Eşq və cadu -SAYAD SİRACOĞLU
Söz adamı 04 Sentyabr 2026, 16:31
239
Məni ofsunlayıb sehrinə salan,
Olan ağlımı da başımdan alan,
Göydən enmiş kimi, yoxdan var olan
Eşq adlı bu cadu, yar, səninkidir.
Mən nə gizlədirəm, nə də danıram,
Balaca bir mehdən alovlanıram.
Yumub gözlərimi elə sanıram,
Öpüb-oxşadığım nar səninkidir.
Üzülmə, baş qoyub yatdığım qucaq
Pambıqdan yumşaqdır, günəşdən sıcaq.
Sənin olmasa da bu baxça, bu bağ,
Yolub yığşırdığım bar səninkidir.
Unudub dözümü, unudub tabı,
Əlimdən qoymadım acı şərabı.
Desəm də şirindir eşqin əzabı,
Saçlarıma yağan qar səninkidir.
Gəzmə, nə gümüşdə, nə misdə yoxdur,
Bir yaxşıda olan yüz pisdə yoxdur.
Özgənin adına bir hiss də yoxdur,
Ürəyimdə hər nə var səninkidir.
Eşq ilə süslənib könlüm gülşəni,
Sənə bəsləmişəm mən bu guşəni.
Əgər şübhən varsa al bu tişəni
Sayadın köksünü yar, səninkidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sükutda Gizlənən Həqiqət
Sükutda Gizlənən HəqiqətBəzən insanın söyləmədiyi sözlər söylədiklərindən daha güclü olur. Bəzən bir baxış illərlə yığılıb qalan sözlərin yerinə danışır. Bəzən isə insan susur ki, qarşısındakının öz həqiqəti ilə üz-üzə qalmasına imkan versin. Mən bunu həyatımda dəfələrlə görmüşdüm. Amma bir gün yaşadığım hadisə mənə sükutun nə qədər böyük bir gücə sahib olduğunu bir daha göstərdi. Hər şey illər əvvəl başlamışdı. O vaxt mən həyatın ağır sınaqlarından keçirdim. Əlimdə böyük imkanlar yox idi. Arzularım çox, imkanlarım isə az idi. Bir tikə çörəyimi alnımın təri ilə qazanır, gələcəyim üçün gecə-gündüz çalışırdım. Ətrafımda məni həvəsləndirən insanlar da vardı, mənə istehza ilə baxanlar da. Onlardan...
04 Sentyabr 2026, 16:00
Eşq və cadu - Sayad Siracoğlundan ŞEİR
Eşq və cadu. Məni ofsunlayıb sehrinə salan, Olan ağlımı da başımdan alan, Göydən enmiş kimi, yoxdan var olan Eşq adlı bu cadu, yar, səninkidir. Mən nə gizlədirəm, nə də danıram, Balaca bir mehdən alovlanıram. Yumub gözlərimi elə sanıram, Öpüb-oxşadığım nar səninkidir. Üzülmə, baş qoyub yatdığım qucaq Pambıqdan yumşaqdır, günəşdən sıcaq. Sənin olmasa da bu baxça, bu bağ, Yolub yığşırdığım bar səninkidir. Unudub dözümü, unudub tabı, Əlimdən qoymadım acı şərabı. Desəm də şirindir eşqin əzabı, Saçlarıma yağan qar səninkidir. Gəzmə, nə gümüşdə, nə misdə yoxdur, Bir yaxşıda olan yüz pisdə yoxdur. Özgənin adına bir hiss də yoxdur, Ürəyimdə hər nə var səninkidir. Eşq ilə süslənib könlüm gülşəni, Sənə bəsləmişəm mən bu guşəni. Əgər şübhən varsa al bu tişəni Sayadın köksünü yar, səninkidir. Sentyabr 2026...
