Qonşunun səs-küyünə qarşı hüquqi addım: Polisi hansı saatda çağırmaq olar?
Hüquq 04 Avqust 2026, 09:35
424
Mənzil qonşularının yersiz gurultusu, gecə saatlarında yüksək səslə dinlənilən musiqi və ya bitmək bilməyən təmir səs-küyü şəhər həyatında insanların psixoloji sakitliyinə vurulan en böyük zərbələrdən biridir. Çox vaxt vətəndaşlar problemi şəxsi müstəvidə həll etməyə çalışır və ya günlərlə dözmək yolunu seçirlər. Lakin bilmək lazımdır ki, yaşayış sahəsində sakitliyin pozulması sadəcə etika məsələsi değil, birbaşa qanunla tənzimlənən inzibati xətadır.
Citypost.az xəbər verir ki, məişət səs-küyünə qarşı mübarizədə ən kritik məqam hüquqi baxımdan "gecə vaxtı" anlayışının nə zaman başlamasını bilməkdir. Ölkə qanunvericiliyi vətəndaşların istirahət hüququnu qorumaq üçün saat 24:00-dan 07:00-dək olan vaxt aralığını xüsusi rejim kimi müəyyən edir. Məhz bu saatlarda mənzildə, yaşayış binasının dəhlizində və ya həyətyanı sahədə ucadan oxumaq, musiqi alətlərində gur ifa etmək, səs gücləndirici aparatları qoşmaq və ya digər formalarda kütləvi səs-küy yaratmaq qadağandır. Sözügedən zaman dilimində qonşunuz xəbərdarlıqlara məhəl qoymazsa, operativ şəkildə 102 xidməti ilə əlaqə saxlayaraq əraziyə polis nümayəndəsi dəvət etmək tam hüququnuzdur.
Polis əməkdaşları tərəfindən fakt təsdiqini tapdıqda səs-küy yaradan şəxslərə qarşı məcəllənin müvafiq bəndi ilə cərimə protokolu tərtib olunur. Fiziki şəxslər üçün nəzərdə tutulan maliyyə sanksiyası 150 manatdan 200 manatadək dəyişir. Əgər narahatlıq yaxınlıqdakı iaşə obyektindən (restoran, şadlıq sarayı və s.) qaynaqlanırsa, burada cərimə məbləğləri hüquqi şəxslər üçün minlərlə manatla ölçülür. Mübahisə zamanı təhqir və ya fiziki təzyiq cəhdi olarsa, bu artıq xırda xuliqanlıq tərkibi yaradır və daha ağır inzibati cəzalarla nəticələnə bilər.
Bununla belə, gündüz saatlarında da limitsiz səs-küy salmaq hüququ heç kimə verilmir. Xüsusən təmir-tikinti işləri zamanı yol verilən desibel norması aşılarsa, vətəndaşlar gecə saatlarını gözləmədən Mənzil Kommunal İstismar Sahəsinə (MİS) və ya polisə şikayət edə bilərlər. Prosedurun daha sürətli və nəticəli olması üçün səs-küyün baş verdiyi anı telefonla lentə almaq və ya digər zərərçəkən qonşularla birgə müraciət etmək hüquqi prosesi xeyli asanlaşdırır.
Maraqlıdır ki, bu məsələ beynəlxalq təcrübədə və xarici qanunvericilikdə daha sərt normativlərlə tənzimlənir. Məsələn, Almaniyada "Ruhezeit" (Sakitlik vaxtı) adlanan hüquqi norma mövcuddur. Alman qanunlarına əsasən, həftəiçi saat 22:00-dan 06:00-dək, bazar günləri və rəsmi bayramlarda isə bütün gün boyunca təmir aparmaq, tozsoran işlətmək, hətta paltaryuyan maşını qoşmaq belə qadağandır. Bu qaydanı mütəmadi pozanları 5000 avroyadək yüksək cərimələr və ya mənzildən çıxarılma (evdən təxliyə) təhlükəsi gözləyir. Böyük Britaniyada isə "gecə səs-küyü" saat 23:00 ilə 07:00 arası qəbul edilir və yerli bələdiyyələr 34 desibeldən yuxarı səs-küy yaradan qonşulara anında xəbərdarlıq və cərimə sanksiyaları tətbiq etmək hüququna malikdir. Dünya təcrübəsi göstərir ki, şəhər mühitində sakitliyin saxlanılması sadəcə fərdi rahatlıq deyil, həm də cəmiyyətin ümumi psixoloji sağlamlığının təməl şərtidir.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İstifadə şərtlərini oxumadan "Qəbul edirəm" düyməsini sıxanlar: Bu müqavilələr məhkəmədə həqiqətən keçərlidirmi?
Hər gün yeni bir tətbiq yükləyərkən, sosial şəbəkədə qeydiyyatdan keçərkən və ya hər hansı bir veb-saytdan xidmət alarkən qarşımıza çıxan yüzlərlə səhifəlik "İstifadə Şərtləri" və ya "Məxfilik Siyasəti" mətnlərini demək olar ki, heç kim oxumur. Saniyələr içində "Qəbul edirəm" (Accept) düyməsini sıxaraq keçdiyimiz bu virtual sənədlər əslində istifadəçi ilə şirkət arasında bağlanan rəsmi müqavilələrdir. Lakin çoxlarının ağlında eyni sual var: Oxumadığımız, heç bir yerinə imza atmadığımız və sadəcə bir düymə ilə təsdiqlədiyimiz bu şərtlər hüquqi baxımdan, xüsusilə də məhkəmə qarşısında həqiqətən keçərlidirmi?Citypost.az xəbər verir ki, hüquq elmində və beynəlxalq qanunvericilikdə bu növ müqavilələr "Rəqəmsal Müqavilələr" və ya "Klik Müqavilələri" (Clickwrap...
