Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: "Ruben Vardanyan xeyriyyəçi yox, yeni işğal layihəsinin icraçısı idi"...

Cəmiyyət 06 Avqust 2026, 14:20

756

Vətən müharibəsində Qələbədən sonra Azərbaycan yeni hibrid müharibə ilə üzləşdi. Ruben Vardanyanın Qarabağa göndərilməsi xüsusi missiya idi. Onun bioqrafiyası adi biznesmen, xeyriyyəçi və ya siyasi fəalın həyat yolu kimi nəzərdən keçirilə bilməzdi. Çoxmilyardlıq sərvətə malik erməni iş adamının fəaliyyəti, Rusiya maliyyə elitası, ofşor kapital şəbəkələri, erməni diaspor institutları, Qərbdə yaradılan filantrop obrazı və Azərbaycan torpaqlarında uzun illər hökm sürən işğala son qoyulması ərəfəsində qanunsuz separatçı idarəetməni qorumağa göndərilməsi mürəkkəb hərbi-siyasi əməliyyat kimi qiymətləndirilməlidir.

2022-ci ildə Rusiya vətəndaşlığından imtina qərarı ilə onun Qarabağa gəlməsi və qısa müddət sonra qanunsuz rejimin “dövlət naziri” vəzifəsini tutması təsadüfi humanitar seçim adlandırıla bilməzdi. Vardanyan qapalı bölgəyə sahibkar və xeyriyyəçi kimi gəlməmişdi; Azərbaycanın suveren ərazisində qanunsuz siyasi idarəetmənin ömrünü uzatmağa çalışan xarici siyasi fiqur kimi regiona atılan desant idi.

O, 2023-cü ilin sentyabrında Azərbaycan tərəfindən saxlanıldı, sonrakı məhkəmə prosesində 42 ittiham üzrə, o cümlədən terrorçuluq, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edildi.

Bir daha Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan Qələbənin hansı beynəlxalq miqyaslı şəbəkə üzərində əldə olunduğuna diqqət yetirmək üçün həmin dövrün regional mənzərəsinə qayıtmaq gərəkdir.

Vardanyanın Qarabağa köçməsi Ermənistan cəmiyyətinə “milli fədakarlıq” və “humanitar xidmət” kimi təntənəli adlar və eyforik təhlillərlə təqdim edilirdi. Lakin hadisələrin ardıcıllığı başqa qənaətləri möhkəmləndirirdi. Rusiya–Ukrayna müharibəsindən sonra Rusiyanın iri biznes dairələri ağır sanksiya və siyasi təzyiqlərlə üzləşdiyi vaxt Vardanyanın Rusiya vətəndaşlığından çıxması, sərvət və nüfuzunun bir hissəsini “erməni milli missiyası”na yönəltməsi və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Qarabağda yerləşməsi şəxsi qərar ola bilməzdi. Müharibə partiyası yeni layihə hazırlamışdı.

1990-cı illərdə də ölkəmiz oxşar ssenarilər yaşamışdı. O zaman səhra komandirləri yerli komsomol fəalları olsalar da, xarici dövlət və şirkətlərin bölgədə yerləşdirilməsi gələcək ağır hərbi toqquşmaların tətikləyicisinə çevrilmişdi. İndi isə Bakı ilə Qarabağın erməni əhalisi arasında mümkün reinteqrasiya prosesinə daha fərqli qüvvələr qoşulur, əlavə siyasi maneə yaradılırdı. Cəmi bir neçə il sonra hazırkı erməni hakimiyyəti layihənin təkcə Azərbaycan əleyhinə deyil, həm də İrəvanda rejimin dəyişdirilməsi planının tərkib hissəsi olduğunu etiraf etmişdi.

Vardanyan separatçı qurumun idarəçiliyində iştirak etməklə Azərbaycan dövlətinin Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz siyasi sistemin vəzifəli şəxsinə çevrildi.