04 Sentyabr 2026, 15:08
SALAM -Xatirə Rəhimbəylinin şeiri
Üzü o tərəfə, könlü bu yanaAy iki arada qalan ey, salam.Yığval tərsə düşüb yol düz gəlməyibÜrəyi həsrətdə solan ey,salamGəzir aralıqda qatı duman çən,Eh, nə bu mən mənəm, nə də o sən sənÜrəyim eşitdi ürəyin verən Allah salamını...Salam ey,Salam!Hər açılan sabah sabah olmur ki,Quruca bir salam günah olmur ki...Hər qəlbin salamı , Segah olmur ki,Ürəyim inlədi:" Balam ey..." Salam.Eh gəlirsiz gəldi bu gidi gərdiş,Ürək dərd çəkməyi eylədi vərdiş,Salamın qurusun, salamsız dərviş,Eylədin ruhumu talan ey... Salam...
03 Sentyabr 2026, 18:06
REKVİYEM - Yusif Nəğməkar
Acı kədərin əl-amanındaBir rekviyem çaldımKönlümün sinə kamanında.Titrək dörd siminGör əhvalı nə hallıqda!..İçimi çəkmiş ağri səsləndiD - moll tonallıqda...Kədərin əl-qoluni bağlayıb,Ağrımın kandarına atdım.Xatirələrin yumruğuylaQəlbimin qapısı döyüldü,Döyündü, döyündü;Ürəyi oyatdım.Ahımın nəfəsi təngiməyində,Sevincin qədəmi ləngiməyində...Ancaq nisgilli barmaqlarımdanDamla-damla süzülənlər,Səs ağacımın budağındanQətran qəm barıtək üzülənlərVolfqanq Amadey MotsartınSonuncu əsəri deyildi.Yenə də yaşıl pöhrələrMəqam-məqam solacaq,Payızı yetməyən ağaclar daBudaq-budaq qırılıbYarpaq-yarpaq xəzəl olacaq...Zamanın yönü dəRekviyemə ki meyillidi...Xeyirilə, şəriləDünya ikidillidi...Mənimsə duyub yaşadığım Başqa bir rekviyemdi...Kamanımın kama daAğladığı koma daHeç Avstriya deyildi...Boynuma qoşulan qoşqu-vəl yükü dərdlərBaşıma fırlatdı Yer kürrəsini.Hansı pərdəsiz pərdəyə bağlayımO dərdin bir zərrəsini?!.Bu avaz başaqlıqdaSarı həsrət dənləritəkNisgil yellər yelpiyiləSağa-sola sovrulan,İçin-için qovrulanCan məhsuludu;Bugünkü bir uludu...Rekviyem --Bu yoxluq "müjdə"çisiVarlığın herik şumundabitməz ki bitməz,Həyat...
02 Sentyabr 2026, 15:01
Dünyanı zəbt eləyən yumşaq güc – Fəxri Uğurlu
Fransua Moriakın “İlan yumağı” romanı haqqında Fəxri Uğurlunun “Dünyanı zəbt eləyən yumşaq güc” essesini təqdim edir. On doqquzuncu yüzilliyin Hüqo, Dikkens, Dostoyevski, Tolstoy kimi mistik-idealist (həm də ideoloji) yazıçılarının qoyduğu ənənənin iyirminci əsrin böyük qələm adamları arasında elə də çox ardıcılı meydana çıxmadı. Görünür, bunun bir səbəbi də ötən əsrdə nəhəng miqyaslı dağıdıcı müharibələrin, fəlakətli inqilabların, ictimai-siyasi kataklizmlərin humanizmə, optimizmə yer qoymaması, dekadans, tənəzzül ovqatına rəvac verməsi olub. Bununla belə, əsrin qaranlıq dumanı arasından insanlığın üstünə mistik-ruhani ədəbiyyat ulduzlarının da işığı sızıb: Rabindranat Taqor, Moris Meterlink, Migel de Unamuno, Rayner Mariya Rilke, Tomas Mann, Mixail Bulqakov, Andrey Platonov, Boris Pasternak, Antuan...
02 Sentyabr 2026, 12:37
Mən könlü yaralıyam - ADİL ŞİRİN
Mən könlü yaralıyam, Dağlardan aralıyam. Bir baxtı qaralıyam, Ayrılıqlar nəsibim. Soldu çöl çiçəkləri, Qurudu ləçəkləri. Unutdum gerçəkləri, Ayrılıqlar nəsibim. Buludlara qoşuldum, Qürbətlərə tuş oldum. Qafası sərxoş oldum, Ayrılıqlar nəsibim. Adil Şirin
31 Avqust 2026, 16:35