03 Avqust 2026, 23:10
Qaynana evi gəlinə bağışlasa, digər övladlar pay tələb edə bilərmi?
Daşınmaz əmlakın bağışlanması ilə bağlı vətəndaşları maraqlandıran suallardan biri də ailə daxilində həyata keçirilən bağışlama müqavilələri ilə əlaqədardır. Xüsusilə də "qaynana evi gəlinə bağışlasa, sonradan digər övladlar həmin evdən pay tələb edə bilərmi?" sualı tez-tez hüquqşünaslara ünvanlanır.Citypost.az-ın məlumatına əsasən, mütəxəssislərin sözlərinə görə, ilk növbədə bağışlanacaq mənzilin hüquqi statusu dəqiqləşdirilməlidir. Əgər mənzil tam şəkildə qaynananın mülkiyyətindədirsə və o, həmin əmlak üzərində sərbəst sərəncam vermək hüququna malikdirsə, qanunvericilik ona istədiyi şəxsə bu əmlakı bağışlamaq imkanı verir.Lakin burada diqqət yetirilməli mühüm məqamlar var. Əgər həmin mənzildə başqa şəxslər qeydiyyatdadırsa və ya onların istifadə hüquqları mövcuddursa, bəzi hallarda notariat rəsmiləşdirilməsi zamanı onların razılığı tələb...
31 İyul 2026, 10:58
Valideyn övladını qeydiyyatdan çıxara bilərmi? – Qanun nə deyir?
Daşınmaz əmlakla bağlı məhkəmə çəkişmələrinin əhəmiyyətli hissəsini ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı mübahisələr təşkil edir. Xüsusilə valideynlərin uzun illərdir evdə yaşamayan övladlarını qeydiyyatdan çıxarmaq istəyi ilə bağlı suallar tez-tez gündəmə gəlir. Hüquqşünasların sözlərinə görə, bu məsələ qanunvericilikdə tənzimlənir və müəyyən hallarda övladın qeydiyyatdan çıxarılması mümkündür. Lakin bu, yalnız məhkəmə qaydasında həyata keçirilə bilər.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, övladın uzun müddət həmin ünvanda yaşamaması avtomatik olaraq onun qeydiyyatdan çıxarılması demək deyil. Burada əsas hüquqi anlayış yaşayış sahəsindən istifadə hüququ hesab olunur. Əgər ailə münasibətlərindən irəli gələn istifadə hüququ hələ də qüvvədədirsə, ilk növbədə həmin hüquqa xitam verilməsi...
31 İyul 2026, 09:58
Parklanma cəriməsi qanunsuzdursa, nə etməli? HÜQUQİ YOL
Son dövrlər sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri də parklanma ilə bağlı tətbiq edilən cərimələrdir. Xüsusilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən kameralar vasitəsilə qeydə alınan cərimələrin bir qisminin əsassız olduğu iddiaları ictimai müzakirələrə səbəb olur. Hüquqşünaslar hesab edirlər ki, hər bir inzibati cərimə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmalı, vətəndaşın hüquqları isə tam təmin edilməlidir.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bəzi hallarda sürücülər cəmi bir neçə dəqiqəlik dayanmağa görə cərimə olunduqlarını bildirirlər. Belə vəziyyətlərdə hər bir hadisənin konkret şəraiti araşdırılmalıdır. Yol hərəkəti qaydalarının pozulması qanunla müəyyən olunmuş hallarda inzibati məsuliyyət yaratsa da, yalnız texniki imkanlardan istifadə etməklə bütün hallarda cərimə tətbiq...
31 İyul 2026, 08:58
Alkoqollu sürücülər nə vaxt cinayət məsuliyyəti daşıyır?
Yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə təhdid edən əsas amillərdən biri də sürücünün alkoqollu içki qəbul etdikdən sonra sükan arxasına əyləşməsidir. Təəssüf ki, bir çox sürücülər sərxoş vəziyyətdə avtomobil idarə etməyin hüquqi nəticələrini tam bilmirlər. Halbuki qanunvericilik bu məsələyə çox ciddi yanaşır və nəticədən asılı olaraq həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, sadəcə alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə etmək hələ özlüyündə cinayət hesab edilmir. Bu əməl ilk növbədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və inzibati məsuliyyət yaradır.Belə hallarda sürücü barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilir. Məhkəmənin qərarından...
30 İyul 2026, 10:58
Birgə mülkiyyətlə bağlı vacib hüquqi qaydalar
Ailə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri də ər-arvadın nikah dövründə əldə etdiyi əmlakın hüquqi statusudur. Bir çox insanlar hesab edirlər ki, əmlak yalnız kimin adına rəsmiləşdirilibsə, ona məxsusdur. Halbuki Azərbaycan qanunvericiliyi bu məsələyə fərqli yanaşır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak, əksi sübuta yetirilməyənədək onların birgə mülkiyyəti hesab olunur. Bu hüquqi yanaşma "birgə mülkiyyət prezumpsiyası" adlanır.Bu o deməkdir ki, nikah müddətində əldə edilmiş mənzil, torpaq sahəsi, avtomobil, bank əmanətləri, biznesdən əldə olunan gəlirlər və digər əmlaklar, adətən, hər iki həyat yoldaşının ümumi mülkiyyəti sayılır. Əmlakın yalnız ərin və ya yalnız...
30 İyul 2026, 09:57