Burada əsas siyasi sual budur: milyardlarla dollarlıq biznes təcrübəsinə, beynəlxalq əlaqələrə və geniş filantrop şəbəkəsinə malik bir şəxs niyə danışıqların, iqtisadi əməkdaşlığın və hüquqi reinteqrasiyanın tərəfdarı olmadı, əksinə, separatizmin davamlılığına külli miqdarda sərmayə qoydu?

Cavab saxta filantropun seçiminin “bitərəf humanitar xadim” obrazını tamamilə dağıdır. Siyasi vəzifə tutan, separatçı qurumun adından çıxış edən və Azərbaycanın mərkəzi hakimiyyətini tanımayan şəxs artıq öz fəaliyyətinin hüquqi və siyasi nəticələrinə görə məsuliyyət daşıyır.

Vardanyanın beynəlxalq reputasiyasının ən problemli hissələrindən biri “Troika Laundromat” araşdırmasıdır. OCCRP-nin əldə etdiyi sənədlərə əsasən, Troika Dialog əməkdaşları tərəfindən yaradılan 76 şirkətdən ibarət ofşor sistem 2006-cı ildən 2013-cü ilin əvvəlinədək təxminən 4,6 milyard dollar qəbul edib. Şəbəkə pulların mənbəyini və həqiqi sahiblərini gizlətməyə imkan verən saxta şirkət və müqavilələrdən istifadə edirdi.

Sənədlər Vardanyanın özü və ailəsi ilə əlaqəli 3,2 milyon dollardan artıq ödənişin həmin şəbəkə şirkətləri vasitəsilə həyata keçirildiyini göstərir. Vəsaitlər arasında kredit kartı ödənişləri, ailə üzvlərinin hesablarına köçürmələr və uşaqlarının Böyük Britaniyadakı təhsil xərcləri də olub. OCCRP həmçinin Vardanyanın sistemdəki şirkətlərdən biri ilə bağlı sənəddə imzasının olduğunu müəyyən edib.

Araşdırma dərc edilən zaman Vardanyana və Troika Dialog-a qarşı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. Vardanyan isə əməliyyatların o dövrün Rusiya biznes praktikasında adi olduğunu, Troika Dialog-un qanunlara uyğun işlədiyini və bankın bütün əməliyyatlarından xəbərdar olmadığını deyib.

Deməli, “Vardanyan milyardlarla dolları şəxsən yuyub” hökmü tamamilə əsaslıdır. Eyni zamanda, hərbi və onlarla digər cinayətlərdə iştirak edən Vardanyanın rəhbərlik etdiyi bankın əməkdaşları belə geniş və mürəkkəb ofşor sistem qurub və o özü həmin şəbəkənin bəzi elementlərindən istifadə edib.

Halbuki filantropiya ictimai etimad tələb edir. Qapalı ofşor əməliyyatlar, saxta kommersiya müqavilələri və mülkiyyət sahiblərini gizlədən şirkət şəbəkələri isə həmin etimadın əksidir. Buna görə Vardanyanın xeyriyyəçi obrazı onun maliyyə fəaliyyətindən ayrı təhlil edilə bilməz.

Yeni açıqlanan Epşteyn sənədlərində Cefri Epşteynin Deutsche Bank-da 40-a yaxın hesab vasitəsilə aktivlərini idarə etdiyi barədə məlumatlar yer alıb. Bank özü də amerikalı milyarderi 2013-cü ildə müştəri kimi qəbul etməsini səhv qərar saydığını bildirib.

Eyni zamanda, OCCRP-nin “Troika Laundromat” araşdırmalarında Deutsche Bank kimi beynəlxalq maliyyə institutlarının bəzi əməliyyatlarda müxbir və ya qarşı tərəf bank kimi adları keçir. Hər iki faktın mövcudluğu Vardanyanla Epşteyn arasında birbaşa maliyyə əməkdaşlığını sübut edir.

