu icra başçısı müavininin qəbulunda olanda oxşar problemlə üzləşən digər şəxslərin də olduğunu öyrənib:

“Onlar açıq şəkildə bildirdilər ki, bu cür sənədi olan 58 ərazi sökülüb. Yəni, təkcə mənim deyil, onlarla vətəndaşın haqqı əlindən alınıb. Sual yaranır: Qaradağ rayonunda torpaq sahələri qurtardığı üçün əvvəlki sərəncamlar ləğv edilir və həmin torpaqlar yeni sərəncamlarla başqalarına paylanılır? Əgər belədirsə, bu, vətəndaşın qanuni hüquqlarının açıq-aşkar pozulması deməkdir. Mənim rəsmi sərəncamım var, amma icra orqanları bu sənədi tanımır, üstəlik qanunsuz şəkildə hasarımı sökürlər".

Məsələ ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, vətəndaşın Qaradağ rayonunda qarşılaşdığı məsələ uzun illərdir mövcud olan torpaq bölgüsü problemlərinin bir nümunəsidir:

“Azərbaycan qanunvericiliyinə görə, vətəndaşa rəsmi sərəncam əsasında torpaq sahəsi ayrılıbsa, bu sənəd hüquqi qüvvəyə malikdir və icra olunmalıdır. Əgər hər hansı səbəbdən sərəncam ləğv ediləcəksə, bu yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslandırılmış qərarla mümkündür. İcra orqanlarının “xəritədə yoxdur” arqumenti ilə vətəndaşın sənədini tanımaması ciddi suallar doğurur. Çünki xəritələrin dəqiqləşdirilməsi və qeydiyyat işlərinin aparılması dövlətin öhdəliyidir.

Torpaq sahəsinin üzərində illər əvvəl çəkilmiş hasarın xəbərdarlıq edilmədən sökülməsi də narahatlıq yaradır. Mülkiyyət hüququnun qorunması Konstitusiya ilə təsbit olunub və vətəndaşın uzun illər əvvəl əldə etdiyi hüququn birdən-birə tanınmaması ədalətsizlikdir. Bu səbəbdən məsələnin şəffaf və qanuna uyğun şəkildə həll olunması vacibdir”.

Hüquqşünasın sözlərinə görə, belə hallarda vətəndaşın atacağı ilk addım yenidən rəsmi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmək, sərəncamın qüvvədə olduğunu təsdiqləyən cavab almaqdır:

“Əgər cavab qənaətbəxş olmazsa, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilə bilər. Daha sonra məsələni inzibati məhkəmədə qaldırmaq mümkündür. Məhkəmə həm sərəncamın tanınması, həm də söküntü nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar çıxara bilər".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Bakupost.az -a bildirdi ki, vaxtilə torpaq sahələrinin xəritəyə salınması ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adlanan qurum məşğul olurdu, artıq həmin qurum ləğv olunub. Hazırda bu işlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç vaxt torpaq sahələrinin xəritəyə salınması istiqamətində çalışmayıb”.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov isə Bakupost.az-a açıqlamasında qeyd etdi ki, bu məsələ ilə bağlı suallar yerli icra hakimiyyətinə ünvanlanmalıdır:

“Yəqin ki, icra hakimiyyətinin vətəndaşa verdiyi sərəncamın nüsxəsi arxivlərində yoxdur, yaxud da eskiz layihəsi təqdim edilməyib. Yaxud sənədin orijinallığı ilə bağlı şübhə ola bilər. Amma bu suallara yalnız icra hakimiyyəti cavab verə bilər. Bizlik məsələ yoxdur. Vətəndaş hələ son mərhələyə çatmayıb, çıxarış hüququnu əldə etməyib. Əlindəki sənədlərlə ASAN Xidmətə müraciət etsin, sənədlər yoxlanılacaq. Əgər problem aşkarlanmasa, çıxarış veriləcək”.

Məsələ ilə bağlı Milli Arxiv İdarəsinə də sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, icra hakimiyyətlərinin sərəncam və qərarları əsasən, Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilir:

“Vətəndaş ASAN Xidmətdə Milli Arxiv pəncərəsində ərizə yazıb cavab ala bilər”.

Göründüyü kimi, əksər dövlət qurumları vətəndaşın üzləşdiyi problemin Qaradağ Rayon İcra Hakimiyyətindən qaynaqlandığını və bütün suallara da onların aydınlıq gətirməli olduğunu deyirlər. Qaradağ Rayon İcra Hakimiyyətindən isə rəsmi sorğumuzun araşdırılacağını və müvafiq qaydada cavab veriləcəyini bildirdilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bayram Məmmədovun anasını öldürən qardaşı vəfat etdi

Bayram Məmmədovun həbs edilən qardaşı vəfat edib. Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.Citypost.az xəbər verir ki, NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib....

24 Avqust 2026, 10:11

Xırdalandakı qətlə görə saxlanılanların fotoları üzə çıxdı

Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Citypost.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, ötən gecə Xırdalan şəhər Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib.

20 Avqust 2026, 14:32

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.Citypost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

20 Avqust 2026, 13:26

GÖZÜM ALDANASI BİR ŞEY QALMADI  

Gördüm batilini"eynəkli adam",Duydum paxırını,parıltılı göz.Mənə dərdin tanış,yuvasız qalan,Mənə ağrın doğma boğazlanan söz...Gülüzlü yalanlar,sürtük pərdələr,Gözümü aldadan,düzdən çoxuymuş.Açdı idrakımı daşadəymələr,Oyanıb gördüm ki,heç nə yoxuymuş.Gözlərim su içməz düşən axşamdan;Ulduzu gözümlə göz-gözə durmaz.Gözümdə dan atıb,aydınlanar dan,Yenə də gözümdən içimi duymaz.Beləcə gözümdə anlamaq dərdi,Minillik yolçusu oldum bu yolun.Daha əlcək oldum yorğun əllərdəDaha daş dələmmir yumşalmış dolum.Qırat da şumluqda yeriyə bilməz,Əkib şum etdilər buğda yerimi.Dirilik suyu da dirildə bilməzÖlən cəsarətin yüzdə birini.Daha dizin-dizin sürünmək qalıb,Daha korun-korun yanmaq əzabı.Daha ağrılara bürünmək qalıb,Daha sualların dilsiz cavabı...İndi daşdan-daşa çırpılan başım,Bir məslək uğrunda di hayqır,di yan.Bas köksün üstünə iyirmi beş yaşı:"Bu dünya sürüşkən,bu dünya yalan".Bel-əyirmək üçün,baş-hiylə üçün,Dil yalmanmaq üçün,dərdimə bir...

19 Avqust 2026, 15:10

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var 

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Belə ki, hərəkətdə olan üç avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

13 Avqust 2026, 21:21

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb 

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.Araşdırmalar davam etdirilir.

11 Avqust 2026, 15:54