Hazırda etibarlı mənbələrdə Epşteynin Deutsche Bank hesablarının “Troika Laundromat” pulları üçün istifadə edildiyini, Vardanyanın Epşteynlə birbaşa maliyyə və ya şəxsi əməkdaşlıq etdiyini, Vahe Stepanyanın yazışmalarının həmin əlaqəni sübut etdiyini təsdiqləyən sənədləşdirilmiş dəlillər var.

Vardanyanın fəaliyyəti yalnız Troika Dialog-la məhdudlaşmayıb. O, Rusiya siyasi-iqtisadi elitasının böyük layihələrində, o cümlədən Skolkovo təşəbbüsü ilə bağlı strukturlarda iştirak edib. Qlobal şəbəkənin kriminal əlaqələri onun həm Rusiya dövlət kapitalına, həm Qərbin biznes və akademik institutlarına, həm də erməni diaspor şəbəkələrinə çıxışını təmin edib.

“İkili agent” statusu hüquqi və kəşfiyyat terminidir. USAID-in hazırkı ABŞ Prezidenti Donald Tramp tərəfindən bir struktur kimi ləğv edilməsində müstəsna amil Samanta Pauerin çoxşaxəli siyasi layihələrə əl atması idi. Ruben Vardanyanın sərvətləri və missiyası ABŞ institutunun sərəncamında və diqqətində idi. Açıq tədbirlərdə iştirak, beynəlxalq fondlarla əməkdaşlıq, qrant və filantropiya şəbəkələri gizli kəşfiyyat əməkdaşlığının sübutudur. Konkret sənəd və ya rəsmi istintaq materialları iddiaları təsdiqləyir.

Bir tərəfdən Rusiya dövlət və biznes elitasına yaxınlıq, digər tərəfdən Qərb universitetləri, fondları və diaspor təşkilatları ilə əməkdaşlıq ona özünü müxtəlif auditoriyalarda fərqli obrazda təqdim etmək imkanı verirdi. Rusiyada iri maliyyəçi, Qərbdə filantrop, Ermənistanda milli xadim, Qarabağda isə separatçı idarəçi obrazı eyni siyasi portretin müxtəlif tərəfləri idi.

Vardanyanın Ukraynaya qarşı konkret hərbi və ya kəşfiyyat əməliyyatlarında iştirakı da vahid bir missiyanın davamıdır. Onun Aurora humanitar təşəbbüsü, təhsil layihələri və digər xeyriyyə proqramları vasitəsilə beynəlxalq filantrop obrazı qurması OCCRP-nin araşdırmalarında xüsusi fəsil təşkil edir.

Lakin filantropiya şəxsə cinayət əməllərinə və qlobal xarakterli maliyyə oğurluqlarına görə siyasi toxunulmazlıq vermir. Xeyriyyə layihələri separatçı fəaliyyətə, ofşor maliyyə sistemlərinə və ya qanunsuz siyasi idarəetmədə iştiraka görə məsuliyyəti aradan qaldırmır. Əksinə, xeyriyyəçilik ictimai reputasiyanın qorunması və siyasi nüfuzun möhkəmləndirilməsi vasitəsi kimi istifadə edilirsə, onun maliyyə mənbələri və siyasi məqsədləri daha ciddi araşdırılmalıdır. Epşteyn, USAID, “ikili agent” və Ukrayna əməliyyatları ilə bağlı faktlar Ruben Vardanyan layihəsinin qanunsuz siyasi layihələrdə iştirakını legitimləşdirə bilməz.

Qarabağa “humanitar xilaskar” obrazı ilə gələn şəxsin sərvəti cinayətləri nəticəsində ziyan çəkən ərazilərin bərpasına və Xankəndidən Zəngilana qədər aparılan quruculuq işlərinə yönəldilməsi daha doğru hüquqi qərar olardı.

Sülhün əldə olunması və möhkəmləndirilməsi naminə filantropluq könüllü baş vermirsə, xeyriyyəçiliyi təzminat forması kimi Azərbaycan Konstitusiyası əsasında məhkəmə qərarı ilə etmək olar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əhaliyə ŞAD XƏBƏR: Bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri oktyabrın 29-da Ankarada bir araya gələcəklər. Təşkilatın Zirvə görüşü Türkiyənin Cümhuriyyət bayramı gününə təsadüf edəcək. Bildirilir ki, türk dövlətləri vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə bilməsi istiqamətində iş aparırlar.Bu təşəbbüs nə vəd edir? Mümkün üstünlükləri nələrdir?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, sözügedən görüş həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır:“Zirvənin məhz Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümünə təsadüf etməsi Türk Dünyasının birliyinə və həmrəyliyinə verilən önəmin göstəricisidir. Bu, həm də ortaq tarixə, dəyərlərə və gələcəyə hesablanmış mühüm siyasi mesajdır. Zirvə çərçivəsində müzakirə ediləcək...

06 Avqust 2026, 11:32

Pensiya alanlara ŞAD xəbər - Tarix açıqlandı

Avqust ayı üzrə Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix məlum olub.Citypost.az xəbər verir ki,Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar avqustun 14-də ödəniləcək.Xatırladaq ki, ötən ay da eyni tarixdə pensiyalar ödənilmişdi.Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının nə zaman veriləcəyi isə hələki dəqiqləşməyib./Milli.az

06 Avqust 2026, 11:10

Bu üç BÜRC avqustda varlanacaq

2026-cı ilin avqust ayında üç bürc özünüdərkə diqqət yetirə biləcək ki, bu da tezliklə maliyyə uğuru gətirəcək.Citypost.az-ın məlumatına görə, tutulmalar Şir və Dolça bürclərinə daxil olacağı üçün astroloqlar uğur üçün ənənəvi meyarlardan uzaqlaşmağı və sizin üçün orijinal olana diqqət yetirməyi tövsiyə edirlər.Qız bürcüTərəzi bürcündə Venera ilə maliyyə uğurunuz tərəfdaşlıqlar vasitəsilə əldə ediləcək. Yeni əməkdaşlıq formaları kəşf edəcək və vaxt və resurslara investisiya qoymaqda komanda işini inkişaf etdirəcəksiniz. Bu dəyişikliklər həm şəxsi, həm də peşəkar həyatınıza təsir göstərə bilər. Veneranın sizi hara apardığına açıq olun.Tərəzi bürcündə Veneranın birinci mərhələsi hər şeyə başlamaq və sizə lazım olan imkanları yaratmaq üçündür. Veneranın geriləmə...

06 Avqust 2026, 08:50

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Bakı metrosunda həyata keçirilən layihələr tamamlandıqdan sonra qatarlararası interval 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyə enəcək, bu isə sərnişin sıxlığının və tıxacların azalmasına imkan yaradacaq.Citypost.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, xətlərin ayrılması nəticəsində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və birində yaranan nasazlıq digər xətlərin işinə təsir göstərməyəcək.Bəxtiyar Məmmədov bildirib ki, dövlət proqramı çərçivəsində inşa ediləcək 10 yeni metro stansiyası sərnişindaşıma imkanlarını genişləndirəcək, şəhər mərkəzinə yönələn nəqliyyat yükünü azaldacaq, mobilliyi artıracaq və tıxacların azalmasına töhfə verəcək.O qeyd edib ki, layihə həmçinin "28 May" - "Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının...

05 Avqust 2026, 20:16

Məşhur aparıcı Nigar Fərhadın əri həbs edildi

Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.Citypost.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş onun rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır.Bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Elə saytımızda da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın "yoxa çıxması" ilə bağlı xəbər vermişdik.Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib."AİD Group"un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla...

05 Avqust 2026, 16:35

Azərbaycanda kart limitləri ilə bağlı yenilik: Bir il ərzində...

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.Citypost.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə müvafiq qərar imzalayıb."Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim...

05 Avqust 2026, 15:49